
Neuralink beyin implantlarının inkişafı üçün 650 milyon dollar vəsait əldə edib
Elm & Texnologiya
03.06.2025
Emil Nəcəfov
Elon Musk-ın böyük siyasətdən yenidən biznes sahəsinə qayıdışı, onun şirkətlərinin parlaq gələcəyinə inanan investorların fəallığının artması ilə müşayiət olundu. İnsan və kompüter arasında interfeys yaratmaq üçün beyin implantları hazırlayan Neuralink startapı investor qrupundan 650 milyon dollar maliyyə vəsaiti alıb. Şirkətin press-relizində bildirilir ki, bu vəsaitlər “bioloji və süni zəka arasında əlaqəni daha da dərinləşdirən” yeni cihazların yaradılmasına kömək edəcək. Neuralink-in bu maliyyələşdirmə mərhələsində iştirak edənlər arasında ARK Invest, Founders Fund, Sequoia Capital, Thrive Capital və Lightspeed Venture Partners kimi nüfuzlu investorlar yer alıb.

Yalnız texnoloji inkişafla kifayətlənməyən Neuralink, bu yeni maliyyə resursları sayəsində pasient əhatəsini də genişləndirməyi planlaşdırır. Hazırda klinik sınaqlar 5 könüllünün kəllə hissəsinə yerləşdirilmiş implantlarla aparılır. Bu şəxslərdən biri implant sayəsində yenidən ətrafdakılarla düşüncələrini bölüşmək qabiliyyətini geri qazanıb. Sınaqlarda iştirak edən bütün pasientlər düşüncələri vasitəsilə həm rəqəmsal, həm də fiziki cihazlara nəzarət etmək imkanına sahib olublar. Rəqib şirkət Paradromics-in beyin implantını uğurla insana yerləşdirməsi fonunda, Neuralink üçün investorların dəstəyi və irəliləyişin nümayiş etdirilməsi xüsusilə vacibdir.
Daha əvvəl Elon Musk vəd etmişdi ki, Neuralink görmə qabiliyyətini itirmiş insanlara bu funksiyanı geri qaytara biləcək bir implant hazırlayacaq. Bu zaman pasientlər hər iki gözünü və görmə sinirini itirmiş ola bilərlər. Onların funksiyaları süni cihazlar və sensorlarla əvəz olunacaq. Hazırda Neuralink-in implantları üzrə klinik sınaq proqramları dünyanın 3 ölkəsində həyata keçirilir. Son maliyyələşdirmə mərhələsi nəzərə alınmadan, startapın bazar dəyəri 9 milyard dollar səviyyəsində qiymətləndirilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk, XChat messencerini anons edib

Elon Musk, XChat messencerini anons edib
Elon Musk-ın son vaxtlar Ağ Evi tərk etməsi, ona məxsus şirkətlərin yeni xidmət və məhsullarını daha sürətli təqdim etməsi məqsədini daşıyırdı.
Elon Musk ABŞ-da pilotsuz nəqliyyat qanununu irəlilətməyə başlayıb

Elon Musk ABŞ-da pilotsuz nəqliyyat qanununu irəlilətməyə başlayıb
Elon Musk Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri və prezident Donald Trump-ın müşaviri kimi fəaliyyətindən uzaqlaşıb, lakin Vaşinqtondakı fəaliyyətini davam etdirir.
ABŞ-ın Çin texnologiyalarının inkişafını məhdudlaşdırmaq planı işə yaramır

ABŞ-ın Çin texnologiyalarının inkişafını məhdudlaşdırmaq planı işə yaramır
ABŞ-ın süni zəka, enerji, avtonom avtomobillər, pilotsuz uçuş aparatları və elektrikli avtomobillər kimi müxtəlif sahələrdə Çinlə texnoloji yarışda qalib gəlmək cəhdləri hələlik nəticə verməyib.
4K keyfiyyətində 5000 ədəd filmi saniyə ərzində göndərmək mümkün olub

4K keyfiyyətində 5000 ədəd filmi saniyə ərzində göndərmək mümkün olub
5000 ədəd 4K keyfiyyətində filmi cəmi bir saniyəyə yükləmək - bu, fantastika kimi səslənsə də, yapon alimlər qrupu təxminən bu nəticəyə nail olmağı bacarıb.
Yeni texnologiya dronların idarəsini ələ keçirməyə imkan verir

Yeni texnologiya dronların idarəsini ələ keçirməyə imkan verir
İsrailin D-Fend Solutions şirkəti EnforceAir adlı sistem hazırlayıb. Bu sistem düşmən dronlarının heç bir maneə və dağıntı yaratmadan idarəsini ələ keçirə və onları təhlükəsiz şəkildə yerə endirə bilir.
Həftənin xəbərləri

