Süni intellekt texnologiyası, EURO 2024-ü simulyasiya edib!
Süni İntellekt
14.06.2024
Farid Pardashunas
İdman texnologiyaları şirkəti Sportradar tərəfindən idarə olunan bir sıra süni intellektlə işləyən məlumat simulyasiyalarına görə, İngiltərə 14 iyulda UEFA Euro 2024-də qalib gəlmə ehtimalı yüksək olan komandadır.
Sportradar-ın süni intellekt texnologiyası, UEFA EURO 2024 turnirində 51 oyunun hər biri üçün 10.000 hərtərəfli simulyasiya həyata keçirib. Bu simulyasiyalar arasında İngiltərə süni intellekt ehtimal modelinə görə 24% ehtimalla Fransa və Almaniyanı məğlub edərək 2400 fərqli vəziyyətdə qalib olub.
Bu, Gareth Southgate-in komandasının çempionluq titulunu alma şansının əhəmiyyətli olduğunu göstərir. 900 idman mərc operatorunun qlobal şəbəkəsindən və mərc təxminlərdən yararlanan Sportradar, süni intellektlə işləyən alqoritminə on minlərlə məlumat nöqtəsini daxil edib.
Bu, tarixi məlumatların dərin təhlilini asanlaşdırıb və builki turnirin reqlamenti çərçivəsində gələcək ssenariləri proqnozlaşdırmağa imkan verib. Bundan əlavə, süni intellekt simulyasiyası müəyyən edib ki, fransız oyunçu Kylian Mbappe, Qızıl buts qazanma ehtimalı yüksək olan oyunçudur. Belə ki, fransız oyunçu, 10.000 simulyasiyadan 1519-da ən çox qol atan oyunçu olub. 2-ci yerdə isə 1477 dəfə seçilən ingilis oyunçu Harry Kane yer alıb. Siyahıda növbəti yerləri britaniyalı oyunçular Jude Bellingham və Phil Foden tutur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Fotoların tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion 3 Medium süni zəka sistemi təqdim edilib
Fotoların tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion 3 Medium süni zəka sistemi təqdim edilib
Stability AI şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion adlı süni zəka sisteminin yeni versiyasını təqdim edib.
Çəkdiyi fotoşəkilləri dərhal süni intellekt şəklinə çevirən kamera hazırlanıb! (VİDEO)
Çəkdiyi fotoşəkilləri dərhal süni intellekt şəklinə çevirən kamera hazırlanıb! (VİDEO)
Bir Reddit istifadəçisi, real dünyada çəkilmiş fotoşəkilləri tez bir zamanda süni intellekt şəkillərinə çevirə bilən kamera hazırlayıb.
Sony Pictures film və serialların hazırlanmasında süni zəkadan istifadə edəcək
Sony Pictures film və serialların hazırlanmasında süni zəkadan istifadə edəcək
Sony şirkətinə məxsus olub film və televiziya layihələrinin hazırlanması ilə məşğul olan Sony Pictures filmlərin istehsalı prosesində xərclərin aşağı salınması üçün generativ süni zəkadan istifadə etməyi planlaşdırır.
ChatGPT müxtəlif səsləri imitasiya etməyi öyrənib (VİDEO)
ChatGPT müxtəlif səsləri imitasiya etməyi öyrənib (VİDEO)
OpenAI şirkəti GPT-4o adlı yeni süni zəka modeli üçün bir neçə müddət bundan öncə anons edilmiş səsli rejim funksiyasına aid yeni videonu təqdim edib.
Keçmiş OpenAI əməkdaşları şirkətin fəaliyyətini insanlıq üçün təhlükəli hesab edirlər
Keçmiş OpenAI əməkdaşları şirkətin fəaliyyətini insanlıq üçün təhlükəli hesab edirlər
OpenAI şirkətinin keçmiş və hal-hazırki 9 əməkdaşından təşkil edilmiş qrup süni zəka sahəsindəki informatorların qorunmasına çağırışı əks etdirən açıq məktubu bölüşüb.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!