
Alimlər ilk dəfə maye karbon əldə edə biliblər
Elm & Texnologiya
27.05.2025
Emil Nəcəfov
Alimlər ilk dəfə güclü lazer vasitəsilə maye halında karbon əldə edib və laboratoriya şəraitində onun strukturunu öyrəniblər. Əvvəllər bu prosesin mümkün olmadığı düşünülürdü. Bu nailiyyət termonüvə enerjisinin əldə olunması yolunda mühüm mərhələ sayılır, çünki maye karbon gələcək termonüvə reaktorlarının əsas komponentlərindən biri kimi qiymətləndirilir. Maye karbon termonüvə sintezi nəticəsində demək olar ki, tükənməz enerji əldə olunan termonüvə reaktorları kimi texnologiyalarda mühüm rol oynayır. İndiyədək fiziklər karbonun maye fazasında necə olduğunu yalnız təxmini təsəvvür edirdilər. Bunun səbəbi ondadır ki, bu halda karbonu laboratoriya şəraitində öyrənmək demək olar ki, mümkün deyil. Adi təzyiq şəraitində karbon maye halına keçmir, birbaşa qaz halına keçir.

Karbon yalnız son dərəcə yüksək təzyiq və təxminən 4500 dərəcə Selsi temperaturunda mayeləşə bilər ki, bu da istənilən material arasında ən yüksək ərimə temperaturudur. Belə şəraiti laboratoriyada yaratmaq isə son dərəcə çətindir. Lakin alimlər çox güclü lazer istifadə edərək ilk dəfə maye karbon yaratmağa və onun strukturunu öyrənməyə nail olublar. Tədqiqat maye karbonla bağlı modelləşdirmə nəticələrini təsdiqləyib. Bu fazada karbon tamamilə özünəməxsus struktur xüsusiyyətlərinə malik mürəkkəb maye forması kimi çıxış edir. Maye karbonun yaradılması mürəkkəb bir prosesi əhatə edib. Fiziklər bərk karbon nümunələrini əridərək ekstremal şərait yaratmaq üçün güclü lazerdən istifadə ediblər.

Eyni zamanda rentgen şüaları vasitəsilə maye karbon daxilində atomların yerləşməsi müəyyən edilib. Bütün bu proses saniyənin milyardda bir hissəsində baş verib, baxmayaraq ki, dəqiq ölçmələr aparmaq üçün təcrübə bir neçə dəfə təkrar olunub. Nəticədə alimlər karbonun bərk haldan maye halına keçidini tam başa düşmək üçün bütün məlumatları birləşdiriblər. Əvvəllər əsas problem karbonun bir fazadan digərinə keçidi zamanı bu çox qısa anlar ərzində dəqiq ölçmələrin aparılması idi. Bu elmi irəliləyiş gələcək termonüvə energetikası üçün mühüm nəticələrə malikdir. Maye karbon son dərəcə yüksək ərimə temperaturu və unikal struktur xüsusiyyətləri ilə gələcək termonüvə reaktorlarının əsas komponentlərindən biri hesab olunur.

Maye karbon reaktorlar üçün həm soyuducu komponent, həm də neytronların ləngidicisi kimi xidmət edə bilər ki, bu da termonüvə sintezində zəncirvari reaksiyaların davamlılığını təmin etmək üçün həyati əhəmiyyət daşıyır. Xatırladaq ki, sabit termonüvə sintezi demək olar ki, tükənməz enerji yaratmağa imkan verəcək. Belə bir sintez ulduzların nüvəsində baş verir. Burada hidrogen atomları birləşərək inanılmaz dərəcədə böyük miqdarda enerji ayrılır. Alimlər ulduzlarda baş verən bu sintezi Yer üzərində təkrarlamaq üzərində çalışırlar və termonüvə elektrik stansiyalarının yaxın gələcəkdə reallığa çevrilməsi üçün intensiv tədqiqatlar aparılır.
Mənbə: Interesting Engineering
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Venera ətrafında Yer üçün təhlükəli asteroidlər mövcuddur

Venera ətrafında Yer üçün təhlükəli asteroidlər mövcuddur
Alimlər müəyyən ediblər ki, Günəş ətrafında Venera ilə eyni orbitdə fırlanan və Yer üçün potensial təhlükə yaradan asteroidlər mövcuddur.
İnsan dişlərinin uzaq keçmişdəki balıqlar sayəsində təkamül etdikləri təyin edilib

İnsan dişlərinin uzaq keçmişdəki balıqlar sayəsində təkamül etdikləri təyin edilib
İnsan dişlərinin həssaslığı qədim balıqların ekzoskeletini örtən sensor orqanların irsi mirası ola bilər. Alimlər müəyyən ediblər ki, diş emalının altındakı toxuma olan dentin əvvəllər toxunma funksiyasını yerinə yetirib və onurğalılarda ən azı 460 milyon il əvvəl meydana çıxıb.
K2-18b ekzoplanetində potensial həyatın mövcudluğu şübhə doğurur

K2-18b ekzoplanetində potensial həyatın mövcudluğu şübhə doğurur
Çikaqo Universitetindən olan tədqiqatçılar qrupu K2-18b ekzoplanetində həyat əlamətlərinin aşkarlandığına dair sensasiyalı iddiaları şübhə altına alıblar. Daha əvvəl Kembric Universitetinin alimləri bildirmişdilər ki, James Webb kosmik teleskopu bu planetin atmosferində dimetilsulfid (DMS) izləri qeydə alıb.
Marsın ox meylinin dəyişməsi planetdə böyük miqdarda su itkisinə səbəb olub

Marsın ox meylinin dəyişməsi planetdə böyük miqdarda su itkisinə səbəb olub
İspaniya və Fransa alimləri Marsın qədim ox meyli dəyişiklikləri (obliquasiyası) ilə su itkisi arasındakı korrelyasiyanı müəyyən ediblər.
Yer qabığında böyük həcmdə təmiz enerji mənbəyi aşkar edilib

Yer qabığında böyük həcmdə təmiz enerji mənbəyi aşkar edilib
Hazırda insanlar artıq hidrogen qazından yanacaq mənbəyi kimi istifadə edirlər və hidrogen karbon emissiyasız iqtisadiyyata nail olmaq üçün açar hesab olunur. Yəni atmosferə karbon qazı emissiyası sıfıra endiriləcək.
Həftənin xəbərləri

