main-post-cover

    Falcon 9-un ilk pilləsi 30-cu dəfə istifadə edilib

    Elm & Texnologiya
    29.08.2025
    Emil Nəcəfov
         Dünən SpaceX-in Falcon 9 raketi rekord sayılan 30-cu təkrar uçuşunu həyata keçirib. O, NASA-nın Floridadakı Kennedi kosmodromundan start götürüb. Bu buraxılış şirkət üçün mühüm hadisə olub, çünki raketin birinci pilləsi (B1067) yalnız 28 Starlink peykini aşağı Yer orbitinə çıxarmaqla kifayətlənməyib, həm də startdan 8.5 dəqiqə sonra okeandakı barja üzərinə 30-cu dəfə uğurla eniş edib. Booster 1067 daha əvvəl 29 missiyada iştirak edib, o cümlədən yük və pilotlu gəmilərin buraxılışlarında, eləcə də Turksat 5B, Eutelsat HOTBIRD 13G və 18 Starlink missiyası kimi peyklərin orbitə çıxarılmasında. Raketlərin təkrar istifadəsi SpaceX-in kosmik uçuşların əlçatanlığını artırmaq məqsədinə əsaslanan konsepsiyasının mərkəzindədir.
         Şirkət artıq Starship sistemi ilə yeni mərhələyə qədəm qoymağı hədəfləyir. Elon Musk-ın sözlərinə görə, Starship 1 saatdan az intervalda qalxış və eniş edə biləcək ki, bu da Ay Marsın mənimsənilməsi üçün yeni imkanlar açacaq. 28 avqust buraxılışı həmçinin Starlink peyk şəbəkəsinin mövqelərini gücləndirib. Hazırda şəbəkə 8200-dən çox aktiv peykə malikdir və genişlənməyə davam edir. Falcon 9-un birdəfəlik istifadə olunan yuxarı pilləsi startdan təxminən 64 dəqiqə sonra peykləri uğurla orbitə çıxarıb. Bu uçuş yalnız SpaceX-in texnoloji nailiyyətlərinin nümayişi deyil, həm də bütün dünyada rabitə təmin edən qlobal internet şəbəkəsi Starlink-in inkişafında mühüm addım olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Avtopilot alıcıları Tesla-ya cəlb etmək əvəzinə daha çox uzaqlaşdırır
    avtopilot-alicilari-tesla-ya-celb-etmek-evezine-daha-cox-uzaqlasdirir
    Starlink-in istifadəçi kütləsi artıq 7 milyonu keçib
    starlink-in-istifadeci-kutlesi-artiq-7-milyonu-kecib
    SpaceX 10-cu cəhddən Starship-in uğurlu sınaq uçuşunu reallaşdıra bilib (VİDEO)
    spacex-10-cu-cehdden-starship-in-ugurlu-sinaq-ucusunu-reallasdira-bilib-video
    Çinlilər tankın idarəsi üçün artıq AR cihazdan istifadə edirlər (VİDEO)
    cinliler-tankin-idaresi-ucun-artiq-ar-cihazdan-istifade-edirler-video
    Unitree şirkəti robotlar üçün keçirilmiş yarışlarda ən çox qızıl medal sahibi olub
    unitree-sirketi-robotlar-ucun-kecirilmis-yarislarda-en-cox-qizil-medal-sahibi-olub