
ABŞ Hərbi Hava Qüvvələrinin reaktiv qırıcı dronu testlərdən uğurla keçib
Elm & Texnologiya
01.09.2025
Emil Nəcəfov
ABŞ-ın hərbi-sənaye şirkəti General Atomics Aeronautical Systems (GA-AS) yeni nəsil pilotsuz qırıcı aparat olan YFQ-42A-nın sınaq nümunəsini hazırlayıb sınaq uçuşuna çıxarmaq üçün 1 ildən az vaxta ehtiyac duydu. Avtonom uçmaq və aparıcı təyyarə ilə birlikdə fəaliyyət göstərmək qabiliyyətinə malik yeni PUA ABŞ Hərbi Hava Qüvvələrinin ucuz dron arsenalına daxil olacaq - Pentaqon minlərlə belə pilotsuz uçuş aparatını almağı planlaşdırır. YFQ-42A General Atomics Aeronautical Systems müdafiə şirkətinin ən yeni pilotsuz reaktiv təyyarəsidir və “hava-hava” rejimində yarıavtonom idarəetməyə yönəlib. O, Collaborative Combat Aircraft proqramı çərçivəsində yaradılıb, proqramın məqsədi pilotlu qırıcılarla birlikdə böyük sayda ucuz reaktiv avtonom təyyarələrin yerləşdirilməsidir.

Şirkətin əvvəlki pilotsuz aparatlarından fərqli olaraq, çoxməqsədli zərbə dronu YFQ-42A hava döyüşü aparmaq üçün və aşağı radiolokasiya görünürlüğü tələbləri nəzərə alınaraq hazırlanıb. İrəliləmiş rəqəmsal modelləşdirmə texnologiyaları şirkətə dronun hazırlanma sürətini əhəmiyyətli dərəcədə artırmağa və eyni zamanda onun xüsusiyyətlərini yaxşılaşdırmağa imkan verdi. Sistem şirkətin 5 ildən artıq müddətdə MQ-20 Avenger təcrübi pilotsuz təyyarəsinin uçuş sınaqlarından topladığı təcrübəni nəzərə alır. Məlumata görə, YFQ-42A geniş qanad açıları, müxtəlif faydalı yüklər daşımaq imkanları və 700 dəniz milindən (1296 km) çox uçuş radiusu ilə seçilir.

O, AESA radarı, passiv kəşfiyyat vasitələri və döyüş əməliyyatlarının adaptiv planlaşdırma sistemi ilə təchiz ediləcək. Süni intellekt əsaslı avtonom prosessor və proqram təminatı aparata pilotlu qırıcılarla birlikdə yarıavtonom fəaliyyət göstərməyə imkan verir ki, bu da rəsmilərin sözlərinə görə, döyüşdə həlledici üstünlük yaradır. Mühərrik kimi isə turboreaktiv Williams FJ44 seçilib. Dronun hazırlanması üzrə müqavilənin imzalanmasından uçuşlara qədər cəmi 16 ay keçib: ABŞ Hərbi Hava Qüvvələri 2024-cü ilin aprelində YFQ-42A-nın seriyalı nümunəsinin yaradılması və istismarı üçün GA-ASI şirkətini seçib. Bu, seriyalı hərbi təyyarə üçün olduqca qısa müddətdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Falcon 9-un ilk pilləsi 30-cu dəfə istifadə edilib

Falcon 9-un ilk pilləsi 30-cu dəfə istifadə edilib
Dünən SpaceX-in Falcon 9 raketi rekord sayılan 30-cu təkrar uçuşunu həyata keçirib. O, NASA-nın Floridadakı Kennedi kosmodromundan start götürüb.
Avtopilot alıcıları Tesla-ya cəlb etmək əvəzinə daha çox uzaqlaşdırır

Avtopilot alıcıları Tesla-ya cəlb etmək əvəzinə daha çox uzaqlaşdırır
Bu ay 8000 amerikalı arasında aparılmış sorğunun nəticələrinə görə, respondentlərin yalnız 14 %-i elektromobillərdə FSD (Full Self-Driving) sisteminin mövcudluğunu alışı stimullaşdıran amil kimi görüb.
Starlink-in istifadəçi kütləsi artıq 7 milyonu keçib

Starlink-in istifadəçi kütləsi artıq 7 milyonu keçib
SpaceX-in Starlink peyk şəbəkəsi yeni bir mərhələyə çatıb: yüksək sürətli internet artıq bütün dünyada 7 milyondan çox istifadəçiyə əlçatandır və 150 ölkə və ərazini əhatə edir.
SpaceX 10-cu cəhddən Starship-in uğurlu sınaq uçuşunu reallaşdıra bilib (VİDEO)

SpaceX 10-cu cəhddən Starship-in uğurlu sınaq uçuşunu reallaşdıra bilib (VİDEO)
SpaceX-in nəhəng raketi Starship bu ilin uğursuz buraxılışlar silsiləsini qıraraq 10-cu sınaq uçuşunu həyata keçirdi. Raket missiyanın əsas məqsədlərinin demək olar ki, hamısına çatdı - faydalı yük imitatorlarının orbitə çıxarılmasından tutmuş gəminin Yer kürəsinin digər tərəfində suya enməsinə qədər.
Çinlilər tankın idarəsi üçün artıq AR cihazdan istifadə edirlər (VİDEO)

Çinlilər tankın idarəsi üçün artıq AR cihazdan istifadə edirlər (VİDEO)
Çində sentyabr ayında planlaşdırılan hərbi paraddan əvvəl ölkənin küçələrində əvvəllər rəsmi şəkildə təqdim olunmamış yeni hərbi texnika nümunəsinin göründüyü barədə məlumatlar getdikcə daha çox dərc olunur.
Həftənin xəbərləri

