
Mark Zuckerberg Mark Zuckerberg-i məhkəməyə verib
Tech-Biznes
05.09.2025
Emil Nəcəfov
İndiana ştatından olan iflas işləri üzrə vəkil Mark Zuckerberg sosial şəbəkə nəhəngi Meta-nın baş direktoru Mark Zuckerberg-ə qarşı məhkəmə iddiası qaldırıb. Vəkil milyarderin tam adaşı olmasının böyük narahatlıq yaratdığını bildirib. Vəkil Mark Zuckerberg Facebook-da öz hüquqi praktikasını reklam etmək və potensial müştərilərlə ünsiyyət qurmaq üçün istifadə etdiyi kommersiya səhifəsinə sahibdir. Lakin son 8 ildə həmin səhifə 5 dəfə bloklanıb, çünki platformanın moderasiya sistemi onun hesabını sosial şəbəkənin yaradıcısını təqlid edən saxta səhifə kimi qeyd edib. Əslində Mark Zuckerberg özünü Mark Zuckerberg kimi qələmə vermir, çünki o da Mark Zuckerberg-dir. İddiasında o, hüquqi praktika ilə Facebook-un yaradıcısının hələ 3 yaşı olduğu dövrdən bəri məşğul olduğunu vurğulayıb.

“Bu gülməli deyil. Mənim pulumu götürdükləri vaxt bu heç də gülməli olmur. Bu məni həqiqətən dəhşətli dərəcədə əsəbiləşdirdi” - deyə vəkil müsahibəsində etiraf edib. O, Meta platformasında səhifəsini reklam etmək üçün 11 000$ ödəyib və hesabı saxta hesab kimi bloklandıqda belə reklam üçün ödənişlər davam edib. İddiasında hüquqşünas 2020-ci ilə aid yazışmanın surətini təqdim edib, burada o, səhv bloklama ilə bağlı suallar verir və problemin 2017-ci ildən bəri platforma administrasiyası ilə müzakirə edildiyini qeyd edir. “Əgər təsadüfən daha gənc və varlı Mark Zuckerberg ilə rastlaşsanız, ona məndən salam deyin və söyləyin ki, o məni hər gün əsəbiləşdirir” - deyə vəkil öz adaşına məktublarından birində yazıb.

İş o yerə çatıb ki, o öz həyatının bu ada görə necə dəyişdiyini izah edən bir sayt yaradıb. “Mən bron etmə və ya iş aparma zamanı öz adımı istifadə edə bilmirəm, çünki zəngim zarafat kimi qəbul edilir və dəstəyi qoyurlar. Bəzən həyatım ESPN-də yayımlanan Michael Jordan reklamını xatırladır, orada da eyni ad səbəbilə sadə bir insan daim qarışıqlıqla üzləşir” - deyə hüquqşünas gileylənib. Amma onu adi insan adlandırmaq da olmaz: Mark Zuckerberg iflas qanunvericiliyi sahəsində hörmətli bir mütəxəssisdir. Bəzən çıxışlar üçün Las Veqasa uçur, lakin öz bölgəsində də məşhur adaşının kölgəsindən qaça bilmir.

“Las Veqasda çıxış edərkən eskalatorun yanında məni “Mark Zuckerberg” yazılı lövhə tutmuş limuzin sürücüsü gözləyirdi və bu, böyük izdihamda məyusluqla qarışıq çaşqınlıq yaratdı” - deyə vəkil danışıb. Ona mütəmadi olaraq Meta rəhbərinə ünvanlanan zənglər və mesajlar gəlir, bəzilərində isə hətta ölüm təhdidləri və ya pul istəkləri olur. Lakin söhbət gəlir itkisindən gedəndə hüquqşünasın səbr kasası daşdı. Meta nümayəndələri belə açıqlama veriblər: “Biz bilirik ki, dünyada təkcə bir Mark Zuckerberg yoxdur və bu işi araşdıracağıq”. “Mən Mark Zuckerberg-ə pislik arzulamıram. Ümid edirəm ki, hər şey onun üçün yaxşı olar, amma bir şeyi deyim: “Mark Zuckerberg iflas” sorğusu üzrə axtarış nəticələri mənim olacaq. Əgər o, maliyyə çətinlikləri ilə üzləşsə və İndianada olsa, onun işi ilə məmnuniyyətlə məşğul olaram” - deyə vəkil öz saytında yazıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Donald Trump ABŞ şirkətlərinə maneə yaradan ölkələrə əlavə rüsumlar tətbiq edə bilər

Donald Trump ABŞ şirkətlərinə maneə yaradan ölkələrə əlavə rüsumlar tətbiq edə bilər
ABŞ prezidenti Donald Trump rəqəmsal vergilərin tətbiq olunduğu ölkələrə qarşı əhatəli rüsumlar tətbiq edəcəyi ilə hədələyib. Bir neçə gün əvvəl dövlət başçısı bu məsələni Ağ Evdə Meta-nın baş direktoru Mark Zuckerberg ilə müzakirə etmişdi.
Elon Musk OpenAI-nin alınmasında Mark Zuckerberg-in də iştirak etməsini istəyirmiş

Elon Musk OpenAI-nin alınmasında Mark Zuckerberg-in də iştirak etməsini istəyirmiş
OpenAI-in təsis edilməsində iştirak etmiş amerikalı milyarder Elon Musk bu ilin fevral ayında startapı 97.4 milyard dollara almağı təklif etdi ki, onun strategiyasını öz istədiyi kimi dəyişsin.
İT nəhənglərin rəhbərlərinin təhlükəsizliklərinə xərclər artırılıb

İT nəhənglərin rəhbərlərinin təhlükəsizliklərinə xərclər artırılıb
Böyük korporasiyaların fəaliyyəti cəmiyyətin bir çox üzvlərinin şüurunda onların rəhbərlərinin fiqurları ilə assosiasiya olunur. Buna görə də, bu sahənin mütəxəssislərinin fikrincə, onlara qarşı düşmənçilik və şəxsi təhlükəsizliklərinə yönəlmiş təhdid halları getdikcə daha çox müşahidə olunacaq.
Mark Zuckerberg şəxsi superintellekt üzərində çalışdığını anons edib

Mark Zuckerberg şəxsi superintellekt üzərində çalışdığını anons edib
Meta şirkəti internet reklamından əldə etdiyi milyardlarla gəlir vasitəsilə süni intellekt sahəsində lider mövqe tutmaq istəyir. Məqsəd şəxsi superintellekti hər kəs üçün əlçatan etməkdir.
Mark Zuckerberg yeni süni intellekt laboratoriyasına milyardlarla dollar vəsait sərf edir

Mark Zuckerberg yeni süni intellekt laboratoriyasına milyardlarla dollar vəsait sərf edir
Wall Street-dən olan investorlar Mark Zuckerberg-in Meta şirkətinin tərkibində yaratdığı Superintelligence Labs adlı yüksək məxfi şöbə ilə bağlı daha çox aydınlıq əldə etməyə çalışırlar.
Həftənin xəbərləri

