Qədim mikroblar Marsdakı buz örtüyündə 50 milyon ilə qədər qala bilərlər
Elm & Texnologiya
20.10.2025
Emil Nəcəfov
     NASA Goddard və Pensilvaniya Universitetinin tədqiqatçıları göstəriblər ki, əgər E. coli bakteriyalarının zülal fraqmentləri Marsın donmuş torpağında və buz örtükləri də mövcuddursa, onlar 50 milyon ildən çox müddət ərzində qorunub qala bilərlər. Alimlər Marsın səthinin şəraitini modelləşdiriblər - buraya aşağı temperatur və milyonlarla il ərzində kosmik şüalanmaya bənzər radiasiya təsiri daxildir. Təcrübələr zamanı bakteriyalar saf sudan ibarət buzlu məhlullara, həmçinin süni Mars qayalarından hazırlanmış qarışığa yerləşdirilib. Dondurulduqdan sonra nümunələr Mars səthində təxminən -51 dərəcə Selsi temperaturda 20 milyon illik şüalanmaya bərabər miqdarda qamma radiasiyaya məruz qoyulub.
     Daha sonra isə riyazi modelləşdirmə vasitəsilə bu təsir ümumilikdə 50 milyon illik ekvivalentə qədər hesablanıb. Nəticələr gözləniləndən fərqli olub: təmiz buzda zülalların quruluş blokları olan amin turşularının 10%-dən çoxu qorunub qalıb. Mars qayaları ilə qarışıq nümunələrdə isə orqanik maddə təxminən 10 dəfə daha sürətlə parçalanıb. Alimlər bunu belə izah edirlər ki, təmiz buzda radiasiya hissəcikləri “donaraq” orqanik maddəyə çata bilmir, lakin buz ilə mineralların sərhədində əmələ gələn nazik təbəqə amin turşularının parçalanmasını sürətləndirir. Bu kəşf Marsda həyat axtarışı strategiyasını dəyişir: gələcək missiyalara torpaq və ya daşların təhlilinə deyil, təmiz buz örtükləri və daimi buzlu şəraitə sahib bölgələrə diqqət yetirmək tövsiyə olunur.
     Penn State Universitetindən planetoloq Christopher House - tədqiqatın həmmüəlliflərindən biri - qeyd edir ki, Marsdakı buz adətən 2 milyon ildən cavan olur, bu da orqanik maddələrin orada daha yaxşı qorunub qala biləcəyini göstərir. “50 milyon il - bu, Marsdakı bəzi səthi buz təbəqələrinin gözlənilən yaşından xeyli çoxdur, halbuki onların bir çoxunun yaşı 2 milyon ildən azdır. Bu o deməkdir ki, buzun içərisində mövcud olan hər hansı orqanik həyat forması qorunub qala bilər”. Bundan əlavə, əldə edilən nəticələr NASA-nın Yupiterin buzlu peyki olan Avropanı öyrənən Europa Clipper missiyası üçün də faydalıdır. Oradakı daha aşağı temperatur orqanik maddələrin parçalanma prosesini əlavə olaraq daha da ləngidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google DeepMind-ın yeni süni intellekt modeli xərçəngə qarşı dərmanın axtarışında yardımçı olur
Google DeepMind-ın yeni süni intellekt modeli xərçəngə qarşı dərmanın axtarışında yardımçı olur
Google DeepMind xərçəngə qarşı immun sisteminin aktivləşdirilməsi üçün yeni yollar müəyyən edə bilən C2S-Scale 27B adlı süni intellekt modelini təqdim edib.
Alimlər kainatda enerjisini qaranlıq materiyadan alan ilk ulduzları kəşf etmiş ola bilərlər
Alimlər kainatda enerjisini qaranlıq materiyadan alan ilk ulduzları kəşf etmiş ola bilərlər
Yeni astronomik müşahidələr göstərir ki, kainatdakı ilk ulduzlar termonüvə sintezi ilə enerji alan Günəş kimi adi ulduzlardan kəskin şəkildə fərqlənə bilərmiş. Ehtimal olunur ki, bu ulduzlar “superkütləli qaranlıq ulduzlar” olub və onların enerjisi qaranlıq materiyanın annihilyasiyasından yaranıb.
Yer kürəsində həyat kosmik toz hissəcikləri sayəsində formalaşmış ola bilər
Yer kürəsində həyat kosmik toz hissəcikləri sayəsində formalaşmış ola bilər
Gənc Yerin səthinə davamlı şəkildə çökmüş kosmik toz həyatın yaranmasında həlledici rol oynamış ola bilər. Son tədqiqat göstərib ki, zülallar və fermentlərin əsas tərkib hissələri olan amin turşuları Günəş sistemində silikat hissəciklərinin tərkibində effektiv şəkildə hərəkət edə bilirlər.
Milyardlarla il öncə vulkan püskürmələri Marsda su buzu ehtiyatının yaranmasına səbəb ola bilərmiş
Milyardlarla il öncə vulkan püskürmələri Marsda su buzu ehtiyatının yaranmasına səbəb ola bilərmiş
Yeni tədqiqatlar göstərir ki, Marsda milyardlarla il əvvəl baş vermiş nəhəng vulkan püskürmələri planetin ekvatorial bölgəsində iri buz təbəqələrinin yaranmasına gətirib çıxara bilərdi.
İnqilabi "Sosial kvant kompüteri" fərziyyəsi irəli sürülüb
İnqilabi "Sosial kvant kompüteri" fərziyyəsi irəli sürülüb
Texnologiya nəhəngləri kriogen laboratoriyalarda zəif və həssas kvant maşınları yaratmaq üçün milyardlarla dollar investisiya yatırdıqları bir vaxtda, sosial kvant kompüteri konsepsiyası iddia edir ki, biz bu vəzifə üçün artıq ideal avadanlığa sahibik. Söhbət, bir-biri ilə əlaqəli insan beyinlərindən gedir.
Həftənin xəbərləri