main-post-cover

    Yeni foto generasiya sistemi Google Imagen 4 təqdim olunub

    Süni İntellekt
    21.05.2025
    Emil Nəcəfov
         Google süni zəkaya əsaslanan yeni foto generasiya modeli Imagen 4-ü təqdim edib. Şirkətin iddiasına görə, bu model əvvəlki versiya olan Imagen 3-dən daha yüksək keyfiyyətli nəticələr verir. Google I/O 2025 tədbirində təqdim edilmiş Imagen 4, parçalar, su damlaları və heyvan tükləri kimi incə detalları təsvir etmək qabiliyyətinə malikdir. Model həm fotorealistik, həm də abstrakt üslubları dəstəkləyir və müxtəlif ölçü nisbətlərində, maksimum 2K keyfiyyətdə görüntülər yarada bilir.
         Google-un Labs bölməsinin rəhbəri Josh Woodward mətbuat brifinqində belə deyib: “Imagen 4 keyfiyyət baxımından böyük bir sıçrayışdır. Biz həmçinin modelin mətn və topoqrafiya generasiyasında daha dəqiq işləməsi üçün ciddi diqqət və düzəlişlər etmişik. Bu səbəbdən təqdimat slaydları, dəvətlər və ya görüntü ilə mətnin birləşdiyi digər layihələr üçün mükəmməldir”. Süni zəka ilə foto yaradan alətlərin sayı kifayət qədər çoxdur. ChatGPT-nin viral alətindən tutmuş Midjourney-nin V7 versiyasına qədər.
         Bu alətlərin hamısı nisbətən mürəkkəb, fərdiləşdirilə bilən və yüksək keyfiyyətli süni zəka əsərləri yaratmaq qabiliyyətinə malikdir. Bəs Imagen 4-ü digərlərindən fərqləndirən nədir? Google-un sözlərinə görə, Imagen 4 sürətlidir - əvvəlki versiya olan Imagen 3-dən daha sürətli. Və yaxın gələcəkdə daha da sürətli olacaq. Şirkət Imagen 4-ün Imagen 3-dən 10 dəfə daha sürətli işləyən versiyasını tezliklə istifadəyə verməyi planlaşdırır. Imagen 4 bu gündən etibarən Gemini tətbiqində, Google-un WhiskVertex AI platformalarında, eləcə də Google Slides, Vids, Docs və digər Google Workspace xidmətlərində əlçatandır.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Gemini köməkçisi Chrome brauzerinə inteqrasiya edilib
    google-gemini-komekcisi-chrome-brauzerine-inteqrasiya-edilib
    Google Meet üçün nitqin canlı tərcüməsi funksiyası təqdim edilib (VİDEO)
    google-meet-ucun-nitqin-canli-tercumesi-funksiyasi-teqdim-edilib-video
    Google Gemini əsaslı şəkildə yenilənib
    google-gemini-esasli-sekilde-yenilenib
    Google səsli video tərtibatı üzrə Veo 3 süni zəka modelini təqdim edib (VİDEO)
    google-sesli-video-tertibati-uzre-veo-3-suni-zeka-modelini-teqdim-edib-video
    Android tətbiqlər düşən Gemini Nano süni zəka modelinin dəstəyini əldə edəcəklər
    android-tetbiqler-dusen-gemini-nano-suni-zeka-modelinin-desteyini-elde-edecekler