Eddie Templeton, yerli qəzetə verdiyi müsahibədə bu sözləri deyib: “Bunun mastodon deyil, mamont olduğunu öyrənəndə sevincimin həddi-hüdudu yox idi. Həmişə ümid etməyimə baxmayaraq, bu heyvanın hissələrini heç vaxt tapa bilməmişəm. Lakin bizim bölgəmizdə bu çox nadirdir”. Bu diqqətəlayiq qalığı qazmağı bacaran yerli geoloqlar, Missisipi bölgəsində bu tip fosilə ilk dəfə rast gəlindiyini bildirilbər. Mamont dişinin 270 kiloqram ağırlığında və təxminən 2 metr uzunluğunda olduğu söylənilir.
Bölgədəki geoloqlar, bu bölgədə mamont qalıqlarına rast gəlməyin demək olar ki, mümkün olmadığını bildiriblər. Bildirilib ki, mamontlar, çox seçici qidalar yeyən heyvanlardılar və qohumları olan Amerika mastodonlarından fərqli olaraq yalnız bir neçə böyük açıq çəmənliklərdə yaşayırdılar. Bundan əlavə, Amerika mastodonlarının qalıqlarına Missisipi bölgəsinin bir çox yerində rast gəlməyin mümkün olduğu da bildirib. Missisipidə tapılan maraqlı tapıntının aid olduğu Kolumb mamontlarının pleystosen dövründə yaşadığı məlumdur. Bu heyvanların uzunluğunun 4.5 metrdən çox olmadığı bildirilsə də, təxminən 10 ton ağırlığında olduğu bildirilir. Məlumdur ki, bu mamontların nəsli buzlaqların əriməsi və insanların ovlaması nəticəsində məhv olub.