
Elon Musk, Trump-ın büdcə qanunundan imtina edilməsinə cağırışlar edib
Tech-Biznes
05.06.2025
Emil Nəcəfov
Yeni ABŞ prezidenti seçkiqabağı kampaniyası zamanı dövlət borcunu azaltmağa söz vermişdi, lakin onun bu gün atdığı addımlarla ABŞ-ı daha da borca salır. Dünyanın ən varlı şəxsi Elon Musk, ABŞ prezidenti Donald Trump-ın büdcə sənədini sərt şəkildə tənqid edib. Ağ Evdə cəmi 4 ay çalışmış sahibkarın fikrincə, əgər 79 yaşlı siyasətçi Şimali Amerikanın federal hökumətinin xərclərində dəyişikliklərə yol verərsə, bu, ABŞ iqtisadiyyatına ciddi zərər vura bilər. Buna görə də Musk hesab edir ki, ABŞ Konqresi bu qanunun qəbul edilməməsinə nail olmalıdır. Milyarderin fikrincə, "çiy və köhnəlmiş qanun layihəsi" əvəzinə, iki əsas şərti qarşılayan yeni bir layihə hazırlanmalıdır: Büdcə kəsirinin artmasının və dövlət borcunun yüksəlməsinin qarşısını almaq.

Musk-ın fikrincə, bunun ən yaxşı yolu ABŞ vətəndaşlarının öz konqres üzvləri ilə əlaqə saxlayıb, Trump qanununun mövcud versiyasına qarşı səs verməyə çağırmalarıdır. Musk-ın yazdığına görə, yeni qanun Amerikada təxirə salınmış iflas deməkdir. Qeyd edək ki, bu, Tesla və SpaceX rəhbərinin prezidentin “The Big Beautiful Bill” adlandırdığı qanun layihəsinə ikinci hücumudur. Bu qanun layihəsi ABŞ prezidenti Donald Trump-ın ikinci prezidentlik dövründə təqdim etdiyi genişmiqyaslı büdcə və vergi qanun layihəsidir. Bu qanun layihəsi 2025-ci ilin may ayında ABŞ Nümayəndələr Palatasında cüzi fərqlə qəbul edilib və hazırda Senatda müzakirə olunur. Qanun layihəsinin əsas məqamları aşağıdakılardır.
- 2017-ci ildə qəbul edilmiş vergi endirimlərinin daimi olaraq uzadılması.
- Bəxşişlər və əlavə iş saatlarına görə ödənilən maaşların vergidən azad edilməsi.
- Dövlət və yerli vergi (SALT) çıxarışının 10 000$-dan 40 000$-a qədər artırılması.
- Müdafiə xərclərinin 150 milyard dollar artırılması, o cümlədən "Golden Dom" (“Qızıl Günbəz”) raket müdafiə sisteminə 25 milyard dollar ayrılması.
- Meksika ilə sərhəddə divar tikintisi və sərhəd təhlükəsizliyi üçün 50 milyard dollar vəsait ayrılması.
- Medicaid proqramına yeni iş tələblərinin əlavə edilməsi və uyğunluq yoxlamalarının artırılması.
- Əlillər və aşağı gəlirli ailələr üçün nəzərdə tutulmuş SNAP (qida yardımı) proqramında ciddi kəsintilər.
- Medicaid vasitəsilə gender dəyişikliklərinə dair tibbi xidmətlərin maliyyələşdirilməsinin dayandırılması.
- Uşaq vergi kreditinin 2500$-a qədər artırılması (2028-ci ilə qədər), sonra isə 2000$-a endirilməsi.
- "MAGA" adlı yeni qənaət hesablarının yaradılması.
- Xaricə pul köçürmələrinə 5% vergi tətbiq edilməsi.
- Bəzi qeyri-kommersiya təşkilatlarının vergi azadlığının ləğv edilməsi.
Daha əvvəl Musk bu qanun layihəsini nəhəng xərclərə görə ağlasığmaz adlandırmışdı. Vurğulayaq ki, Musk artıq Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən ayrılıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
SpaceX-in kommersiya gəliri gələn il NASA-nın büdcəsini geridə qoyacaq

SpaceX-in kommersiya gəliri gələn il NASA-nın büdcəsini geridə qoyacaq
ABŞ-ın siyasi həyatında aktiv iştirakdan yenicə uzaqlaşmış milyarder Elon Musk, ona xas olan enerjisi ilə rəhbərlik etdiyi şirkətlərin fəaliyyətinə yenidən fəal şəkildə qatılmağa başlayıb.
SpaceX-in yeni zavodu il ərzində 1000 ədəd Starship istehsal edə biləcək

SpaceX-in yeni zavodu il ərzində 1000 ədəd Starship istehsal edə biləcək
Elon Musk Texasda dünyanın ən böyük istehsalat kompleksi - Gigabay adlandırılan müəssisənin inşasını elan edib. SpaceX bu mərkəzdə ildə 1000-ə qədər çoxistifadəli Starship raketini istehsal etməyi planlaşdırır.
Neuralink beyin implantlarının inkişafı üçün 650 milyon dollar vəsait əldə edib

Neuralink beyin implantlarının inkişafı üçün 650 milyon dollar vəsait əldə edib
Elon Musk-ın böyük siyasətdən yenidən biznes sahəsinə qayıdışı, onun şirkətlərinin parlaq gələcəyinə inanan investorların fəallığının artması ilə müşayiət olundu.
Elon Musk, XChat messencerini anons edib

Elon Musk, XChat messencerini anons edib
Elon Musk-ın son vaxtlar Ağ Evi tərk etməsi, ona məxsus şirkətlərin yeni xidmət və məhsullarını daha sürətli təqdim etməsi məqsədini daşıyırdı.
Elon Musk ABŞ-da pilotsuz nəqliyyat qanununu irəlilətməyə başlayıb

Elon Musk ABŞ-da pilotsuz nəqliyyat qanununu irəlilətməyə başlayıb
Elon Musk Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri və prezident Donald Trump-ın müşaviri kimi fəaliyyətindən uzaqlaşıb, lakin Vaşinqtondakı fəaliyyətini davam etdirir.
Həftənin xəbərləri

