
OpenAI kommersiya formatına keçmək planlarından imtina edib
Tech-Biznes
06.05.2025
Emil Nəcəfov
Aylardır davam edən mübahisələr və hüquqi çağırışlardan, o cümlədən Elon Musk-ın iddiasından sonra OpenAI şirkəti tamamilə kommersiya formatına keçmək planlarından imtina etmək qərarına gəlib. Bunun əvəzinə, idarəetmə qeyri-kommersiya bölməsi vasitəsilə davam etdiriləcək, biznes fəaliyyəti isə İctimai Fayda Korporasiyası (PBC) statusuna keçəcək. The Verge nəşrinin məlumatına görə, OpenAI tamamilə kommersiya təşkilatına çevrilmək fikrindən daşınıb və idarəetməni qeyri-kommersiya bölməsində saxlamaq qərarına gəlib. “OpenAI qeyri-kommersiya təşkilatı kimi qurulub və bu gün də bu qurum tərəfindən idarə olunur. Bu, gələcəkdə də belə olacaq” - deyə OpenAI-nin idarə heyətinin sədri Bret Taylor bildirib.

Qərar Kaliforniya və Delaver ştatlarının baş prokurorları ilə aparılmış məsləhətləşmələrdən sonra qəbul edilib. Xatırladaq ki, OpenAI əvvəlcə qeyri-kommersiya təşkilatı kimi yaradılmışdı, lakin sonradan daha çox investisiya cəlb etmək məqsədilə şirkətin kommersiya yönümlü formata keçid imkanını nəzərdən keçirməyə başlamışdı. Lakin 2019-cu ildə şirkət aralıq bir yol seçərək capped-profit modelinə keçdi - bu modeldə kommersiya istiqaməti qeyri-kommersiya fondunun nəzarətində qalırdı. Tam kommersiyalaşmaya doğru atılan yeni addımlar isə geniş tənqidə səbəb oldu. Narazı qalanlar arasında şirkətin ilk investorlarından biri olan Elon Musk da var. O, şirkəti ilkin missiyasından imtina etməkdə ittiham edərək məhkəməyə müraciət etmişdi.

Onun sözlərinə görə, OpenAI-nin başlanğıc məqsədi süni zəka texnologiyalarını bütün bəşəriyyət üçün əlçatan etmək idi. Məhkəmə onun şirkətin çevrilməsinin dayandırılması ilə bağlı tələbinə rədd cavabı verib, lakin iş hələ də bağlanmayıb və 2026-cı ildə yenidən nəzərdən keçiriləcək. Elon Musk-a dəstəyi OpenAI-nin keçmiş əməkdaşları, insan hüquqları təşkilatları və hətta Nobel mükafatı laureatları göstəriblər. Onlar şirkətin transformasiyasının qarşısının alınması üçün baş prokurorlara məktublar ünvanlayıblar. Etirazlara həmçinin həmkarlar ittifaqları da qoşulub. Hələlik OpenAI-nin tam kommersiya əsasına keçid planlarından imtina etməsinin şirkətin maliyyələşməsinə necə təsir edəcəyi məlum deyil. Daha əvvəl bildirilmişdi ki, bu transformasiya baş tutmasa, şirkət cəlb etdiyi bəzi investisiyaları itirə bilər.
Mənbə: The Verge
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI süni zəka əsaslı proqramlaşdırma köməkçisi istehsalçısı Windsurf-ü almağa hazırlaşır

OpenAI süni zəka əsaslı proqramlaşdırma köməkçisi istehsalçısı Windsurf-ü almağa hazırlaşır
OpenAI süni zəka əsasında proqram kodlarının redaktəsi üçün alət hazırlayan Windsurf şirkətini almağı planlaşdırır. Bu məqsədlə şirkət təxminən 3 milyard dollar xərcləməyə hazırdır.
Elon Musk ilə OpenAI arasındakı məhkəmə işi davam edəcək

Elon Musk ilə OpenAI arasındakı məhkəmə işi davam edəcək
Kaliforniyanın Şimal Dairə Məhkəməsi, Elon Musk-ın OpenAI, onun baş direktoru Sam Altman və əsas investoru Microsoft-a qarşı qaldırdığı iddianın dayandırılması ilə bağlı OpenAI-nin vəsatətini rədd edib.
Tesla Elon Musk-ın yerinə yeni CEO axtarışı məlumatını rəsmi şəkildə təkzib edib

Tesla Elon Musk-ın yerinə yeni CEO axtarışı məlumatını rəsmi şəkildə təkzib edib
Tesla Wall Street Journal (WSJ) qəzetinin şirkətin idarə heyətinin hazırkı rəhbər Elon Musk-ın yerinə yeni baş direktor axtardığı barədə yaydığı məlumatı rəsmi olaraq təkzib edib.
Tesla şirkətin CEO-su vəzifəsinə Elon Musk-ın əvəzini axtarmağa başlayıb

Tesla şirkətin CEO-su vəzifəsinə Elon Musk-ın əvəzini axtarmağa başlayıb
The Wall Street Journal-ın məlumatına görə, Tesla-nın idarə heyəti şirkətin baş direktoru postuna Elon Musk-ın əvəzini tapmaq üçün ilk açıq addımları atıb. Bu, qismən Musk-ın öz istəyidir - qeyri-rəsmi etiraflarına inansaq.
Yaxın zamanda Grok 3.5-in istifadəyə veriləcəyini elan edilib

Yaxın zamanda Grok 3.5-in istifadəyə veriləcəyini elan edilib
Milyarder Elon Musk X sosial şəbəkəsindəki səhifəsi vasitəsilə bildirib ki, xAI şirkətinə məxsus süni zəka çat-botu Grok yaxın zamanda yeni bir yeniləmə əldə edəcək.
Həftənin xəbərləri

