main-post-cover

    Avropa Birliyi Trump-da qəzəb oyatmamaq üçün Google şirkətini cərimələməkdən imtina edib

    Tech-Biznes
    03.09.2025
    Emil Nəcəfov
         Avropa Birliyi hakimiyyəti Alphabet-ə qarşı reklam texnologiyaları bazarında dominant mövqedən sui-istifadə iddiası ilə nəzərdə tutulan cəriməni təxirə saldı. Bloomberg qeyd edir ki, avropalılar Donald Trump administrasiyasının cavab addımlarından ehtiyat edirlər. Avropa Komissiyasının antiinhisar bölməsi, rəhbəri Teresa Ribera olmaqla, yalnız Google-u cərimələməyi deyil, həm də onun biznes modelini dəyişməyə məcbur etməyi planlaşdırırdı. Cərimə ilə bağlı qərarın 1 sentyabrda qüvvəyə minməsi nəzərdə tutulmuşdu. Lakin son anda bəzi yüksək vəzifəli məmurlar bu addımların ABŞ tərəfindən cavab tədbirlərinə, hətta yeni ticarət rüsumlarının tətbiqinə səbəb ola biləcəyindən narahatlıqlarını ifadə etdilər. Nəticədə qərar dayandırıldı.
         Avropa tənzimləyiciləri Google-un reklam texnologiyalarından narazı idilər, çünki şirkət onlarda öz xidmətlərinə həddindən artıq üstünlük verir və bazarın digər iştirakçılarının maraqlarını məhdudlaşdırır. 2023-cü ildə Google artıq Avropa Komissiyasından oxşar pozuntular barədə xəbərdarlıq almışdı. O vaxtkı antiinhisar orqanının rəhbəri Margrethe Vestager belə demişdi: “Yeganə effektiv həll biznesin bir hissəsinin məcburi şəkildə ayrılması ola bilər”. Avropa cəriməsi 1 sentyabrda qüvvəyə minmədikdən sonra Avropa Komissiyası nümayəndəsi yalnız araşdırmanın davam etdiyini şərh edib. Bloomberg-in mənbələri əlavə edir ki, nəzərdə tutulan cərimə Google-un Avropa antiinhisar işləri üzrə daha əvvəl ödədiyi bütün cərimələr arasında ən kiçiyi olmalı idi. Google isə şərh verməkdən imtina edib. Google yalnız Avropada deyil, ABŞ-da da antiinhisar orqanlarının narazılığı ilə üzləşir: Ədliyyə Nazirliyi tərəfindən başlanan araşdırma tam sürətlə davam edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Google Pixel 10a barəsində bəzi təfərrüatlar təqdim edilib
    orta-budceli-google-pixel-10a-baresinde-bezi-teferruatlar-teqdim-edilib
    Google hakerlərə qarşı kiberhücumlar keçirtməyə başlayacaq
    google-hakerlere-qarsi-kiberhucumlar-kecirtmeye-baslayacaq
    Google-un süni intellekt agenti müstəqil şəkildə Chrome brauzerində boşluq aşkar edib
    google-un-suni-intellekt-agenti-musteqil-sekilde-chrome-brauzerinde-bosluq-askar-edib
    Google süni intellekt əsaslı Vids adlı video redaktorunu hamı üçün istifadəyə verib
    google-suni-intellekt-esasli-vids-adli-video-redaktorunu-hami-ucun-istifadeye-verib
    ABŞ-da oğurlanmış Lamborghini Huracan ChatGPT və Google vasitəsilə tapılıb
    abs-da-ogurlanmis-lamborghini-huracan-chatgpt-ve-google-vasitesile-tapilib