
Tesla Elon Musk-ın yerinə yeni CEO axtarışı məlumatını rəsmi şəkildə təkzib edib
Tech-Biznes
01.05.2025
Emil Nəcəfov
Tesla Wall Street Journal (WSJ) qəzetinin şirkətin idarə heyətinin hazırkı rəhbər Elon Musk-ın yerinə yeni baş direktor axtardığı barədə yaydığı məlumatı rəsmi olaraq təkzib edib. Lakin bu açıqlama elektromobil istehsalçısının qiyməti düşmüş səhmlərinin itkilərini bərpa etməsinə kömək etməyib. Daha əvvəl WSJ məlumatlı mənbələrə istinad edərək yazmışdı ki, Tesla-nın idarə heyəti üzvləri bir neçə rəhbər axtarışı şirkətinə müraciət edərək yeni baş direktorun seçilməsi üçün rəsmi prosedurun hazırlanmasını istəyiblər. Bu xəbər şirkətin səhmlərinin 3% dəyər itirməsinə səbəb olub. Tesla-nın idarə heyətinin sədri Robyn Denholm sosial şəbəkə X-də (keçmiş Twitter) paylaşım edərək həmin məlumatın həqiqətə qətiyyən uyğun olmadığını bildirib.

“Bu gün bir media orqanı Tesla-nın idarə heyətinin şirkətə yeni baş direktor axtarışı üçün kadr agentlikləri ilə əlaqə saxladığı barədə yalan məlumat yayıb. Bu, tamamilə yalandır (və həmin media orqanına bu barədə material dərc olunmazdan əvvəl məlumat verilib). Tesla-nın baş direktoru Elon Musk-dır və idarə heyəti onun şirkətin möhtəşəm inkişaf planını həyata keçirmək qabiliyyətinə tam şəkildə inanır” - deyə Robyn Denholm-un bəyanatında qeyd edilib. Bu məlumat Tesla-nın satış və mənfəətinin azaldığını göstərən rüblük maliyyə hesabatından sonra ortaya çıxıb.

Musk etiraf edib ki, şirkətin səhm qiymətlərindəki azalma ABŞ prezident administrasiyasında işləməsi ilə bağlı ola bilər. O, may ayından etibarən dövlət qurumu olan DOGE-dəki işinə yalnız həftədə 1-2 gün vaxt ayıracağını vəd edib. Tesla-nın ötən rübdə ümumi gəliri illik müqayisədə 9% azalaraq 19.34 milyard dollara düşüb - analitiklər isə 21.11 milyard dollar gəlir gözləyirdilər. Avtomobil seqmentində gəlir illik müqayisədə 20% azalaraq 14 milyard dollar təşkil edib, çünki şirkət Model Y-nin yenilənmiş versiyasının istehsalına başlamaq üçün 3 zavodda istehsal xətlərini yeniləməli olub. Tesla-nın xalis mənfəəti 71% azalıb və 409 milyon dollar və ya bir səhmə görə 0.12$ təşkil edib - ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 1.39 milyard dollar və 0.41$ idi. Tesla-nın səhm qiymətləri ilin əvvəlindən bəri 30%-dən çox azalıb.
Mənbə: CNBC
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla şirkətin CEO-su vəzifəsinə Elon Musk-ın əvəzini axtarmağa başlayıb

Tesla şirkətin CEO-su vəzifəsinə Elon Musk-ın əvəzini axtarmağa başlayıb
The Wall Street Journal-ın məlumatına görə, Tesla-nın idarə heyəti şirkətin baş direktoru postuna Elon Musk-ın əvəzini tapmaq üçün ilk açıq addımları atıb. Bu, qismən Musk-ın öz istəyidir - qeyri-rəsmi etiraflarına inansaq.
Yaxın zamanda Grok 3.5-in istifadəyə veriləcəyini elan edilib

Yaxın zamanda Grok 3.5-in istifadəyə veriləcəyini elan edilib
Milyarder Elon Musk X sosial şəbəkəsindəki səhifəsi vasitəsilə bildirib ki, xAI şirkətinə məxsus süni zəka çat-botu Grok yaxın zamanda yeni bir yeniləmə əldə edəcək.
Elon Musk-ın xAI şirkəti ekologiyaya zərər verməkdə günahlandırılır

Elon Musk-ın xAI şirkəti ekologiyaya zərər verməkdə günahlandırılır
Elon Musk-ın xAI şirkəti rekord müddətdə - cəmi 122 gün ərzində - dünyanın ən güclü süni zəka superkompüterini qurub: 200 min NVIDIA GPU əsasında yaradılmış Colossus sistemi. Sistemin elan olunmuş enerji sərfiyyatı 300 meqavatdır.
Tesla pilotsuz taksi xidmətinin testinə start verib (VİDEO)

Tesla pilotsuz taksi xidmətinin testinə start verib (VİDEO)
Tesla-nın rüblük hesabat tədbirində Elon Musk vurğulayıb ki, şirkət hələ də iyun ayında Texasda pilotsuz taksi layihəsini istifadəyə verməyə ümid edir. Həmin gün sosial şəbəkə X-də bu nəqliyyat vasitələrinin sınaq prosesini göstərən video paylaşılıb.
Elon Musk və Tesla-ya qarşı etirazlar şirkət biznesi üçün riskə çevrilib

Elon Musk və Tesla-ya qarşı etirazlar şirkət biznesi üçün riskə çevrilib
Elon Musk-ın Trump administrasiyası ilə əlaqələrinə görə ona və Tesla-ya qarşı etirazlar dünyanın müxtəlif yerlərində yayılmağa başlayıb. İndi isə bu etirazlar Tesla-nın federal tənzimləyici orqanlara təqdim etməli olduğu sənədlərdə rəsmi “risk amili” kimi qeyd olunub.
Həftənin xəbərləri

