main-post-cover

    Məhkəmə Google-u Chrome brauzerini satmağa məcbur etməkdən imtina edib

    Tech-Biznes
    03.09.2025
    Emil Nəcəfov
         Google şirkəti onlayn axtarış seqmentində dominant mövqeyini azaltmaq məqsədilə Chrome brauzerini satmaq məcburiyyətində qalmayacaq. Bu qərarı bu həftə Vaşinqton dairə məhkəməsinin hakimi Amit Mehta qəbul edib. 1 ildən çox əvvəl elə həmin hakim axtarış nəhənginin antiinhisar qanunvericiliyini pozduğunu müəyyən etmişdi. Mehta ABŞ Ədliyyə Nazirliyinin onlayn axtarış seqmentində rəqabəti bərpa etməyə yönəlmiş ən iddialı təkliflərini təmin etməkdən imtina edib. Google təkcə Chrome-u qoruyub saxlamadı, həm də öz tərəfdaşlarına şirkətin axtarış məhsullarını və ya süni intellekt əsaslı tətbiqlərini onların istehsal etdikləri cihazlara əvvəlcədən quraşdırmaq üçün ödəniş etməyə davam edə biləcək.
         Eyni zamanda hakim Google-u rəqiblərlə onların rəqabət qabiliyyətini artırmağa kömək edə biləcək dəyərli axtarış məlumatlarını paylaşmağa məcbur edib. O, həmçinin Google-un axtarış və süni intellekt məhsullarının yayımı ilə bağlı eksklüziv müqavilələr bağlamasını qadağan edib, çünki bu, rəqiblərin həmin məhsullara çıxışlarını məhdudlaşdıra bilərdi. Bu, təxminən 25 il ərzində texnologiya nəhənginə qarşı qəbul edilmiş ən mühüm antiinhisar qərarıdır - ABŞ Ədliyyə Nazirliyinin Microsoft-a qarşı işinə baxıldığı vaxtdan bəri. Hərçənd bu mühüm mərhələ hesab olunsa da, Google-un məhkəmə qərarını praktikada icra etməsi üçün illər lazım ola bilər. Hökm çıxarıldıqdan sonra şirkətin onu apellyasiya qaydasında şikayət etmək imkanı var və iş sonradan Ali Məhkəməyə qədər gedib çıxa bilər.
         Google-un tənzimləmə məsələləri üzrə vitse-prezidenti Lee-Anne Mulholland məhkəmənin tələblərinin şirkət istifadəçilərinə və onların məxfiliklərinə necə təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edib və bu məsələnin diqqətlə araşdırıldığını bildirib. Antiinhisar orqanının rəhbəri Gail Slater isə qalibiyyət dolu bəyanatla çıxış edib, lakin eyni zamanda qurumun daha nəzərəçarpacaq nəticələr əldə etmək üçün məhkəmə qərarını mübahisələndirmək imkanını istisna etmədiyini vurğulayıb. O belə deyib: “Birinci Trump administrasiyası Google-u onun monopol mövqeyindən sui-istifadəsinə görə milyonlarla amerikalı üçün rəqabəti bərpa etmək məqsədilə məhkəməyə verdi. Bu gün ikinci Trump administrasiyası bunu həyata keçirməyə imkan verən hüquqi müdafiə vasitəsini əldə etdi. Biz məhkəmə qərarını öyrənməyə davam edəcəyik ki, əlavə müdafiənin təmin olunması üçün nazirliyin variantlarını və gələcək addımlarını nəzərdən keçirək”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Avropa Birliyi Trump-da qəzəb oyatmamaq üçün Google şirkətini cərimələməkdən imtina edib
    avropa-birliyi-trump-da-qezeb-oyatmamaq-ucun-google-sirketini-cerimelemekden-imtina-edib
    Orta büdcəli Google Pixel 10a barəsində bəzi təfərrüatlar təqdim edilib
    orta-budceli-google-pixel-10a-baresinde-bezi-teferruatlar-teqdim-edilib
    Google hakerlərə qarşı kiberhücumlar keçirtməyə başlayacaq
    google-hakerlere-qarsi-kiberhucumlar-kecirtmeye-baslayacaq
    Google-un süni intellekt agenti müstəqil şəkildə Chrome brauzerində boşluq aşkar edib
    google-un-suni-intellekt-agenti-musteqil-sekilde-chrome-brauzerinde-bosluq-askar-edib
    Google süni intellekt əsaslı Vids adlı video redaktorunu hamı üçün istifadəyə verib
    google-suni-intellekt-esasli-vids-adli-video-redaktorunu-hami-ucun-istifadeye-verib