main-post-cover

    Meta öz məhsullarında Midjourney-nin generativ alqoritmlərindən istifadə edəcək

    Süni İntellekt
    25.08.2025
    Emil Nəcəfov
         Meta Platforms şirkəti generativ süni intellekt alqoritmlərinin yaradıcısı Midjourney ilə əməkdaşlıq edəcəyini açıqlayıb. Əməkdaşlığın məqsədi onun “estetik texnologiyalarını lisenziyalaşdırmaq” və Meta-nın öz süni intellekt modelləri və məhsullarında istifadə etməkdir. Bu barədə keçən həftənin sonunda Meta-nın süni intellekt bölməsinin rəhbəri Alexandr Wang məlumat verib. Wang-ın bəyanatında bildirilib ki, tərəfdaşlıq “araşdırma qruplarımız arasında texniki əməkdaşlığı” da əhatə edir. Bu isə o deməkdir ki, sövdələşmə yalnız Meta-nın Midjourney-in hazır məhsullarından istifadə etməsi ilə məhdudlaşmır. Bununla belə, Wang razılaşmanın təfərrüatlarını açıqlamayıb, buna görə də hələlik bu məsələ ilə bağlı daha ətraflı məlumat yoxdur.
         Son zamanlar Meta süperintellekt yaratmaq üçün fəal şəkildə investisiya edir ki, OpenAI Google kimi rəqiblərə çatsın. Meta-nın rəhbəri Mark Zuckerberg rəqib şirkətlərin aparıcı mütəxəssislərini özünə cəlb etmək üçün şəxsən çalışıb və onlara böyük maliyyə ödənişləri təklif edib. Alexandr Wang isə Meta-ya yalnız şirkət Scale AI startapının 49% səhmini 14.3 milyard dollara aldıqdan sonra qoşulub. O, həmin startapın həmtəsisçisidir. Midjourney ilə tərəfdaşlıq birbaşa olaraq Meta-nın süni intellekt əsaslı generativ alətləri öz servislərinə inteqrasiya etmək məqsədləri ilə bağlıdır. Şirkətin bir çox xidmətlərində artıq şəkil generasiya funksiyası mövcud olsa da, aydındır ki, Meta bu aləti daha keyfiyyətli etmək və əlavə olaraq video yaratmaq imkanını da əlavə etmək istəyir.
         Bundan başqa, sosial şəbəkə nəhəngi Midjourney texnologiyalarından istifadə edərək foto və videoların sosial şəbəkələrdə dərc olunmazdan əvvəl redaktə edilməsini daha da sadələşdirə bilər. “Biz Midjourney-in işi ilə inanılmaz dərəcədə təsirlənmişik. Onlar həqiqi texniki və estetik mükəmməlliyə nail olublar və onlarla daha sıx əməkdaşlıq etməkdən çox məmnunuq” - deyə Wang bildirib. O həmçinin əlavə edib ki, yaxın vaxtlarda şirkətlər birgə layihələr haqqında daha çox məlumat paylaşacaqlar. Midjourney-in qurucusu David Holz isə qeyd edib ki, Meta ilə tərəfdaşlığa baxmayaraq, Midjourney icma tərəfindən dəstəklənən müstəqil tədqiqat laboratoriyası olaraq qalır və onun heç bir investoru yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni süni intellekt texnologiyaları təhsil sahəsini tamamilə dəyişəcək
    yeni-suni-intellekt-texnologiyalari-tehsil-sahesini-tamamile-deyisecek
    Meta qadağaya baxmayaraq gizli şəkildə iPhone istifadəçilərinin məlumatlarını yığıb
    meta-qadagaya-baxmayaraq-gizli-sekilde-iphone-istifadecilerinin-melumatlarini-yigib
    Meta son 7 həftə ərzində Apple-dan artıq 6-cı süni intellekt mütəxəssisini özünə cəlb edib
    meta-son-7-hefte-erzinde-apple-dan-artiq-6-ci-suni-intellekt-mutexessisini-ozune-celb-edib
    Elon Musk OpenAI-nin alınmasında Mark Zuckerberg-in də iştirak etməsini istəyirmiş
    elon-musk-openai-nin-alinmasinda-mark-zuckerberg-in-de-istirak-etmesini-isteyirmis
    Google-un süni intellekt modeli hər sorğuya 5 damcı su sərf edir
    google-un-suni-intellekt-modeli-her-sorguya-5-damci-su-serf-edir