İnvestorlar süni intellekt balonundan qurtulmağın yollarını axtarırlar
Tech-Biznes
27.10.2025
Emil Nəcəfov
İri investorlar süni intellekt ətrafındakı həddindən artıq həyəcanlı ab-havadan ehtiyatlansalar da, ona qarşı mövqe tutmaqdan çəkinirlər və 1990-cı illərin dotcom dövrünə aid strategiyaya üstünlük verirlər - həmin strategiya o vaxt bəzi şirkətlərin bazar çökməsindən yaxa qurtarmasına kömək etmişdi. Onlar süni intellektə yatırımlarını çox erkən dayandırmaqla mümkün qazancı itirmək riski ilə bu bazarın çökməsi halında iflas ehtimalı arasında tarazlıq tapmağa çalışırlar. ABŞ texnologiya şirkətlərinin səhmləri bir-bir rekord qırır, süni intellekt üçün çip istehsalçısı NVIDIA-nın dəyəri isə 4.5 trilyon dollardan artıq olub. Bu şəraitdə peşəkar investorlar həm artmaqda olan bazardan gəlir əldə etmək, həm də həddindən artıq riskdən yayınmaq yolları axtarırlar. Bazar iştirakçılarının çoxu 1990-cı illərin internet boom-unu xatırlayır - o dövrdə bu dalğa startaplardan telekommunikasiya və texnologiya sektorlarına qədər yayılmışdı.
Həmin vaxt bəzi hedc-fondlar dalğanı düzgün zamanda tutaraq yüksək gəlirli səhmlərdən onların pik nöqtəsinə çatmadan əvvəl yaxa qurtarmağı bacarmışdılar. “Biz 1998-2000-ci illər arasında işləmiş strategiyanı tətbiq edirik” - deyə Amundi şirkətinin çoxprofilli aktivlər şöbəsinin rəhbəri və informasiya texnologiyaları direktoru Francesco Sandrini bildirib. O, Wall Street-də qeyri-rasional optimizmin əlamətlərinin artdığını qeyd edib - məsələn, süni intellekt sahəsində fəaliyyət göstərən iri şirkətlərin səhmlərinə bağlı riskli opsionlarla aparılan həyəcanlı ticarət. Buna baxmayaraq, o bu “texnoloji həyəcanın” davam edəcəyini gözləyir və gələcəkdə dəyəri arta biləcək, rasional şəkildə qiymətləndirilmiş aktivlərə investisiya etməklə mənfəət əldə etməyə ümid edir. Sandrini-nin sözlərinə görə, bu yanaşma bazarın hələ fərqinə varmadığı maksimum inkişaf imkanlarını axtarmağı nəzərdə tutur - xüsusilə proqram təminatı, robototexnika və Asiya texnologiyaları bazarlarına yönəlməklə.
“Bu süni intellekt boom-u nəticəsində bazarın çöküşə uğrama ehtimalı çox yüksəkdir, çünki şirkətlər trilyonlarla dollar xərcləyir və hələ mövcud olmayan eyni bazar uğrunda mübarizə aparırlar” - deyə Goshawk Asset Management şirkətinin informasiya texnologiyaları direktoru Simon Edelsten hesab edir. O düşünür ki, süni intellektlə bağlı bu “qızdırmanın” növbəti mərhələsi NVIDIA, Microsoft və Alphabet kimi şirkətlərdən qonşu sektorlara da yayılacaq. İqtisadçılar Markus Brunnermeir və Stefan Nagel tərəfindən aparılmış 1990-cı illərin dotcom balonuna dair tədqiqat göstərib ki, uğurlu hedc-fondlar əsasən dotcom şirkətlərinin çökməsinə qarşı mərc etmirdilər, əksinə, bu vəziyyətdən kifayət qədər məharətlə istifadə edərək 1998-2000-ci illər arasında bazarı hər rübdə təxminən 4.5% üstələməyi və tənəzzülün ən ağır nəticələrindən qaçmağı bacarmışdılar.
Onlar vaxtında dəyərindən artıq qiymətləndirilmiş internet şirkətlərinin səhmlərindən yaxa qurtarır, mənfəəti isə hələ az təcrübəli investorların diqqətini cəlb etməmiş digər aktivlərə yönəldirdilər. Bir çox analitiklər hesab edirlər ki, hazırkı vəziyyət 1999-cu ildəki maliyyə bazarının vəziyyətinə bənzəyir. Bununla yanaşı qeyd olunur ki, hətta 2000-ci ildə - bazar zirvəyə çatanda belə - yaxşı mənfəət əldə etmək mümkün idi. Məşhur bir deyimə görə, “qızıl axtarışı zamanı ən sərfəli və etibarlı iş - axtaranlara alət satmaqdır”. Buna görə də mütəxəssislər üstünlüyü konsaltinq və robototexnika şirkətlərinə verməyi tövsiyə edirlər. Bir çox investorlar həmçinin Amazon, Microsoft və Alphabet kimi iri İT şirkətlərinin süni intellekt üçün məlumat emalı mərkəzlərinə və qabaqcıl çiplərə yatırdıqları trilyonlarla dollardan dolayı mənfəət əldə etməyə çalışırlar - bu şirkətlər qarşısında birbaşa öhdəlik götürmədən.
Bəzi investorlar yeni atom elektrik stansiyalarının inşasını gözləyərək urana yatırım edirlər ki, bu stansiyalar məlumat emalı mərkəzlərini enerji ilə təmin etsin. Digərləri isə çip istehsalçıları üçün konteyner və qablaşdırma təchizatı sayəsində qazanc əldə etməyi planlaşdırırlar. Eyni zamanda aktiv idarəçiləri narahatdırlar ki, məlumat emalı mərkəzlərinin tikintisindəki tələskənlik, telekommunikasiya sənayesindəki fiber-optik naqillər boom-unda olduğu kimi, güc ehtiyatının artıq olmasına səbəb ola bilər. Süni intellekt sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin səhmləri artmağa davam etsə də, bir çox investorlar mövcud vəziyyətdə balon yaranmasının əlamətlərini görür və riskləri azaltmaq üçün Çin texnologiya şirkətlərinin səhmlərinə, eləcə də Avropa və tibbi aktivlərə sərmayə yatırırlar. Bütün analitiklər bir məsələdə həmfikirdirlər - süni intellekt ətrafındakı bu həyəcanın nə qədər davam edəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni intellektin özündə “yaşamaq instinkti”ni formalaşdırdığı təyin edilib
Süni intellektin özündə “yaşamaq instinkti”ni formalaşdırdığı təyin edilib
Süni intellekt təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Palisade Research şirkəti keçən ay aparmış olduğu tədqiqatların nəticələrini paylaşaraq bəzi süni intellekt modellərinin “yaşamaq instinkti”ni inkişaf etdirdiyini iddia etmişdi.
Süni intellekt sosial media kontentləri sayəsində deqradasiyaya uğrayır
Süni intellekt sosial media kontentləri sayəsində deqradasiyaya uğrayır
Süni intellektin böyük dil modelləri, sosial şəbəkələrdən gələn məşhur, lakin aşağı keyfiyyətli məzmunun kütləvi təsirinə məruz qaldıqdan sonra deqradasiya əlamətləri göstərib - bu hal sosial şəbəkə X və ya TikTok-da çox vaxt keçirən bir insanda yaranan vəziyyətə bənzəyir.
NVIDIA CEO-su Jensen Huang: "Real və "rəqəmsal" insanlar bir yerdə çalışacaqlar"
NVIDIA CEO-su Jensen Huang: "Real və "rəqəmsal" insanlar bir yerdə çalışacaqlar"
Süni intellekt boom-unun mərkəzində yerləşən şirkətlərdən birinin qurucusu kimi, NVIDIA şirkətinin rəhbəri Jensen Huang bu sahənin gələcəyi ilə bağlı fikirlərini tez-tez bölüşür. O, bildirib ki, insanlar süni intellektlə qarşılıqlı əlaqədən cavabdeh olan agentləri “rəqəmsal insanlar” adlandıraraq, gələcəkdə onlarla yanaşı işləyə biləcəklər.
Süni intellekt köməkçilərinin cavablarında ciddi səhvlər aşkar edilib
Süni intellekt köməkçilərinin cavablarında ciddi səhvlər aşkar edilib
Avropa Yayım Birliyi (EBU) və BBC tərəfindən aparılmış yeni araşdırmaya görə, aparıcı süni intellekt köməkçiləri cavablarının demək olar ki, yarısında xəbər məzmununu təhrif edir.
Dövlət xadimləri və digər məşhur şəxslər süni superintellektin yaradılmasına qarşı çıxıblar
Dövlət xadimləri və digər məşhur şəxslər süni superintellektin yaradılmasına qarşı çıxıblar
Aparıcı texnoloji şirkətlər insanlardan qat-qat ağıllı bir varlıq yaratmağın nəticələrini nəzərə almadan, süni superintellektin sistemləri yaratmağa can atırlar. Bu vəziyyət fonunda texnologiya, siyasət, media, təhsil, din və hətta kral ailəsi dünyasından olan yüzlərlə ictimai xadim müəyyən şərtlər yerinə yetirilməyincə superintellektin yaradılmasının qadağan edilməsinə çağırış edən açıq məktub imzalayıblar.
Həftənin xəbərləri