main-post-cover

    Çin dünyanın ilk kommersiya məqsədli sualtı məlumat emalı mərkəzini işə salıb

    Elm & Texnologiya
    09.10.2025
    Emil Nəcəfov
         Dünyada ilk kommersiya məqsədli sualtı məlumat emalı mərkəzi (MEM) Cənubi Çin dənizində yerləşən tropik Hainan adasında fəaliyyətə başlayıb. Burada ölkənin ən böyük rüsum­suz ticarət sınaq zonası yerləşir. Tikintinin birinci mərhələsinin tamamlanmasından sonra 1300 tonluq platformaya quraşdırılmış serverlər sualtı MEM-in idarəetməsi vasitəsilə müxtəlif rəqəmsal xidmətləri - restoran tövsiyələrindən səyahət məsləhətlərinə qədər - təmin edir. Hainan adasındakı sualtı MEM dünyada sualtı məlumat infrastrukturunun tətbiqinə dair ilk nümunələrdən biridir. Layihənin əsas məqsədi - süni intellekt və bulud hesablamalarının inkişafı nəticəsində artan tələbi ödəməkdə çətinlik çəkən yerüstü MEM-lərdəki yüksək enerji sərfiyyatını azaltmaqdır.
         Layihə rəhbəri Pu Ding bildirib: “Biz bütün platformanı dərin dənizə yerləşdirdik, çünki dəniz suyu temperaturun aşağı düşməsinə kömək edir. Yerüstü MEM-lər ilə müqayisədə, sualtı MEM-lər soyutma üçün enerji istehlakını azaldır və bu da istismar xərclərinin azalmasına səbəb olur”. Məlumata görə, suyun 35 metr dərinliyində yerləşən hər bir platformada 24 server rəfi var və bu rəflər 400-500 serveri yerləşdirə bilir. Hainan əyalətinin 14-cü Beşillik Planı çərçivəsində 100 belə platformadan ibarət sualtı MEM-in inşası təklif olunub.
         Bu layihə, dəniz mühitinin qorunması və dayanıqlı istifadəsinə yönəlmiş “mavi iqtisadiyyat” üçün yeni texnologiyaların hazırlanmasına fokuslanan inteqrasiya olunmuş sənaye zonasının əsas hissəsini təşkil edir. Çin sərhədlərini xarici tərəfdaşlara açmaqla, ölkənin bazar potensialından yararlanmaq istəyən çoxmillətli texnoloji şirkətləri cəlb etməyə çalışır. Hainan adasındakı sualtı MEM layihəsi, Qərb şirkətlərinin bu istiqamətdəki fəaliyyətlərini ixtisar etməsi tendensiyası ilə kəskin ziddiyyət təşkil edir. Məsələn, Microsoft 2014-cü ildə başladığı Natick layihəsini bağlayıb - bu çərçivədə 2018-ci ildə Şotlandiya sahillərində sınaq məqsədli sualtı MEM dənizin dibinə endirilmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alibaba öz süni intellekt modelləri əsasında intellektual robotlarını yaradacaq
    alibaba-oz-suni-intellekt-modelleri-esasinda-intellektual-robotlarini-yaradacaq
    Tesla bu il üçün Optimus robotunun kütləvi istehsal planını təxirə salıb
    tesla-bu-il-ucun-optimus-robotunun-kutlevi-istehsal-planini-texire-salib
    Neuralink-in pasiyenti beyin implantı vasitəsilə robotlaşdırılmış qolu idarə etməyi öyrənib (VİDEO)
    neuralink-in-pasiyenti-beyin-implanti-vasitesile-robotlasdirilmis-qolu-idare-etmeyi-oyrenib-video
    Günəş və külək energetikası kömürdən daha çox elektrik enerjisi verməyə başlayıb
    gunes-ve-kulek-energetikasi-komurden-daha-cox-elektrik-enerjisi-vermeye-baslayib
    Mütəxəssis Tesla Optimus kimi insanabənzər robotların uğursuz olacaqlarını proqnozlaşdırır
    mutexessis-tesla-optimus-kimi-insanabenzer-robotlarin-ugursuz-olacaqlarini-proqnozlasdirir