
Elon Musk OpenAI-nin alınmasında Mark Zuckerberg-in də iştirak etməsini istəyirmiş
Tech-Biznes
22.08.2025
Emil Nəcəfov
OpenAI-in təsis edilməsində iştirak etmiş amerikalı milyarder Elon Musk bu ilin fevral ayında startapı 97.4 milyard dollara almağı təklif etdi ki, onun strategiyasını öz istədiyi kimi dəyişsin. Məhkəmə iclaslarının materialları göstərir ki, Musk-ın bu sövdələşmədə tərəfdaşı Mark Zuckerberg ola bilərdi. Əvvəllər məlum idi ki, Musk OpenAI-i almaq üçün lazım olan məbləği təmin etməyə hazır həmfikir insanlar tapmışdı, lakin Zuckerberg-in adı bu kontekstdə ilk dəfə çəkilir. Musk 2015-ci ildə OpenAI-in yaradılmasında iştirak etmişdi, lakin 2019-cu ildə startapı tərk etdi və yalnız 2022-ci ildə ChatGPT-nin səs-küylü debütündən sonra onun fəaliyyətinə yenidən diqqət ayırmağa başladı. Məhkəmə iclasında OpenAI nümayəndələri açıqlayıblar ki, onların Elon Musk-ın şirkətin aktivlərini 97.4 milyard dollara almaq üçün Mark Zuckerberg-i cəlb etməyə çalışdığına dair sübutları var.

Halbuki bir vaxtlar onların münasibətləri çox gərgin olmuşdu. Facebook və Meta Platforms-un qurucusu isə bu təklifi rədd edib, bunu məhkəmə materialları təsdiqləyir. Mark Zuckerberg ilə bu cür təmasların mövcudluğunu Elon Musk and içərək etiraf edib. OpenAI ABŞ federal hakimindən Meta-ya müraciət göndərilməsi barədə vəsatət qaldırıb. Bu müraciətdə şirkətin aktivlərini almaqla bağlı hər hansı cəhdlərə aid sənədlərin və danışıqların stenoqramlarının, həmçinin startapın restrukturizasiya və ya rekaptallaşdırılması niyyətinə dair hər hansı sübutların təqdim edilməsi tələb olunur. OpenAI nümayəndələrinin sözlərinə görə, Meta-nın digər potensial sövdələşmə iştirakçıları ilə apardığı istənilən danışıqlar OpenAI-i almaq cəhdinin motivlərinə işıq sala bilərdi. İş materiallarında OpenAI nümayəndələri Musk-ı və Meta şirkətini özlərinin iki ən mühüm rəqibi adlandırırlar.

Meta hakimin qarşısında bu tələblərin geri çağırılmasını istəyib və OpenAI-ə lazım olan sənədləri birbaşa Elon Musk və onun xAI startapından tələb etməyi tövsiyə edib. Zuckerberg-in şirkətinin nümayəndələrinin qeyd etdiklərinə görə, Meta-nın OpenAI-in mümkün restrukturizasiyası və ya rekaptallaşdırılması ilə bağlı apardığı istənilən danışıqlar Musk-ın təklif etdiyi sövdələşməyə aidiyyəti yoxdur. Bu ay ABŞ federal hakimi Yvonne Gonzalez Rogers artıq qərar verib ki, Musk OpenAI-in iddiasına cavab verməlidir. İddiada o, startapın aktivlərini almaq üçün saxta cəhd göstərməklə şirkətə zərər vurmağa çalışmaqda ittiham olunur. Musk isə hələ ötən il OpenAI-i, startapı kommersiya strukturuna çevirməyə çalışmaqla ilkin prinsiplərini pozmaqda günahlandırmışdı. OpenAI isə bu ilin aprel ayında əks-iddia qaldırıb və iş üzrə məhkəmə dinləmələri gələn ilin yazına təyin olunub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta öz süni intellekt şöbəsini genişləndirməyi hələlik dayandırıb

Meta öz süni intellekt şöbəsini genişləndirməyi hələlik dayandırıb
Meta Platforms şirkətinin süni intellekt sahəsində dəyərli mütəxəssislərdən ibarət heyət formalaşdırmaq səyləri xəbərlərdə əsasən bu işəgötürənin “sənayenin ən yaxşı beyinlərini” böyük məbləğlər müqabilində “satın almaq” istəyinə görə əks olunurdu.
ChatGPT-dəki standart səs rejimi deaktiv ediləcək

ChatGPT-dəki standart səs rejimi deaktiv ediləcək
9 sentyabr tarixindən etibarən OpenAI şirkəti istifadəçilərin sakit, balanslı və “canlı” səslənməsinə görə sevdikləri ChatGPT-nin standart səs rejimini tamamilə deaktiv edəcək.
Meta öz süni intellekt şöbəsini yenidən təşkil edib

Meta öz süni intellekt şöbəsini yenidən təşkil edib
Meta rəsmi şəkildə süni intellekt bölməsinin yenidən təşkil olunduğunu təsdiqləyib, mövcud strukturu ləğv edərək OpenAI, Anthropic və Google DeepMind kimi rəqiblərdən geri qalmanı aradan qaldırmaq üçün 4 yeni ixtisaslaşmış qrup yaradıb.
Instagram və Facebook-da Reels videolarının süni intellekt vasitəsilə tərcüməsi funksiyası istifadəyə verilib

Instagram və Facebook-da Reels videolarının süni intellekt vasitəsilə tərcüməsi funksiyası istifadəyə verilib
Meta şirkəti Facebook və Instagram platformalarında Reels videoların avtomatik olaraq başqa dilə tərcüməsi üçün süni intellekt alətini tətbiq etməyə başlayıb.
OpenAI 5$ dəyərində ChatGPT Go tarifini işə salıb

OpenAI 5$ dəyərində ChatGPT Go tarifini işə salıb
OpenAI Hindistanda yeni abunə tarifi olan ChatGPT Go-nu istifadəyə verib. Bu abunəlik tarifi ayda 399 rupi (təxminən 4.6$) təşkil edir ki, bu da mövcud Plus planından (23$) 5 dəfə ucuzdur.
Həftənin xəbərləri

