
Donald Trump ABŞ şirkətlərinə maneə yaradan ölkələrə əlavə rüsumlar tətbiq edə bilər
Tech-Biznes
29.08.2025
Emil Nəcəfov
ABŞ prezidenti Donald Trump rəqəmsal vergilərin tətbiq olunduğu ölkələrə qarşı əhatəli rüsumlar tətbiq edəcəyi ilə hədələyib. Bir neçə gün əvvəl dövlət başçısı bu məsələni Ağ Evdə Meta-nın baş direktoru Mark Zuckerberg ilə müzakirə etmişdi. Bloomberg-in anonim mənbələrə istinadən verdiyi məlumata görə, sosial şəbəkə nəhənginin rəhbəri ötən həftənin sonunda Trump-la görüşüb. Onlar texnologiya şirkətlərinin müəyyən ölkələrdə istifadəçilərdən əldə etdikləri gəlirə görə tutulacaq rəqəmsal xidmət vergilərinin tətbiqi təhlükəsini müzakirə ediblər. Meta-nın gəlirlərinin böyük əksəriyyəti Instagram, Facebook və WhatsApp istifadəçilərinə yönəlmiş reklam hesabına formalaşır. Bir neçə gün sonra Trump bəyan edib ki, rəqəmsal vergilər və onlarla bağlı tənzimləmə mexanizmləri ABŞ texnologiyalarına zərər vurur və onları ayrı-seçkiliyə məruz qoyur, halbuki Çinin ən iri texnologiya şirkətləri tam sərbəst fəaliyyət göstərir.

Buna görə ABŞ prezidenti belə vergilərin tətbiq olunduğu bütün ölkələri xəbərdar edib ki, əgər bu diskriminasiya xarakterli tədbirlər ləğv edilməsə, onlara qarşı əhatəli rüsumlar və ABŞ yarımkeçirici məhsullarının ixracına məhdudiyyətlər tətbiq ediləcək. “Mən inanılmaz ABŞ texnologiya şirkətlərimizə hücum edən ölkələrin qarşısında dayanacağam” - deyə o öz platforması Truth Social-da yazıb. ABŞ rəsmiləri bu məsələni digər ölkələrlə və Avropa Birliyi rəhbərliyi ilə danışıqlarda qaldırıblar və bildiriblər ki, rəqəmsal vergilər ABŞ texnologiya şirkətlərini, o cümlədən Meta, Amazon və Alphabet-i əlverişsiz vəziyyətə salır. Bu vergilər xüsusilə Avstriya, Böyük Britaniya, İspaniya, İtaliya və Fransada qüvvədədir və hər birində fərqli faiz dərəcələri və hədd qiymətləri müəyyən olunub. Meta rəsmi olaraq təsdiqləyib ki, şirkətin rəhbəri dövlət başçısı ilə görüşüb. “Keçən həftə Mark Zuckerberg Ağ Evi ziyarət edib ki, Meta-nın ölkə infrastrukturuna yatırımlarını və ABŞ-ın texnologiya sahəsində xaricdə liderliyini gücləndirməsini müzakirə etsin” - deyə şirkətdən bildirilib.

Trump-ın prezident postuna qayıtması ilə Zuckerberg dövlət başçısının rəğbətini qazanmaq üçün ciddi addımlar atmağa başlayıb. Halbuki Trump bir vaxtlar onu cinayətkar adlandırmış və həbs cəzası ilə hədələmişdi. Meta moderasiya və müxtəliflik siyasətini yenidən nəzərdən keçirib, həmçinin Trump-ın andiçməsinə 1 milyon dollar ianə edib, hansı ki, həmin tədbirdə Zuckerberg də iştirak edib. Sosial şəbəkə nəhənginin rəhbəri bir neçə 10 milyon dollara vitse-prezident J.D. Vance-in rezidensiyası yaxınlığında iki daşınmaz əmlak alıb və şirkətin idarə heyətinə Trump tərəfdarlarından bir neçəsini cəlb edib. Zuckerberg dəfələrlə Trump-la görüşüb - onlar süni intellektdən tutmuş Avropadakı texnoloji nəhənglər üçün tənzimləmə mexanizmlərinə qədər geniş mövzuları müzakirə ediblər. Ötən həftə isə onlar Meta-nın Luizianada inşa etməyi planlaşdırdığı məlumat emalı mərkəzini müzakirə ediblər - layihənin büdcəsi 50 milyard dollar olaraq qiymətləndirilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta süni intellektin gələcəyəinin düzgün siyasətçilər tərəfindən təyin olunması üçün milyonlarla dollar xərcləyəcək

Meta süni intellektin gələcəyəinin düzgün siyasətçilər tərəfindən təyin olunması üçün milyonlarla dollar xərcləyəcək
Meta yeni bir təşəbbüsə - siyasi komitəyə (Political Action Committee - PAC) 10 milyonlarla dollar investisiya qoymağı planlaşdırır. Təşkilat şirkətin mənşəyi olan Kaliforniya ştatında fəaliyyət göstərəcək və texnologiya sahəsinin, xüsusilə də süni intellektin tənzimlənməsinə liberal yanaşmanı dəstəkləyən namizədlərə dəstək verəcək.
Meta-nın süni intellekt şöbəsi artıq mütəxəssislərini itirməyə başlayıb

Meta-nın süni intellekt şöbəsi artıq mütəxəssislərini itirməyə başlayıb
Ən azı 3 süni intellekt tədqiqatçısı, şirkətin baş direktoru Mark Zuckerberg-in cəmi 2 ay əvvəl yaradıldığını elan etdiyi Meta Superintelligence Lab (MSL) bölməsindən ayrılıb.
Trump ABŞ-ın İT nəhənglərini Avropa dövlətlərinə qarşı sanksiyalar vasitəsilə dəstəkləməyi planlaşdırır

Trump ABŞ-ın İT nəhənglərini Avropa dövlətlərinə qarşı sanksiyalar vasitəsilə dəstəkləməyi planlaşdırır
ABŞ prezidenti Donald Trump-ın administrasiyası Avropa Birliyinə daxil olan ölkələrə və ya rəsmilərə qarşı bölgədə qüvvədə olan “Rəqəmsal Xidmətlər Qanunu”na (Digital Services Act, DSA) əməl etdiklərinə görə sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir.
Meta öz məhsullarında Midjourney-nin generativ alqoritmlərindən istifadə edəcək

Meta öz məhsullarında Midjourney-nin generativ alqoritmlərindən istifadə edəcək
Meta Platforms şirkəti generativ süni intellekt alqoritmlərinin yaradıcısı Midjourney ilə əməkdaşlıq edəcəyini açıqlayıb. Əməkdaşlığın məqsədi onun “estetik texnologiyalarını lisenziyalaşdırmaq” və Meta-nın öz süni intellekt modelləri və məhsullarında istifadə etməkdir.
Donald Trump TikTok-un ABŞ-da qadağasını dördüncü dəfə təxirə salmağa hazırdır

Donald Trump TikTok-un ABŞ-da qadağasını dördüncü dəfə təxirə salmağa hazırdır
Hələ bu ilin yanvarında keçirilmiş andiçmədən əvvəl Donald Trump ABŞ-da Çin sosial şəbəkəsi TikTok-un taleyini həll etməli olmuşdu, çünki onun fəaliyyəti əvvəlki prezident Joe Biden-in fərmanı ilə qadağan edilmişdi.
Həftənin xəbərləri

