main-post-cover

    Runway, film tarixində cığır açacaq yeni Act-One alətini təqdim edib! (VİDEO)

    Süni İntellekt
    24.10.2024
    Farid Pardashunas

         Film dünyasında tarixi bir dönüş nöqtəsinə yaxınlaşılır. Süni intellekt şirkəti Runway, Act-One aləti ilə üz ifadələrini çəkmək və digər personajlara köçürməkdə qeyri-adi uğur nümayiş etdirir.

         ABŞ mərkəzli süni zəka aləti Runway, "Act-One" adlandırdığı yeni funksiya ilə üz mimikaların tutulmasında inqilab edir. İstifadəçilər istənilən video mənbəsindən, o cümlədən ağıllı telefon kamerasından öz üz ifadələrini qeydə ala və bu ifadələri süni personajlara ötürə bilərlər. Üstəlik, bu proses daha əvvəl görünməmiş dəqiqliklə həyata keçirilir. Müvafiq videonu aşağıdan izləyə bilərsiniz.
         Runway-in bloq paylaşımına görə, bu pulsuz alət, mərhələli şəkildə bütün istifadəçilərə təqdim edilməyə başlanıb. Lakin "Act-One" funksiyasına giriş, şirkətin bu il təqdim etdiyi Gen-3 Alpha video istehsal modeli vasitəsilə mümkündür. Bu model mətn, şəkil və ya video kimi məlumatlardan istifadə edərək süni səhnələr yaradır. Runway-in bu yeniliyi film istehsalçıları, animatorlar və oyun inkişaf etdiriciləri üçün böyük imkanlar yaradır. Çünki məlum olduğu kimi, ənənəvi üz animasiyası yaratma və tutma prosesləri olduqca mürəkkəbdir və buna müvafiq olaraq çox baha başa gəlir. "Act-One" ilə bu proses xeyli sadələşir. İstifadəçilər sadə bir video ilə performanslarını süni personajlara ötürə bilirlər. Bu, personajların göz təması, mikro ifadələr və performansın bütün incəliklərini əks etdirməsinə imkan yaradır.
         Runway-in son addımı təkcə texniki bir inkişaf deyil, eyni zamanda film sənayesi üçün də böyük əhəmiyyət daşıyır. Şirkət keçən ay Hollywood-un aparıcı studiyalarından Lionsgate ilə müqavilə bağlayaraq, studiyanın 20.000-dən çox film kataloqu üzərində xüsusi süni zəka video istehsal modeli yaradacağını açıqlamışdı. Bu müqavilənin ardınca "Act-One" bazara çıxarılır.
         Bununla yanaşı, "Act-One"ın ən güclü tərəflərindən biri, müxtəlif kamera bucaqları və fokus məsafələrindən kino keyfiyyətində, realistik nəticələr təqdim etməsidir. Alət mürəkkəb səhnələrdə belə, aktyorun emosional dərinliyini və performans üslubunu orijinallığa sadiq qalaraq tuta bilir. "Act-One", həm də bir aktyorun bir neçə personajı canlandırmasına imkan yaradır. Bu isə xüsusilə yüksək səviyyəli istehsal resurslarının məhdud olduğu müstəqil film istehsalları üçün olduqca dəyərlidir. Runway, digər məhsulları kimi, "Act-One" alətini də geniş təhlükəsizlik tədbirləri ilə təmin edir. Şirkət, ictimai şəxslərin üz və səslərini tanıyan alətlərdən istifadə edir. Eyni zamanda, sui-istifadə hallarına qarşı da tədbirlərin görüldüyü bildirilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni intellekt artıq heç bir müdaxilə olmadan təkbaşına kompüterləri idarə edə bilir!
    suni-intellekt-artiq-hec-bir-mudaxile-olmadan-tekbasina-komputerleri-idare-ede-bilir
    96% doğruluq payı ilə xərçəng xəstələyini aşkarlaya bilən süni intellekt hazırlanıb!
    96-dogruluq-payi-ile-xerceng-xesteleyini-askarlaya-bilen-suni-intellekt-hazirlanib
    Robot tərəfindən hazırlanmış rəsm hərraca çıxarılacaq
    robot-terefinden-hazirlanmis-resm-herraca-cixarilacaq
    ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
    chatgpt-de-butun-mehdudiyyetleri-aradan-qaldiran-prompt-kesf-edilib
    Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!
    tarixde-ilk-defe-bir-universitet-ev-tapsiriqlarini-suni-intellektle-eden-telebeye-az-bal-verdiyine-gore-mehkemelik-olub