main-post-cover

    Microsoft və OpenAI ümumi süni zəka (AGI) mövzusunda razılığa gəliblər

    Süni İntellekt
    28.12.2024
    Emil Nəcəfov
         Microsoft OpenAI şirkətləri öz aralarında gələcəkdə ola biləcək ümumi süni zəkanın (AGI) kriteriyalarını təyin edəcək razılaşmanı əldə ediblər. İki şirkət bunu hansısa intellektual nailiyyət vasitəsilə deyil, maliyyə üzərindən etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, ümumi süni zəka dedikdə insan zəkası ilə eyni səviyyədə olan süni zəkadan söhbət, gedir. Tərəflər arasındakı razılaşmaya əsasən AGI səviyyəsinə yüksəlmə OpenAI texnologiyalarının minimum 100 milyard dollar gəlir gətirəcəkləri zaman baş verəcək. Bu cür razılaşma istiqaməti potensial ümumi süni zəkanın texniki tərəflərindən onun iqtisadi effektivliyinə yönləndirir.
          OpenAI isə öz növbəsində 2029-cu ilə qədər gəlir əldə etməyi gözləmir. Bundan əlavə olaraq şirkət milyardlarla dollar vəsait itkisini yaşayır və bu da onun öz qarşısına qoyduğu məqsədlərə çatmaqda şübhələr doğurur. Digər tərəfdən bu razılaşma Microsoft üçün vacibdir. Məsələ burasındadır ki, AGI səviyyəsinə çatdıqdan sonra Microsoft-un OpenAI texnologiyalarına əlçatanlığı aradan qalxacaq. Belə ki, AGI anlayışı bir qədər səthidir və ona müxtəlif cür izah vermək olar. Microsoft hətta narahat idi ki, onun OpenAI şirkətinə təsirini aşağı salmaq üçün OpenAI öz növbəsində AGI səviyyəsinə çatdığını vaxtından tez elan edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çinli bir şirkət 11 dəfə daha az emal gücü ilə süni intellekt modelini öyrədərək inqilabi uğur əldə edib!
    cinli-bir-sirket-11-defe-daha-az-emal-gucu-ile-suni-intellekt-modelini-oyrederek-inqilabi-ugur-elde-edib
    ChatGPT-nin süni zəka əsaslı axtarış sistemini aldatmaq çox asandır
    chatgpt-nin-suni-zeka-esasli-axtaris-sistemini-aldatmaq-cox-asandir
    Elon Musk: "2025-ci ilin sonuna kimi süni zəka istənilən insanın zəkasından daha güclü olacaq"
    elon-musk-2025-ci-ilin-sonuna-kimi-suni-zeka-istenilen-insanin-zekasindan-daha-guclu-olacaq
    Süni zəka ənənəvi antivirus tətbiqlərini qeyri-effektiv edib
    suni-zeka-enenevi-antivirus-tetbiqlerini-qeyri-effektiv-edib
    OpenAI-ın insanabənzər robot planları üzə çıxıb!
    openai-in-insanabenzer-robot-planlari-uze-cixib