main-post-cover

    3I/ATLAS fotoları elm dünyasında çaxnaşma yaradıb

    Elm & Texnologiya
    20.11.2025
    Sevinc Miralizade

     Technote.az The News International platformasına istinadən bildirir ki:

     Ulduzlararası 3I/ATLAS obyekti iyul ayında kəşf olunduğu gündən bəri diqqət mərkəzinə çevrilib. Bunun əsas səbəbi onun təbiətinin hələ də tam olaraq müəyyən edilməməsidir. NASA tərəfindən yeni yayımlanan 3I/ATLAS görüntüləri isə obyektin mənşəyi ilə bağlı əlavə suallar yaradıb.
     Sözügedən görüntülər müxtəlif kosmik aparatların – James Webb Kosmik Teleskopu, Mars Reconnaissance Orbiteri, Perseverance Mars roveriLucy asteroid tədqiqat zondu vasitəsilə çəkilib.
     Aparılan araşdırmalara görə, NASA rəsmiləri ulduzlararası 3I/ATLAS obyektinin “əslində təbiətcə kometa olduğunu” təsdiqləyiblər. Bu isə onun “yadplanetli kosmik gəmi” olması ilə bağlı yayılan fərziyyələrə ziddir. NASA-nın Assosiasiya Administratoru Amit Kshatriya bildirib:
     “Bu obyekt görünüşü və davranışı ilə kometaya bənzəyir və bütün sübutlar onun kometa olduğunu göstərir. Lakin onun Günəş sisteminin xaricindən gəlməsi onu olduqca maraqlı, həyəcanverici və elmi cəhətdən əhəmiyyətli edir.”
     NASA-nın Elm Missiyaları Direktorluğunun assosiasiya administratoru Nikki Fox isə brifinq zamanı 3I/ATLAS-ın “yadplanetli zond” olması ehtimalını qəti şəkildə təkzib edib. Yayımlanan görüntülərdə 3I/ATLAS kometası bulanıq bir top şəklində görünür. Bu görünüşü yaradan komа adlı buz və toz buludu Günəşə yaxınlaşdıqca kometanın səthindən qopan hissəciklərdən formalaşır. NASA rəsmiləri həmçinin ulduzlararası obyektlərin nümayiş etdirdiyi bəzi anomaliyaların hələlik izah olunmadığını etiraf ediblər.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NASA-nın astronavtları Ay ətrafı uçuşa göndərəcək SLS raketi tam hazırdır
    nasa-nin-astronavtlari-ay-etrafi-ucusa-gonderecek-sls-raketi-tam-hazirdir
    Amerikalıların Aya çinlilərdən daha ayaq basmaları üçün "Plan B"yə ehtiyacları var
    amerikalilarin-aya-cinlilerden-daha-ayaq-basmalari-ucun-plan-bye-ehtiyaclari-var
    Qədim mikroblar Marsdakı buz örtüyündə 50 milyon ilə qədər qala bilərlər
    qedim-mikroblar-marsdaki-buz-ortuyunde-50-milyon-ile-qeder-qala-bilerler
    NASA 50 il öncə gətirilmiş Ay torpaq nümunələrini incələyib
    nasa-50-il-once-getirilmis-ay-torpaq-numunelerini-inceleyib
    NASA 2035-ci ilə qədər Ayda nüvə reaktoruna sahib baza inşa etməyi planlaşdırır
    nasa-2035-ci-ile-qeder-ayda-nuve-reaktoruna-sahib-baza-insa-etmeyi-planlasdirir