
Android tətbiqlər düşən Gemini Nano süni zəka modelinin dəstəyini əldə edəcəklər
Proqram Təminatı
19.05.2025
Emil Nəcəfov
Generativ süni zəkanın sürətli inkişafı texnologiya nəhənglərinin məhsullarını köklü şəkildə dəyişib. Yeni funksiyaların əksəriyyəti uzaq serverlərdə emal olunur, çünki mobil cihazların hesablama resursları olduqca məhduddur. Lakin Google, tərtibatçılara lokal süni zəkaya - yəni birbaşa cihaz üzərində işləyən süni zəkaya müraciət imkanı təqdim etməyə hazırdır. Google tərtibatçılar üçün nəzərdə tutulan yeni genişləndirilmiş süni zəka imkanları barədə sənədləri yayımlayıb. Yenilənmiş ML Kit SDK paketində artıq lokal dil modeli olan Gemini Nano əsasında generativ süni zəka funksiyaları üçün API dəstəyi mövcuddur. Bu model, AI Core platforması üzərində qurulub və Edge AI SDK-nın təcrübi versiyası ilə oxşardır, lakin burada hazır funksiyalar dəstinə malik mövcud modelə birbaşa qoşulmaq nəzərdə tutulur ki, bu da tərtibatçılar üçün tətbiqi asanlaşdırır.

ML Kit vasitəsilə tətbiqlərdə artıq mətnin xülasəsinin hazırlanması, redaktə edilməsi, yenidən ifadə olunması, eləcə də şəkillərin təsvir olunması kimi funksiyalar mümkün olacaq. Bütün bunlar məlumatları buluda göndərmədən həyata keçiriləcək. Lakin imkan baxımından lokal Gemini Nano modeli bulud əsaslı modellərlə müqayisədə xeyli zəifdir, buna görə də müəyyən, bəzən isə ciddi məhdudiyyətlərlə barışmaq lazım olacaq. Məsələn, mətn xülasələri maksimum üç bənddən ibarət ola bilər, şəkil təsvirləri isə yalnız ingilis dilində təqdim edilir. Nəticələrin keyfiyyəti də smartfonda quraşdırılmış Gemini Nano versiyasından asılı olaraq dəyişə bilər. Standart Gemini Nano XS təxminən 100 MB həcmindədir, Google Pixel 9a kimi smartfonlarda yerləşdirilən Gemini Nano XXS isə 4 dəfə kiçikdir, yalnız mətnlə işləyir və çox daha məhdud kontekst pəncərəsinə malikdir.

Gemini Nano modeli artıq Pixel cihazlarında, eləcə də OnePlus 13, Samsung Galaxy S25 və Xiaomi 15 smartfonlarında istifadə olunur. Bu siyahının, eləcə də lokal generativ süni zəka funksiyalı tətbiqlərin sayının artacağı gözlənilir. Tərtibatçılar üçün sənədlər artıq əlçatandır və şirkətin bu layihə barədə daha ətraflı məlumatı Google I/O konfransında paylaşacağı gözlənilir. Sessiyalardan biri “Android-də Gemini Nano: Cihaz üzərində generativ süni zəka ilə işləmə” adlanır. Yaxın vaxtlara qədər mobil cihazlarda lokal generativ süni zəka ilə işləmək çətin məsələ idi: Təcrübi Edge AI SDK modellərin işə salınması üçün aparat sürətləndiricisinə çıxış imkanı yaradır, lakin yalnız Pixel 9 seriyası cihazlarla işləyir və yalnız mətnlə məhduddur. Qualcomm və MediaTek də süni zəka yükləmələri üçün öz API-lərini təklif edir, lakin bu imkanlar cihazdan cihazadək dəyişdiyi üçün uzunmüddətli layihələrdə istifadəsi riskli sayılır.

Üstəlik, öz süni zəka modelini işə salmaq ciddi hazırlıq tələb edir, buna görə də yeni API-lar lokal süni zəkanın tətbiqini xeyli sadələşdirəcək və sürətləndirəcək. Mobil cihazlardakı lokal modellərin imkanları məhdud olsa da, bu, süni zəkanın praktik faydasının parlaq nümunəsidir. Çox güman ki, istifadəçilərin əksəriyyəti şəxsi məlumatlarını uzaq serverlərə göndərməməyi üstün tutacaq. Bunu təsdiqləyən konkret nümunələr də var. Məsələn, Google Pixel-dəki Screenshots funksiyası ekran görüntülərini birbaşa smartfonun özündə emal edir, Motorola Razr Ultra-da isə bildirişlərin xülasəsi buluddan istifadə edilmədən formalaşdırılır - baxmayaraq ki, Razr modelinin əsas versiyası yenə də uzaq serverlərə müraciət edir. Gemini Nano-ya qoşulma üçün API-larin təqdim olunması mobil süni zəkaya yanaşmalarda müəyyən qədər unifikasiya yaradacaq. Lakin bu təşəbbüs universal həll sayılmır. Çünki bir çox smartfon hələ də bu cür vəzifələr üçün kifayət qədər hesablama gücünə malik deyil.
Mənbə: Arstechnica
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google alqoritmləri yarada və optimizasiya edə bilən AlphaEvolve süni zəka sistemini təqdim edib

Google alqoritmləri yarada və optimizasiya edə bilən AlphaEvolve süni zəka sistemini təqdim edib
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası AlphaEvolve adlı yeni süni zəka sisteminin yaradıldığını elan edib. Bu sistem machine processing-lə mümkün olan məsələlərin həlli üçün nəzərdə tutulub.
Avropadan çoxlu sayda şirkət Google-dan ümumilikdə 12 milyard avro təzminat tələb edir

Avropadan çoxlu sayda şirkət Google-dan ümumilikdə 12 milyard avro təzminat tələb edir
Avropanın onlarla qiymət müqayisə saytları Google şirkətinə qarşı 12 milyard avrodan çox məbləğdə məhkəmə iddiası qaldırıb və onu ədalətsiz rəqabətdə ittiham ediblər.
Google Android 16 üçün olan tamamilə yeni dizaynı sərgiləyib (VİDEO)

Google Android 16 üçün olan tamamilə yeni dizaynı sərgiləyib (VİDEO)
Google şirkəti rəsmi olaraq Android mobil əməliyyat sisteminin istifadəçi interfeysində Material 3 Expressive konsepsiyasına əsaslanan böyük dizayn yeniləməsini təqdim edib. Tərtibatçılar bu dəyişikliklərlə interfeysə daha çox emosional çalarlar əlavə etməyə, onu daha cəlbedici və eyni zamanda istifadəçilər üçün daha sadə etməyə çalışıblar.
Google Find My Device tətbiqinin adı Find Hub-a dəyişib və funksionallığı genişləndirilib

Google Find My Device tətbiqinin adı Find Hub-a dəyişib və funksionallığı genişləndirilib
Keçən il o qədər də uğurlu olmayan Find My Device tətbiqinin istifadəyə verilməsindən sonra Google bu xidməti Find Hub adlandıraraq tətbiqin rebrendinqini reallaşdırıb.
Google Gemini avtomobillərdə, televizorlarda və s. cihazlarda istifadəyə veriləcək

Google Gemini avtomobillərdə, televizorlarda və s. cihazlarda istifadəyə veriləcək
Google şirkəti süni zəka əsaslı Gemini köməkçisini Google TV ilə çalışan cihazlara, Android Auto sistemli avtomobillərə, WearOS əməliyyat sistemi ilə çalışan ağıllı saatlara və Android XR ilə işləyən qarışıq reallıq cihazlarına gətirməyi planlaşdırır.
Həftənin xəbərləri

