ABŞ-dakı alimlər kütləvi şəkildə digər ölkələrdə iş axtarırlar
Elm & Texnologiya
15.05.2025
Emil Nəcəfov
Bir neçə müddət bundan öncə Nature jurnalında dərc olunmuş narahatedici bir məqalədə ABŞ-da “beyin köçü” tendensiyası vurğulanmışdı. Trump administrasiyasının elmi maliyyələşdirməni azalda biləcəyi qorxusu səbəbilə, amerikalı alimlərin 1/3-dən çoxu xaricdə iş axtarmağa başlayıb. Çində doğulmuş alimlər üçün isə əlavə bir səbəb də mövcuddur. ABŞ-da artan anti-Çin əhval-ruhiyyəsi onların sakit şəkildə yaşamasına və işləməsinə mane olur. Buna görə də Çində yüksək maaş vədləri bir çoxu üçün vətənə qayıtmağı düşünmək üçün ciddi səbəbə çevrilir. Rəsmi təsdiqlənməyən məlumata görə, Çində gənc elmlər namizədlərinə illik təxminən 100 000$ məvaciblə 3 illik müqavilələr təklif olunur. Bu isə ABŞ-da eyni səviyyədəki tədqiqatçılar üçün verilən maaşdan ən az 2 dəfə çoxdur.

Gənc və potensial olaraq mobilliyi olan alimlər üçün yaşayış yerini dəyişmək ciddi bir problem deyil. Üstəlik, bu maaşlara karyera imkanları və müasir laboratoriyalar da daxildir. Çin hakimiyyəti isə elmi infrastruktura və istedadlı kadrların cəlbinə xüsusi diqqət ayırır. Trump administrasiyası kosmik proqramların maliyyələşdirilməsinin yarıdan çox, səhiyyə xərclərinin isə 1/3 və ya daha çox azaldılmasını, iqlim dəyişikliyi üzrə tədqiqatların demək olar tamamilə dayandırılmasını və bir çox sosial layihələrin bağlanmasını təklif edir. Belə bir şəraitdə yalnız Çin vətəndaşları deyil, amerikalı alimlərin özü də ölkəni tərk edə bilər.
Yaranmış vəziyyətdən Avropa da yararlanmağa çalışır. Bu ayın əvvəlində Parisdə keçirilmiş konfransda, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen “Elmi seç, Avropanı seç” adlı yeni kampaniyanı elan etmişdi. Kampaniya çərçivəsində 500 milyon avroluq (təxminən 557 milyon dollar) yeni paket təqdim olunub. Məqsəd növbəti 2 ildə Avropanı tədqiqatçılar üçün cazibə mərkəzinə çevirməkdir. Fransa Prezidenti Emmanuel Macron da ölkənin xarici istedadları cəlb etmək üçün ayrıca 100 milyon avro xərcləyəcəyini açıqlayıb. O bildirib: “Əgər azadlığı sevirsinizsə, gəlin və tədqiqatlarınızı burada aparın”.

Avropa universitetləri də ABŞ-dan tədqiqatçıları fəal şəkildə cəlb etməyə çalışırlar. Fransanın ən qədim ali təhsil müəssisələrindən biri olan Ex-Marsel Universiteti rəsmi saytında amerikalı alimləri qəbul etməyə hazır olduğunu bəyan edib. Avropanın “Elm üçün təhlükəsiz məkan” proqramına daxil olan yüzlərlə müraciətin təxminən yarısı ABŞ-dan olan alimlər tərəfindən təqdim olunub. Əlbəttə, bir çoxu Avropanı seçəcək, lakin Çin də öz payına düşən “geri dönənləri” alacaq. Lakin bütün bunlar barədə biz yalnız sonradan xəbər tutacağıq. Belə vacib qərarları çox az adam əvvəlcədən ictimaiyyətlə bölüşmək istər.
Mənbə: South China Morning Post
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kainatın sonu düşünüldüyündən daha tez baş verə bilər

Kainatın sonu düşünüldüyündən daha tez baş verə bilər
Müasir elm o qədər çox məlumat əldə edib ki, bir çox sahələrdə artıq “tarixin sonu” konturları görünməyə başlayıb. Hətta sonsuz sayılan kainat belə müəyyən çərçivəyə salınıb. Xüsusilə, alimlər onillərlə kainatın ölüm vaxtına dair proqnozlar verən müxtəlif fərziyyələr üzərində işləyib və bu hadisəni olduqca uzaq gələcəkdə hesab edirdilər.
5 müxtəlif tip orqanik çirkləndiricini parçalaya bilən bakteriya yaradılıb

5 müxtəlif tip orqanik çirkləndiricini parçalaya bilən bakteriya yaradılıb
Əsasən kimyəvi zavodlar və neft-qaz sənayesi müəssisələri tərəfindən atılan sənaye tullantı suları mürəkkəb çirkləndirici maddələrdən təşkil edilir.
Yupiterin qütb parıltılarının görüntüləri əldə edilib

Yupiterin qütb parıltılarının görüntüləri əldə edilib
STScI-nin (Space Telescope Science Institute) rəsmi saytında James Webb kosmik teleskopu tərəfindən Yupiterdəki çəkilmiş qütb parıltılarının görüntüləri dərc olunub.
Neyrodegenerativ xəstəliklərin inkişafını bloklayan molekul aşkar edilib

Neyrodegenerativ xəstəliklərin inkişafını bloklayan molekul aşkar edilib
Avstraliyalı alimlər neyrodegenerasiya fonunda neyronların məhvinin qarşısını ala bilən bir molekul müəyyən ediblər. Əvvəlcə tədqiqatçılar Parkinson xəstəliyinin müalicəsi üçün dərman yaratmağı hədəfləmişdilər, lakin bu kəşf hələ də müalicəsi mümkün olmayan xəstəliklərə qarşı universal terapiya yaradılması ümidini doğurur.
Alimlər qurğuşunu qızıla çevirə biliblər

Alimlər qurğuşunu qızıla çevirə biliblər
7-ci əsr kimyaçıları ucuz qurğuşunu qiymətli qızıla çevirməyi xəyal edirdilər. Lakin protonların sayındakı fərqə görə bu, kimyəvi baxımdan mümkün deyil. Buna baxmayaraq, CERN fizikləri Böyük Adron Kollayderi (BAK) vasitəsilə qurğuşun ionlarını toqquşduraraq transmutasiya həyata keçiriblər.
Həftənin xəbərləri

