main-post-cover

    ABŞ-da Steve Jobs-a həsr olunmuş 1$-lıq xatirə sikkəsi buraxılacaq

    Elm & Texnologiya
    17.10.2025
    Emil Nəcəfov
         ABŞ Zərbxanası (valyuta üçün sikkələr istehsal və zərb edən sənaye obyektdir) Apple şirkətinin həmtəsisçisi və keçmiş baş direktoru Steve Jobs-a həsr olunmuş 1$-lıq xatirə sikkəsinin dizaynını təqdim edib. Sikkənin üzərində gənc Steve Jobs təsvir olunub - o, Kaliforniya təpələrinin fonunda ayaqlarını çarpazlayaraq oturub və ənənəvi tünd boğazlı sviterini geyinib. Sikkənin üzərində “Do something wonderful” yazısı yer alıb. Bu ifadə 2007-ci ildə Jobs-un xeyriyyə fondu tərəfindən onun dünyagörüşünü və irsini təsvir etmək üçün istifadə olunmuşdu.
         Sikkənin dəyəri 13.25$ olacaq. Onu ABŞ Zərbxanasının rəsmi saytından əldə etmək mümkün olacaq və satış növbəti ildən başlayacaq. Steve Jobs sikkəsi 2018-ci ildən həyata keçirilən “Amerika innovasiyalarına ehtiram” layihəsi çərçivəsində buraxılacaq. Layihəyə əsasən, hər bir ştata öz versiyasını təqdim etmək və onu sikkədə əbədiləşdirmək hüququ verilir. Məsələn, Viskonsin ştatı gələn il üçün 1970-ci illərin ortalarında yaradılmış Cray-1 superkompüterinin təsviri olan sikkə təklifi irəli sürüb. Steve Jobs sikkəsinin buraxılması təşəbbüsü isə Kaliforniya qubernatoru Gavin Newsom tərəfindən verilib. O bildirib ki, Apple şirkətinin həmtəsisçisi innovasiyanın unikal brendini simvolizə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Avropada yeni MacBook Pro-nun komplektinə şarj adapterini daxil etməyib
    apple-avropada-yeni-macbook-pro-nun-komplektine-sarj-adapterini-daxil-etmeyib
    Apple M5 prosessorlu yenilənmiş Vision Pro təqdim edilib - QİYMƏTİ
    apple-m5-prosessorlu-yenilenmis-vision-pro-teqdim-edilib-qiymeti
    Apple M5 prosessorlu yeni iPad Pro planşeti təqdim olunub - QİYMƏTİ
    apple-m5-prosessorlu-yeni-ipad-pro-planseti-teqdim-olunub-qiymeti
    Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
    apple-m5-prosessorlu-yeni-macbook-pro-teqdim-edilib-qiymeti
    Apple mətnləri digər analoqlardan 128 dəfə daha sürətlə tərtib edən süni intellekt modeli yaradıb
    apple-metnleri-diger-analoqlardan-128-defe-daha-suretle-tertib-eden-suni-intellekt-modeli-yaradib