main-post-cover

    Meta öz süni intellekt şöbəsində miqyaslı infrastruktur dəyişikliyi keçirəcək

    Tech-Biznes
    18.08.2025
    Emil Nəcəfov
         Meta şirkəti son 6 ay ərzində dördüncü dəfə süni intellekt ilə məşğul olan bölmələrinin strukturunu dəyişir. Yeni Superintelligence Labs bölməsi 4 komandaya ayrılacaq: hələ adı müəyyən edilməmiş TBD Lab, məhsullar üzrə qrup, o cümlədən Meta AI köməkçisi, infrastruktur komandası, həmçinin uzunmüddətli layihələrə fokuslanan fundamental tədqiqat laboratoriyası FAIR. Bu restrukturizasiya süni intellekt sahəsində rəqabətin güclənməsi fonunda baş verir.
         Meta-nın baş direktoru Mark Zuckerberg isə insan düşüncəsini üstələyə bilən sistem - ümumi süni intellekt (AGI) yaratmağa üstünlük verir. Bu istiqamət şirkətin gələcək maliyyə axınları üçün açar sahə kimi qiymətləndirilir. Eyni zamanda şirkət infrastruktur sahəsinə fəal şəkildə investisiya yatırır. Əvvəllər bildirilmişdi ki, Meta Luiziana, Vayominq və ya Texas ştatında kampus tikmək imkanını nəzərdən keçirir, bu ay isə məlum olub ki, Meta Luizianada məlumat mərkəzlərinin genişləndirilməsini maliyyələşdirmək üçün PIMCO Blue Owl Capital şirkətlərini cəlb edib.
         Bu layihənin dəyəri 29 milyard dollardır. İyul ayında Zuckerberg bəyan edib ki, Meta süni intellekt üçün genişmiqyaslı məlumat mərkəzlərinin tikintisinə 100 milyardlarla dollar xərcləyəcək. Ötən ay isə şirkət illik kapital xərcləri üzrə minimum proqnozunu 2 milyard dollar artıraraq 66-72 milyard dollar aralığına yüksəldib. Xərclərin artması təkcə infrastrukturla bağlı deyil, həm də yüksək maaşlı tədqiqatçıların aqressiv şəkildə işə götürülməsi ilə əlaqədardır. Meta nümayəndələrinin sözlərinə görə, bu, 2025-ci illə müqayisədə 2026-cı ildə xərclərin daha da artmasına gətirib çıxaracaq. Meta, bölmələrinin strukturunda dəyişikliklərlə bağlı məlumatı hələ şərh etməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta çat-botlarına azyaşlılar ilə romantik söhbətlər aparmağa icazə verilibmiş
    meta-cat-botlarina-azyaslilar-ile-romantik-sohbetler-aparmaga-icaze-verilibmis
    İT nəhənglərin rəhbərlərinin təhlükəsizliklərinə xərclər artırılıb
    it-nehenglerin-rehberlerinin-tehlukesizliklerine-xercler-artirilib
    Threads gündəlik aktiv istifadəçi sayına görə X-ə yaxınlaşır
    threads-gundelik-aktiv-istifadeci-sayina-gore-x-e-yaxinlasir
    Meta-nın superintellekt laboratoriyası barəsində təfərrüatlar verilib
    meta-nin-superintellekt-laboratoriyasi-baresinde-teferruatlar-verilib
    Anthropic süni intellekt mütəxəssisləri mövzusunda lider şirkətdir
    anthropic-suni-intellekt-mutexessisleri-movzusunda-lider-sirketdir