
Meta süni intellektin gələcəyəinin düzgün siyasətçilər tərəfindən təyin olunması üçün milyonlarla dollar xərcləyəcək
Tech-Biznes
28.08.2025
Emil Nəcəfov
Meta yeni bir təşəbbüsə - siyasi komitəyə (Political Action Committee - PAC) 10 milyonlarla dollar investisiya qoymağı planlaşdırır. Təşkilat şirkətin mənşəyi olan Kaliforniya ştatında fəaliyyət göstərəcək və texnologiya sahəsinin, xüsusilə də süni intellektin tənzimlənməsinə liberal yanaşmanı dəstəkləyən namizədlərə dəstək verəcək. Təşkilata geniş səlahiyyətlər nəzərdə tutan superkomitə statusu veriləcək. O, “Kaliforniya üzrə iqtisadi transformasiyanın səfərbər edilməsi” (Mobilizing Economic Transformation Across adını daşıyacaq. Komitə partiya mənsubiyyətindən asılı olmayaraq ştatda dövlət vəzifələrinə namizəd olan şəxsləri dəstəkləyəcək - əsas şərt onların süni intellekt sahəsində innovasiyaları sərt tənzimləmədən üstün tutmalarıdır. Meta-nın ilkin maliyyə öhdəlikləri nəzərə alındıqda, şirkət 2026-cı il qubernator seçkiləri ərəfəsində siyasi sponsorların ən yüksək səviyyəsinə yüksələcək.

Oxşar strategiyalardan təsirini gücləndirmək üçün ştat paytaxtı Sakramentoda daha əvvəl Uber və Airbnb kimi texnoloji şirkətlər də istifadə etmişdilər. “Sakramentonun normativ-hüquqi mühiti innovasiyaları boğa, süni intellekt sahəsində irəliləyişi dayandıra və Kaliforniyanın texnoloji liderliyini təhlükə altına qoya bilər” - deyə şirkətin təşəbbüsünü Meta-nın dövlət siyasəti üzrə vitse-prezidenti Brian Rice izah edib. Onun komitəyə həmkarı Greg Maurer ilə birlikdə rəhbərlik edəcəyi gözlənilir. Bu il Meta ştat siyasətçiləri ilə işləyərək, süni intellekt tərtibatçılarını təhlükəsizlik və şəffaflıq standartlarına əməl etməyə məcbur edəcək SB 53 qanun layihəsinin tələblərini yumşaltmağa çalışıb, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayanların təhlükəsizliyini təmin etməyə yönəlmiş qanun layihələrinin müzakirəsində iştirak edib, həmçinin digər komitələrə və hər iki əsas partiyadan olan namizədlərə birbaşa maliyyə yardımı göstərib.

Öz komitəsinə sahib olmaqla, Meta ştat üzrə ən yüksək səviyyədə seçki siyasətində müstəqil şəkildə iştirak edə biləcək. Eyni zamanda, Kaliforniya qubernatorluğu uğrunda seçki yarışında iştirak imkanı da açılacaq - bu yarışdan demək olar ki, bütün iri şirkətlər kənarda qalıb, onlar əsasən Vaşinqtonda federal səviyyədə lobbiçilik fəaliyyətinə üstünlük verirlər. Airbnb-nin də öz PAC-ı var və şirkət yalnız bu il ora 15 milyon dollar yatırıb. Keçən bazar ertəsi isə Leading the Future adlı komitələr qrupu fəaliyyətə başlayıb - bu qrupa 100 milyon dollardan çox vəsaiti vençur şirkəti Andreessen Horowitz, OpenAI prezidenti Greg Brockman, Perplexity şirkəti, əfsanəvi investor Ron Conway, Palantir-in həmtəsisçisi Joe Lonsdale və başqaları ayırıblar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta-nın süni intellekt şöbəsi artıq mütəxəssislərini itirməyə başlayıb

Meta-nın süni intellekt şöbəsi artıq mütəxəssislərini itirməyə başlayıb
Ən azı 3 süni intellekt tədqiqatçısı, şirkətin baş direktoru Mark Zuckerberg-in cəmi 2 ay əvvəl yaradıldığını elan etdiyi Meta Superintelligence Lab (MSL) bölməsindən ayrılıb.
Meta öz məhsullarında Midjourney-nin generativ alqoritmlərindən istifadə edəcək

Meta öz məhsullarında Midjourney-nin generativ alqoritmlərindən istifadə edəcək
Meta Platforms şirkəti generativ süni intellekt alqoritmlərinin yaradıcısı Midjourney ilə əməkdaşlıq edəcəyini açıqlayıb. Əməkdaşlığın məqsədi onun “estetik texnologiyalarını lisenziyalaşdırmaq” və Meta-nın öz süni intellekt modelləri və məhsullarında istifadə etməkdir.
Meta qadağaya baxmayaraq gizli şəkildə iPhone istifadəçilərinin məlumatlarını yığıb

Meta qadağaya baxmayaraq gizli şəkildə iPhone istifadəçilərinin məlumatlarını yığıb
Meta reklamların effektivliyi göstəricilərini demək olar ki, 20% şişirdib və gəlirlərini artırmaq məqsədilə Apple-ın iPhone ilə bağlı məxfilik siyasətini qəsdən pozub. Bu barədə əmək mübahisələri üzrə məhkəmədə Meta-nın keçmiş məhsul meneceri Samujjal Purkayastha ifadə verib.
Meta son 7 həftə ərzində Apple-dan artıq 6-cı süni intellekt mütəxəssisini özünə cəlb edib

Meta son 7 həftə ərzində Apple-dan artıq 6-cı süni intellekt mütəxəssisini özünə cəlb edib
Meta-nın Apple-a qarşı kadr hücumu davam edir. Sosial şəbəkə nəhəngi iPhone istehsalçısından daha bir süni intellekt üzrə tədqiqatçını özünə cəlb edib.
Elon Musk OpenAI-nin alınmasında Mark Zuckerberg-in də iştirak etməsini istəyirmiş

Elon Musk OpenAI-nin alınmasında Mark Zuckerberg-in də iştirak etməsini istəyirmiş
OpenAI-in təsis edilməsində iştirak etmiş amerikalı milyarder Elon Musk bu ilin fevral ayında startapı 97.4 milyard dollara almağı təklif etdi ki, onun strategiyasını öz istədiyi kimi dəyişsin.
Həftənin xəbərləri

