main-post-cover

    Avropa Birliyi istehsalçıları şarj cihazlarını ayrılabilən USB-C naqili ilə təchiz etməyə məcbur edəcək

    Elm & Texnologiya
    20.10.2025
    Emil Nəcəfov
         Avropa Birliyi 2028-ci ildən etibarən istehsalçıları geniş çeşidli istehlak elektronikası üçün nəzərdə tutulmuş enerji adapterlərini və xarici enerji bloklarını USB-C çıxışlı ayrılabilən naqillərlə təchiz etməyə məcbur edəcək qanunvericilik aktını təsdiqləyib. Sənəd 240 vatt gücədək olan enerji bloklarına şamil olunur və oyun konsolları, monitorlar, routerlər, naqilsiz enerji adapterləri, televizor qutuları və Ethernet üçün PoE injektorları üçün nəzərdə tutulmuş şarj cihazlarını da əhatə edir. Məlumata görə, Avropa Birliyinin yeni qanunvericiliyi bütün növ xarici enerji mənbələrinə (External Power Supplies, EPS) şamil olunur və əsas məqsədi uyğunluq və ekoloji dayanıqlılığı təmin etməkdir. Qanuna əsasən, bu tip cihazlar ən azı bir USB-C portuna və ayrılabilən naqilə malik olmalıdır, enerji ötürülməsi isə USB Power Delivery (USB-PD) standartı üzrə həyata keçirilməlidir.
         Bundan əlavə, istehsalçılar nominal gücü birbaşa enerji blokunun üzərində, şarj portunda və hətta naqillərin özündə göstərməyə borcludurlar. Eyni zamanda, göstərilən güc cihazın gərginlik dəyişmədən fasiləsiz enerji ötürmə qabiliyyətinə tam uyğun olmalıdır. Uyğun cihazların tanınmasını asanlaşdırmaq üçün üzərində “Common Charger” yazısı olan xüsusi loqo tətbiq ediləcək. Həmçinin enerji səmərəliliyi ilə bağlı tələblər də müəyyən edilir. Gücü 10 vattdan yuxarı olan bütün EPS cihazları nominal gücün ən azı 10%-i və yuxarısında işləyərkən minimum faydalı iş əmsalına cavab verməlidir. Naqilsiz enerji doldurma panelləri gözləmə rejimində daha az enerji sərf etməli, onların enerji blokları isə dəyişdirilə və ya yenidən istifadə oluna bilməsi üçün xarici formada olmalıdır.
         Bundan əlavə, enerji bloklarında artıq impuls səs-küyündən (elektrik siqnal sıçramalarından) qorunma səviyyəsi məcburi olacaq - bu tədbir xüsusilə routerlər və Wi-Fi qoşulma nöqtələri ilə istifadə olunan cihazlar üçün aktual sayılır. Qanunun təsir dairəsindən fasiləsiz enerji mənbələri, tibbi avadanlıqlar, bəzi oyuncaq kateqoriyaları, elektrik skuterləri və velosipedlər, fövqəladə işıqlandırma avadanlıqları, həmçinin rütubətli mühitdə işləmək üçün nəzərdə tutulmuş cihazlar çıxarılıb. Qanun həm cihaz istehsalçıları tərəfindən təqdim edilən orijinal enerji bloklarına, həm də üçüncü tərəf istehsalçılarının şarj cihazlarına şamil olunur. Tənzimləyici orqanların hesablamalarına görə, bu tədbirlər 2030-cu ilə qədər ildə 1070 Tvt·saat elektrik enerjisinə qənaət etməyə imkan verəcək. Qeyd olunur ki, hər il müxtəlif cihazlarla birlikdə təxminən 400 milyon xarici enerji mənbəyi satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Cray-1 superkompüterinin yarım əsrlik yubileyinə həsr olunmuş xatirə sikkəsinin dizaynı təqdim edilib
    cray-1-superkomputerinin-yarim-esrlik-yubileyine-hesr-olunmus-xatire-sikkesinin-dizayni-teqdim-edilib
    ABŞ-da ağcaqanad ölçüsündə mikro dronlar hazırlanır
    abs-da-agcaqanad-olcusunde-mikro-dronlar-hazirlanir
    Alimlər B2 vitamini əsasında ekoloji batareya yaradıblar
    alimler-b2-vitamini-esasinda-ekoloji-batareya-yaradiblar
    Yaradılmış yeni süni əzələ öz çəkisindən 4000 dəfə artıq çəkini qaldıra bilir
    yaradilmis-yeni-suni-ezele-oz-cekisinden-4000-defe-artiq-cekini-qaldira-bilir
    İtalyanlar süni intellekti kiçik külək turbinlərinə inteqrasiya ediblər
    italyanlar-suni-intellekti-kicik-kulek-turbinlerine-inteqrasiya-edibler