
İnsan dişlərinin uzaq keçmişdəki balıqlar sayəsində təkamül etdikləri təyin edilib
Elm & Texnologiya
26.05.2025
Emil Nəcəfov
İnsan dişlərinin həssaslığı qədim balıqların ekzoskeletini örtən sensor orqanların irsi mirası ola bilər. Alimlər müəyyən ediblər ki, diş emalının altındakı toxuma olan dentin əvvəllər toxunma funksiyasını yerinə yetirib və onurğalılarda ən azı 460 milyon il əvvəl meydana çıxıb. Bu kəşf izah edir ki, niyə dişlər bu qədər yüksək həssaslığa malikdir. Onlar ətraf mühiti hiss etməyə cavabdeh olan strukturlardan əmələ gəliblər. Əvvəlcə alimlər kembri və ordovik dövrlərinə (541-443 milyon il əvvəl) aid qalıqları araşdıraraq ən qədim onurğalını tapmaq istəyirdilər. Onurğalıların əsas əlamətlərindən biri dentin kanalcıqlarının mövcudluğudur. Bu sərt toxuma insanlarda diş emalının altında, qədim balıqlarda isə zirehin üzərindəki qabarcıqlarda yerləşirdi.

Alimlər çənəsiz “ilk balıq” sayılan Anatolepis heintzi növünü kompüter tomoqrafiyası ilə araşdırarkən dentinlə dolu məsamələrə bənzər strukturlar aşkarlayıblar. Bu qənaətin doğruluğunu yoxlamaq üçün onlar Anatolepis heintzini digər qədim qalıqlarla və müasir dəniz canlıları ilə müqayisə ediblər. Daha diqqətlə baxdıqda tədqiqatçılar müəyyən ediblər ki, əvvəlcə dentinlə dolu məsamələr hesab edilən bu strukturlar əslində yengəclərin qabıqlarındakı sensor orqanlara bənzəyir. Bu isə ilkin təsnifatı alt-üst edib. Anatolepis heintzi qədim balıq yox, onurğasız buğumayaqlılar sinfinə aid bir canlı imiş.
Qədim çənəsiz balıq Astraspis-ə aid dişəbənzər quruluşun KT müayinəsi, yaşıl rəngdə dentinlə dolu borucuqları göstərir. Qırmızı sahələr isə sinirləri əhatə edən damar sistemini təmsil edir:

Anatolepis heintzi ilə bağlı sirrin açılması mühüm bir kəşfə gətirib çıxardı. Qədim onurğalılar, məsələn, balıqlar və qədim buğumayaqlılar ətrafdakı dünyanı hiss etmək üçün eyni minerallaşmış toxumadan istifadə edirmişlər. Daha sonra bu toxuma dentinə - bizim həssas dişlərimizi təşkil edən maddəyə çevrilib. Yeni tədqiqat təsdiq edir ki, hiss orqanları ekzoskeletlərdə ən azı 460 milyon il əvvəl yaranıb. Sonrakı təkamül prosesində heyvanlar eyni genetik dəsti dişlərin formalaşması üçün istifadə etməyə başlayıblar. Alimlərin qeyd etdiyi kimi, əgər dişlərin yüksək həssaslığına təkamül prizmasından baxılsa, bu xüsusiyyət sirr olmaqdan çıxır. Çünki onlar qədim onurğalıların qoruyucu örtüyündəki sensor strukturlardan törəyiblər.
Mənbə: Live Science
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
K2-18b ekzoplanetində potensial həyatın mövcudluğu şübhə doğurur

K2-18b ekzoplanetində potensial həyatın mövcudluğu şübhə doğurur
Çikaqo Universitetindən olan tədqiqatçılar qrupu K2-18b ekzoplanetində həyat əlamətlərinin aşkarlandığına dair sensasiyalı iddiaları şübhə altına alıblar. Daha əvvəl Kembric Universitetinin alimləri bildirmişdilər ki, James Webb kosmik teleskopu bu planetin atmosferində dimetilsulfid (DMS) izləri qeydə alıb.
Marsın ox meylinin dəyişməsi planetdə böyük miqdarda su itkisinə səbəb olub

Marsın ox meylinin dəyişməsi planetdə böyük miqdarda su itkisinə səbəb olub
İspaniya və Fransa alimləri Marsın qədim ox meyli dəyişiklikləri (obliquasiyası) ilə su itkisi arasındakı korrelyasiyanı müəyyən ediblər.
Yer qabığında böyük həcmdə təmiz enerji mənbəyi aşkar edilib

Yer qabığında böyük həcmdə təmiz enerji mənbəyi aşkar edilib
Hazırda insanlar artıq hidrogen qazından yanacaq mənbəyi kimi istifadə edirlər və hidrogen karbon emissiyasız iqtisadiyyata nail olmaq üçün açar hesab olunur. Yəni atmosferə karbon qazı emissiyası sıfıra endiriləcək.
Ayın cənub qütbünün fotosu çəkilib

Ayın cənub qütbünün fotosu çəkilib
Yaponiyaya məxsus Resilience adlı özəl kosmik zond Ayın cənub qütbünün keyfiyyətli fotosunu çəkib və onu Yerə göndərib. Foto Tokioda yerləşən ispace şirkəti tərəfindən sosial şəbəkə X-də yayımlanıb.
Günəş sistemində yeni cırtdan planet kəşf edilib

Günəş sistemində yeni cırtdan planet kəşf edilib
Plutonun orbitasından xeyli uzaqda alimlər yeni bir cırtdan planet kəşf ediblər. Obyekt arxiv materiallarında tapılıb və 2017 OF201 kimi qeydiyyata alınıb.
Həftənin xəbərləri

