
Google Gemini əsaslı şəkildə yenilənib
Proqram Təminatı
21.05.2025
Emil Nəcəfov
Google şirkəti I/O 2025 konfransında süni zəkaya əsaslanan Gemini çat-botunun yeni imkanlarını təqdim edib. Platformanın multimodal funksiyaları genişləndirilib, yeni süni zəka modellərə çıxış açılıb və Google xidmətləri ilə dərin inteqrasiya hazırlanır. Növbəti yeniləmədə Gemini Live funksiyaları həm Google Android, həm də Apple iOS istifadəçiləri üçün genişləndirilib. Artıq Gemini ilə real vaxta yaxın rejimdə söhbət etmək mümkündür, eyni zamanda süni zəkaya smartfon kamerası və ya ekranından video ötürmək olar. Məsələn, tanımadığınız bir şəhərdə gəzərkən telefon kamerasını hər hansı bir binaya yönəldib Gemini Live-dan onun memarlığı və ya tarixi haqqında soruşa bilərsiniz. Süni zəka əsaslı köməkçi cavabı demək olar ki, dərhal verir.

Yaxın həftələrdə Gemini Live digər tətbiqlərlə dərin inteqrasiyaya başlayacaq: Çat-bot Google Maps-də marşrutlar hazırlaya, Google Calendar-da tədbirlər yarada və Google Tasks-da siyahılar tərtib edə biləcək. Google, OpenAI ChatGPT, Apple Siri və digər süni zəka köməkçiləri də daxil olmaqla rəqiblərinə görə Gemini-nin imkanlarını fəal şəkildə genişləndirir. Çat-botların sayı daim artır, qurğular və internetlə qarşılıqlı əlaqənin yeni yolları ortaya çıxır. Google-un məlumatına görə, Gemini-nin aylıq 400 milyon aktiv istifadəçisi var və platformanın yeni funksiyaları auditoriyanı daha da genişləndirmək məqsədi daşıyır.

Şirkət süni zəka üçün iki abunə planı təqdim edib: Gemini Advanced indi Google AI Pro adlanır və aylıq 20$ qiyməti eyni qalır. Bundan əlavə, Google AI Ultra adlı yeni plan təqdim edilib - bu, ChatGPT Pro üçün birbaşa rəqibdir və onun qiyməti aylıq 250$-dır. Google AI Ultra abunəçiləri genişləndirilmiş xidmət limitlərindən istifadə edə biləcək, yeni modelləri ilk sınaqdan keçirəcək və bəzi funksiyalara eksklüziv çıxış əldə edəcəklər. ABŞ-dakı Pro və Ultra abunəçiləri, əgər Chrome brauzerində əsas dil kimi ingilis dili seçilibsə, Gemini-yə birbaşa brauzerdən çıxış əldə edəcəklər - süni zəka səhifələrdəki məlumatları xülasə edəcək və ekranda göstərilənlər barədə suallara cavab verəcək.

Gemini Deep Research süni zəka agentinin imkanları genişləndirilib. Bu agent istifadəçilər üçün ətraflı tədqiqat hesabatları hazırlayır və artıq PDF və şəkil fayllarının yüklənməsini dəstəkləyir. Daha fərdi hesabatlar hazırlamaq üçün, məsələn, şəxsi PDF fayllarını açıq mənbəli məlumatlarla müqayisə edə bilir. Yaxın zamanda Deep Research-un Gmail və Google Drive ilə birbaşa inteqrasiyası da gözlənilir. Gemini-nin pulsuz versiyası istifadəçiləri üçün təkmilləşdirilmiş Imagen 4 şəkil generasiya modelinə çıxış açılıb. Google-un sözlərinə görə, bu model mətnləri daha dəqiq şəkildə təsvir edə bilir.
Aylıq 250$-lıq Google AI Ultra abunəçiləri isə artıq yalnız şəkil deyil, səs və görüntünü sinxron şəkildə yarada bilən yeni Veo 3 video generatoru ilə işləyə biləcəklər. Gemini-də əsas model kimi Gemini 2.5 Flash istifadə olunur. Bu model əvvəlkilərlə müqayisədə daha keyfiyyətli cavablar verir və gecikmə müddəti azdır. Məktəblilər və tələbələr üçün isə Gemini artıq özlərinə uyğunlaşdırılmış testlər yaradır. İstifadəçi səhv cavab verdikdə, süni zəka həmin mövzuda bilikləri möhkəmləndirmək üçün fəaliyyət planı tərtib edir və əlavə testlər təqdim edir.
Mənbə: Techcrunch
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google səsli video tərtibatı üzrə Veo 3 süni zəka modelini təqdim edib (VİDEO)

Google səsli video tərtibatı üzrə Veo 3 süni zəka modelini təqdim edib (VİDEO)
Google şirkəti I/O 2025 konfransında mətn təsvirlərinə əsaslanaraq video yaradan ən yeni süni zəka modeli Veo 3-ü təqdim edib. Bu model yalnız görüntü deyil, eyni zamanda səs müşayiəti də yaradır.
Android tətbiqlər düşən Gemini Nano süni zəka modelinin dəstəyini əldə edəcəklər

Android tətbiqlər düşən Gemini Nano süni zəka modelinin dəstəyini əldə edəcəklər
Generativ süni zəkanın sürətli inkişafı texnologiya nəhənglərinin məhsullarını köklü şəkildə dəyişib. Yeni funksiyaların əksəriyyəti uzaq serverlərdə emal olunur, çünki mobil cihazların hesablama resursları olduqca məhduddur.
Google alqoritmləri yarada və optimizasiya edə bilən AlphaEvolve süni zəka sistemini təqdim edib

Google alqoritmləri yarada və optimizasiya edə bilən AlphaEvolve süni zəka sistemini təqdim edib
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası AlphaEvolve adlı yeni süni zəka sisteminin yaradıldığını elan edib. Bu sistem machine processing-lə mümkün olan məsələlərin həlli üçün nəzərdə tutulub.
Avropadan çoxlu sayda şirkət Google-dan ümumilikdə 12 milyard avro təzminat tələb edir

Avropadan çoxlu sayda şirkət Google-dan ümumilikdə 12 milyard avro təzminat tələb edir
Avropanın onlarla qiymət müqayisə saytları Google şirkətinə qarşı 12 milyard avrodan çox məbləğdə məhkəmə iddiası qaldırıb və onu ədalətsiz rəqabətdə ittiham ediblər.
Google Android 16 üçün olan tamamilə yeni dizaynı sərgiləyib (VİDEO)

Google Android 16 üçün olan tamamilə yeni dizaynı sərgiləyib (VİDEO)
Google şirkəti rəsmi olaraq Android mobil əməliyyat sisteminin istifadəçi interfeysində Material 3 Expressive konsepsiyasına əsaslanan böyük dizayn yeniləməsini təqdim edib. Tərtibatçılar bu dəyişikliklərlə interfeysə daha çox emosional çalarlar əlavə etməyə, onu daha cəlbedici və eyni zamanda istifadəçilər üçün daha sadə etməyə çalışıblar.
Həftənin xəbərləri

