
Şirkətlər iş prosesini ləngidən süni intellekt səbəbilə vəsait itkisi yaşayırlar
Süni İntellekt
25.09.2025
Emil Nəcəfov
Şirkətlər sürət, səmərəlilik və innovasiya vəd edərək və rəqiblərdən geri qalmaqdan çəkinərək iş proseslərində süni intellekti getdikcə daha çox tətbiq edirlər. BetterUp Labs və Stenford Sosial Şəbəkələr Laboratoriyasının araşdırmaları göstərir ki, süni intellekt tərəfindən yaradılan sənədlər tapşırıqların yerinə yetirilməsi üçün lazım olan məzmunu həmişə daşımaya bilər. Stenford Universitetinin ABŞ-da ştatlı işçilər arasında keçirdiyi sorğuda iştirak etmişlərin 40%-i problemlərlə qarşılaşdıqlarını bildirib. İşçilər hər bir səhvi düzəltmək və ya şərh etmək üçün təxminən 2 saat sərf edirlər ki, bu da əhəmiyyətli maliyyə itkilərinə səbəb olur. Harvard Business Review-un hesabatında pərakəndə ticarət sahəsində bir direktorun məlumatları təqdim edilib.

O, şirkətində süni intellekt avtomatlaşdırmasının tətbiqindən o qədər də təsirlənmədiyini bildirib: “İnformasiyanı yoxlamaq üçün daha çox vaxt sərf etməli oldum. Sonra problemi həll etmək üçün digər rəhbərlərlə görüşlərin təşkilinə daha da çox vaxt sərf etdim. Bundan sonra isə vaxtımı özüm işi yenidən görməyə davam etməklə itirdim”. Respondentlərin yarıdan çoxu bildirib ki, süni intellektdən keyfiyyətsiz nəticələr almaq onları qıcıqlandırır (53%), təxminən 1/4-i isə (22%) bunun onlarda inciklik hissi yaratdığını deyib. Belə işləri göndərən həmkarlar çox vaxt daha az bacarıqlı və ya etibarlı hesab olunublar. Bu isə göstərir ki, süni intellekt istifadəsindəki səhvlər komanda ruhuna mənfi təsir göstərə bilər.

Gallup-un məlumatına görə, son illərdə ABŞ-da ildə ən azı bir neçə dəfə süni intellektdən istifadə edən əməkdaşların sayı demək olar 2 dəfə artıb. Bununla belə, bir çox proqramlar nəzərə çarpacaq fayda gətirmir. MIT Media Lab-ın araşdırması göstərib ki, süni intellekt sahəsindəki 10 layihədən 1-i real gəlir artımı verib, 95% təşkilat isə süni intellektə yatırımlarından geri dönüş əldə etmir. Məsələ yalnız texnologiyanın özündə deyil, həm də təşkilatların onu necə tətbiq etməsindədir. Nəticələrin təhlilsiz, düşünülmədən kopyalanıb-yerləşdirilməsi geniş yayılıb. Tədqiqatçılar aydın sərhədlər qoymağı və düşünülmüş iş prosesləri qurmağı, rəhbərlərə isə süni intellektdən effektiv istifadədə nümunə olmağı tövsiyə edirlər. Bu tip texnologiyalar qaralama mətnlərdə və ya rutin icmallarda daha yaxşı nəticə verə bilər, lakin yekun nəticələr üçün insan nəzarəti vacibdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
2030-cu ilə qədər süni intellekt sahəsinin xərcləri gəlirlərindən 800 milyard dollar daha çox ola bilər

2030-cu ilə qədər süni intellekt sahəsinin xərcləri gəlirlərindən 800 milyard dollar daha çox ola bilər
Bloomberg qeyd edib ki, süni intellekt şirkətlərinin infrastrukturun genişləndirilməsinə nəhəng məbləğlər xərcləmə planları analitiklərdə belə sərmayələrin iqtisadi və texnoloji baxımdan nə dərəcədə əsaslı və hesablamalarla təsdiqlənmiş olması barədə haqlı suallar doğurur.
Süni intellekt üzərində idarəetmənin itirilməsinin riskləri açıqlanıb

Süni intellekt üzərində idarəetmənin itirilməsinin riskləri açıqlanıb
Süni intellekt biznesdə və hətta dövlət qurumlarında istifadə olunur, baxmayaraq ki, o hələ mükəmməllikdən uzaqdır. Amma belə sistemlər nəzərdə tutulduğu kimi işləməsə, nə baş verəcək?
Magnum yeni dondurma dadları üçün süni intellektdən istifadə edəcək

Magnum yeni dondurma dadları üçün süni intellektdən istifadə edəcək
Unilever-ə daxil olan və noyabr ayında birjada debüt etməyi planlaşdıran dondurma istehsalçısı Magnum öz fəaliyyətində Çili startapı NotCo tərəfindən hazırlanmış süni intellekt sistemindən istifadə etmək niyyətində olduğunu açıqlayıb.
İT nəhənglər özlərinə hansı səbəbə görə lazım olduğunu anlamadan süni intellekt milyardlarla dollar vəsait yatırırlar

İT nəhənglər özlərinə hansı səbəbə görə lazım olduğunu anlamadan süni intellekt milyardlarla dollar vəsait yatırırlar
Son dövrlərdə nadir hallarda hansısa rüblük hesabat tədbiri şirkət rəhbərliyinin süni intellektə xərclərin artırılmasının vacibliyi barədə bəyanatları və ya bununla bağlı komponentlərin tədarükündən gəlirin artacağına dair proqnozları olmadan keçir.
Tibbi süni intellekt qadınlarda diskriminasiyaya və rasizmə meyillidir

Tibbi süni intellekt qadınlarda diskriminasiyaya və rasizmə meyillidir
Süni intellekti tibb sahəsinə cəlb etmək üçün ilk cəhdlər hələ illər əvvəl IBM şirkəti və onun Watson sistemi ilə edilmişdi. Lakin sənayenin inkişafı ilə kompüter texnologiyalarının bu tətbiq sahəsi daha da genişləndi.
Həftənin xəbərləri

