main-post-cover

    Virtual reallıq Meta-ya hələ də milyardlarla dollar zərər gətirir

    Tech-Biznes
    31.07.2025
    Emil Nəcəfov
         Meta şirkətinin virtual artırılmış reallıq texnologiyalarının inkişafı ilə məşğul olan Reality Labs bölməsi hələ də zərər etməyə davam edir. Çərşənbə günü şirkət ikinci rüb üzrə maliyyə nəticələrini açıqlayıb və Reality Labs bölməsinin 370 milyon dollar gəlir fonunda 4.53 milyard dollar əməliyyat zərəri qeydə aldığını bildirib. Analitiklər isə gözləyirdilər ki, bu bölmənin ikinci rübdəki zərəri 4.99 milyard dollar, gəliri isə 381 milyon dollar olacaq. Reality Labs bölməsi Meta-nın Quest virtual reallıq cihazları seriyasına və Fransız-İtalyan optika nəhəngi EssilorLuxottica ilə birlikdə hazırlanmış Ray-Ban Meta ağıllı eynəklərinə nəzarət edir.
         Meta-nın məqsədi Reality Labs vasitəsilə artırılmış reallıq eynəyi Orion prototipi kimi qabaqcıl cihazlar yaratmaqdır. Bu cihazlar gələcəyin yeni immersiv hesablamalar platformasının əsasını təşkil edə bilər. Virtual və artırılmış reallıq qurğularının, eləcə də digər innovativ məhsulların hazırlanması baha başa gələn bir istiqamətdir. 2020-ci ilin sonundan etibarən Reality Labs ümumilikdə demək olar ki, 70 milyard dollar zərərə düşüb. Aprel ayında Meta bildirib ki, birinci rübdə bu bölmə 412 milyon dollar gəlir fonunda 4.2 milyard dollar əməliyyat zərəri ilə üzləşib. Quest VR cihazları əsl sıçrayış yaratmasa da, Ray-Ban ağıllı eynəkləri kommersiya baxımından uğur əlamətləri göstərir. Bazar ertəsi günü EssilorLuxottica məlumat verib ki, 2025-ci ilin ilk yarısında bu eynəklərin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Mark Zuckerberg yeni süni intellekt laboratoriyasına milyardlarla dollar vəsait sərf edir
    mark-zuckerberg-ne
    Meta müsahibələrdə süni intellektdən istifadəyə icazə verəcək
    meta-musahibelerde-suni-intellektden-istifadeye-icaze-verecek
    Meta şirkəti Apple-ın artıq 4-cü süni intellekt mütəxəssisini özünə cəlb edib
    meta-sirketi-apple-in-artiq-4-cu-suni-intellekt-mutexessisini-ozune-celb-edib
    Meta pornoqrafik materialları yaymaqda ittiham edilir
    meta-pornoqrafik-materiallari-yaymaqda-ittiham-edilir
    ChatGPT-nin yaradıcılarından biri Meta-nın süni intellekt laboratoriyasına keçid edib
    chatgpt-nin-yaradicilarindan-biri-meta-nin-suni-intellekt-laboratoriyasina-kecid-edib