
Tayvan süni intellekt vasitəsilə yarım milyon yeni iş yeri yaratmaq istəyir
Süni İntellekt
23.07.2025
Emil Nəcəfov
Süni intellektin sürətli inkişafı fonunda bir çox ölkə və regionun hakimiyyət orqanları hansısa effekti əldə etmək naminə dəstəkləməyə hazır olduqları perspektivli istiqamətləri seçirlər. Reuters-in məlumatına görə, Tayvanda qəbul edilən hökumət proqramına əsasən, 2040-cı ilə qədər süni intellektlə bağlı 10 əsas təşəbbüs adanın ÜDM-ni 510 milyard dollar artırmağa kömək edəcək. Bu 10 prioritet inkişaf istiqaməti arasında hamısı birbaşa süni intellektlə əlaqəli olmasa da, həyata keçirilməsi baxımından üstünlük verilən sahələr arasında silisium fotonikasını, kvant hesablamalarını və robototexnikada süni intellektin tətbiqini qeyd etmək olar.

İlk baxışdan bu sahələr ayrı görünə bilər, lakin mütəxəssislərin fikrincə, silisium fotonikası hesablama mərkəzlərinin işləmə sürətini yeni səviyyəyə qaldıra bilər ki, bu da süni intellekt sistemlərinin effektivliyinin artırılması ilə birbaşa əlaqəlidir. Robototexnika Tayvanın elektronikanın iri müqaviləli istehsalçısı kimi statusunu qoruyub saxlamasına imkan verəcək, çünki bu sahə əmək prosesinin avtomatlaşdırılmasına, süni intellekt funksiyalarının inteqrasiyası ilə isə prosesin səmərəliliyinin artmasına xidmət edəcək. Kvant hesablamaları da bütün kompüter sistemlərinin işini nəzərəçarpacaq dərəcədə sürətləndirməyə yönəlib. Tayvan hakimiyyəti həmçinin yerli sənayenin əsas sahələri üçün sinerji effekti yarada biləcək suveren süni intellektin hazırlanmasına da dəstək vermək istəyir.

Bu sahədə innovasiyaların maliyyələşdirilməsi üçün 3 milyard dollardan çox risk kapitalının cəlb olunması planlaşdırılır. Ada rəhbərliyi 500 000 yeni iş yeri və dünya səviyyəli 3 tədqiqat laboratoriyasının yaradılmasına ümid edir. Xatırladaq ki, yanvar ayında ABŞ prezidenti Donald Trump ölkə daxilində süni intellekt ehtiyacları üçün hesablama infrastrukturu qurulmasını nəzərdə tutan 500 milyard dollarlıq investisiya layihəsi olan milli “Stargate” layihəsini dəstəkləmişdi. Bu təşəbbüs təxminən 100 000 iş yerinin yaradılmasını nəzərdə tutur, lakin onların əksəriyyəti tikinti sahəsinə aid olacaq və müvəqqəti xarakter daşıyacaq. ABŞ-da inşa ediləcək məlumat emalı mərkəzlərinin gücü 10 GVt-a çata bilər. Bununla belə, layihə elan olunandan cəmi bir neçə ay keçməsinə baxmayaraq, iştirakçılar arasında artıq bəzi fikir ayrılıqları yaranmağa başlayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft Google DeepMind-ın 20-dən çox süni intellekt mütəxəssisini özünə cəlb edib

Microsoft Google DeepMind-ın 20-dən çox süni intellekt mütəxəssisini özünə cəlb edib
Son aylar ərzində Microsoft şirkəti süni intellekt sahəsində fəaliyyət göstərən Google DeepMind tədqiqat bölməsindən 20-dən çox əməkdaşı özünə cəlb edib.
Süni intellekt öz səhvlərini gizlətmək üçün məlumatlar bazasını silib

Süni intellekt öz səhvlərini gizlətmək üçün məlumatlar bazasını silib
SaaStr-ın təsisçisi Jason Lemkin süni intellekt platforması olan Replit-i, sistemin avtonom hərəkətləri ilə bağlı bir sıra narahatedici hadisələrdən sonra kəskin tənqid edib.
Google Gemini riyaziyyat olimpiadasında qızıl medal əldə edib

Google Gemini riyaziyyat olimpiadasında qızıl medal əldə edib
May ayında keçirilmiş I/O 2025 konfransında Google öz qabaqcıl neyron şəbəkəsi olan Gemini üçün Deep Think (dərin düşüncə) rejimini təqdim etmişdi.
Autizmli şəxs ChatGPT-yə görə iki dəfə xəstəxanalıq olub

Autizmli şəxs ChatGPT-yə görə iki dəfə xəstəxanalıq olub
30 yaşlı İT mütəxəssisi Jacob Irwin, autizm spektr pozuntusundan əziyyət çəkməsinə baxmayaraq, əvvəllər heç bir psixi diaqnoz almamışdı. Lakin o, ChatGPT ilə ünsiyyətdən sonra iki dəfə maniakal epizodlarla xəstəxanaya düşüb.
OpenAI süni intellekti riyaziyyat olimpiadasında qızıl medal əldə edib

OpenAI süni intellekti riyaziyyat olimpiadasında qızıl medal əldə edib
OpenAI-nin təcrübi süni intellekt modeli Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) qızıl medal səviyyəsinə çatıb. O, 6 məsələdən 5-ni həll edərək mümkün 42 baldan 35-ni toplayıb.
Həftənin xəbərləri

