
Süni zəkanı tamamilə pulsuz kontentlər vasitəsilə yaratmaq mümkündür
Süni İntellekt
10.06.2025
Emil Nəcəfov
Süni zəka sahəsində ixtisaslaşmış şirkətlər iddia edirlər ki, onların layihələrini müəllif hüquqları ilə qorunan materiallar olmadan yaratmaq mümkün olmazdı. Lakin ABŞ və digər ölkələrdən olan bir qrup alim sübut edib ki, belə şəraitdə də süni zəkanın hazırlanması mümkündür, baxmayaraq ki, bu proses daha çətindir. Onlar yalnız ictimaiyyətə açıq məzmun və açıq lisenziyalı materiallar əsasında öyrədilmiş bir model yaradıblar. Layihə Massaçusets Texnologiya İnstitutu, Karnegi Mellon Universiteti və Toronto Universiteti də daxil olmaqla 14 qurumun əməkdaşlığı nəticəsində həyata keçirilib. Tədqiqatçılar yalnız etik mənbələrdən toplanmış məlumatlardan ibarət təlim bazası hazırlayıblar. Bu bazanın həcmi 8 TB-a (terabayt) çatıb.

Bazaya xüsusilə ABŞ Konqres Kitabxanasından götürülmüş 130 000 kitab daxil edilib. Bu materiallar əsasında tədqiqatçılar 7 milyard parametrə malik böyük dil modeli hazırlayıblar. Model, təxminən, Meta-nın 2023-cü ildə təqdim etdiyi eyniölçülü Llama 2-7B modeli səviyyəsində fəaliyyət göstərir. Lakin tədqiqat müəllifləri modelin performansını aparıcı sənaye layihələri ilə müqayisə edən test nəticələrini paylaşmayıblar. Sistemin 2 il əvvəlki model səviyyəsində işləməsi yeganə çatışmazlıq deyil. Təlim üçün nəzərdə tutulan məlumat bazasının uyğun formata çevrilməsi prosesi də olduqca yorucu olub. Məlumatların böyük bir hissəsi rəqəmsal sistemlər tərəfindən oxunaqlı deyildi, buna görə də insanların bu prosesə birbaşa cəlb olunması zəruri idi.

“Avtomatlaşdırma vasitələrindən istifadə etdik, amma günün sonunda bütün materiallarımız əl ilə annotasiya olunurdu və insanlar tərəfindən yoxlanılırdı. Bu isə olduqca çətin bir proses idi” - deyə layihənin iştirakçılarından biri bildirib. Alimlər həmçinin hər bir skan edilmiş sayt üçün hansı lisenziyanın qüvvədə olduğunu müəyyənləşdirməli olublar. 2024-cü ildə OpenAI Britaniya parlamentinin komitələrindən birinə bildirib ki, müasir qabaqcıl süni zəka modellərini müəllif hüquqları ilə qorunan materiallardan istifadə etmədən öyrətmək mümkün deyil. Ötən il Anthropic şirkətindən bir ekspert də bu fikirlə razılaşaraq demişdi: “Əgər süni zəka sahəsində ixtisaslaşmış şirkətlər təlim məlumatlarında istifadə etdikləri əsərləri lisenziyalaşdırmağa məcbur olsaydılar, böyük dil modelləri yəqin ki, mövcud olmazdı”. İndi isə bu 2 iddianın həqiqətə uyğun olmadığını sübut edən bir araşdırma mövcuddur. Hərçənd bu tədqiqat sənayedə ciddi dəyişiklik yaratmayacaq, lakin süni zəka yaradıcılarının tez-tez irəli sürdükləri əsas arqumentlərdən biri artıq əsassız sayılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ Süni Zəka Təhlükəsizliyi İnstitutunun fəaliyyəti artıq süni zəka təhlükəsizliyinə yönəlməyib

ABŞ Süni Zəka Təhlükəsizliyi İnstitutunun fəaliyyəti artıq süni zəka təhlükəsizliyinə yönəlməyib
ABŞ Ticarət Nazirliyi ona tabe olan Süni Zəka Təhlükəsizliyi İnstitutunun (AI Safety Institute) adını dəyişərək Süni Zəka Standartları və İnnovasiyalar Mərkəzi (Center for AI Standards and Innovation - CAISI) adlandırıb. Bununla da qurumun diqqət mərkəzi birbaşa süni zəkanın təhlükəsizliyindən çıxaraq, milli təhlükəsizliyə təhdidlərlə mübarizə və xarici ölkələrdə çətin və lazımsız tənzimləmələrin aradan qaldırılması istiqamətinə yönəlib.
Süni zəka ilk dəfə dronların yarışında insanları geridə qoyub (VİDEO)

Süni zəka ilk dəfə dronların yarışında insanları geridə qoyub (VİDEO)
Niderlandın Delft Texniki Universitetindən bir qrup alim avtopilot rejimində işləyən dronlar sahəsində əlamətdar bir hadisəni qeyd edib. Belə ki, süni zəka tərəfindən idarə olunan uçan aparat beynəlxalq yarışda ilk dəfə insan pilotları qabaqlaya bilib.
Çin ən güclü süni zəka modelləri mövzusunda ABŞ ilə eyni səviyyəyə çatıb

Çin ən güclü süni zəka modelləri mövzusunda ABŞ ilə eyni səviyyəyə çatıb
Çin süni zəka bazarı sürətli artım nümayiş etdirir: 2025-ci ilin ikinci rübündə yerli süni zəka startapları 12.3 milyard dollar məbləğində özəl və dövlət investisiyası cəlb ediblər. Bu, əvvəlki rüblə müqayisədə 27% çoxdur və 2023-cü ildən bəri qeydə alınmış ən yüksək göstəricidir.
Süni zəka tarixdəki bütün texnologiyalardan daha sürətlə inkişaf edir

Süni zəka tarixdəki bütün texnologiyalardan daha sürətlə inkişaf edir
Süni zəkanın tətbiqi bəşər tarixindəki bütün əvvəlki texnoloji inqilablardan fərqlənir. Vençur investoru Mary Meeker 340 slayddan ibarət hesabat yayımlayıb və bu hesabatda “misilsiz” sözü 51 səhifədə yer alır. Hesabatda süni zəkanın necə sürətlə inkişaf etdiyi, tətbiq olunduğu, maliyyələşdirildiyi və istifadə edildiyi ətraflı şəkildə təqdim olunub.
Süni zəka sementin 19 ekoloji təmiz əvəzləyicisini təyin edib

Süni zəka sementin 19 ekoloji təmiz əvəzləyicisini təyin edib
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqat qrupu sementin əvəzinə istifadə oluna biləcək ekoloji cəhətdən təmiz materialların tapılmasına kömək edən süni zəka əsaslı machine learning alqoritmi təqdim edib.
Həftənin xəbərləri

