main-post-cover

    Çin Yer ilə Ay arasında ilk peyk əsaslı rabitə və naviqasiya sistemini yaradıb

    Elm & Texnologiya
    21.04.2025
    Emil Nəcəfov
         Çin Yer Ayın ətrafındakı uzaq orbitə qədər olan məkanda naviqasiya və rabitə peyk şəbəkəsinin yerləşdirilməsini başa çatdırıb. Bu o deməkdir ki, Yer və Ay ətrafındakı geniş məkanda kosmik aparatların təhlükəsiz və dəqiq hərəkəti təmin oluna bilər, həmçinin Ay səthində naviqasiya mümkün olacaq. Bu imkan Ayın və Marsın kolonizasiyası istiqamətində ilk praktik addımlar üçün yol açır və bunun əhəmiyyətini qiymətləndirmək çətindir. Cislunar-ın - Yerlə Ay arasında yerləşən və onların orbitlərini əhatə edən məkan - qarşıdakı onilliklərdə Günəş sisteminin ən aktiv bölgəsinə çevriləcəyi gözlənilir.
         Bu məkanda həm mülki, həm də hərbi əməliyyatlar üçün yeni raket mühərrikləri hazırlanır. Bu mühərriklər orbitlərin sürətlə dəyişdirilməsinə və yanacaq ehtiyatlarından asılı olmayaraq uzunmüddətli və sürətlənmiş hərəkətə imkan verməlidir. Eyni zamanda, bu məkan üçün xüsusi rabitə və naviqasiya sistemi də qurulur. Mühərriklər sahəsində hələ çətinliklər qalsa da, naviqasiya və rabitə sistemləri artıq işlək vəziyyətdədir, hərçənd ki, hələlik məhdud rejimdə. Çinin “cislunar” naviqasiya və rabitə peyk şəbəkəsi 3 peykə əsaslanır: DRO-L, DRO-BDRO-ADRO abbreviaturası “Ay ətrafında uzaq retroqrad orbit” mənasını verir - bu orbitlərdə peyklər yanacağa qənaətlə hərəkət edə bilirlər.
         DRO-B və DRO-A peykləri Yerdən 310-450 min km məsafəyə qədər uzaqlaşdırılıb. DRO-L isə 500 km hündürlükdə Yerə yaxın qütb orbitinə yerləşdirilib. Bu 3 peyk bir üçbucaq forması yaradaraq, üzərlərindəki atom saatları və ötürdükləri siqnallar vasitəsilə geniş məkanda naviqasiyanın həyata keçirilməsinə imkan verir. Qeyd olunmalıdır ki, DRO-B və DRO-A peyklərinin kosmosa buraxılması qəza ilə müşayiət olunub. Chang Zheng 2C raketinin sürətləndirici pilləsi sıradan çıxıb və peykləri nəzərdə tutulan trayektoriyaya çatdıra bilməyib. Bundan əlavə, ayrıldıqdan sonra hər iki peyk nəzarətsiz şəkildə saniyədə 1.8 dövr tezliyi ilə fırlanmağa başlayıb.
         Sentrifuqal qüvvə günəş panellərini dağıtmaq həddinə çatıb, onları ağlasığmaz bucaqlara qədər əymişdi. Çinli mütəxəssislərin peşəkarlığını göstərən məqamlardan biri odur ki, onlar ilk sutka ərzində peyklərin uçuşunu sabitləşdirməyə nail olublar. Hər iki aparat orbit düzəliş mühərrikləri vasitəsilə öz hədəf orbitlərinə çatdırılıb. Yanacağa qənaət etmək üçün mühərriklərin hər işə salınması Ayın cazibə impulsu nəzərə alınmaqla hesablanıb. 2024-cü ilin martında buraxılmış peyklər 5 ay müddətində təyinat nöqtəsinə çataraq avqustun sonuna qədər öz yerlərinə yerləşdiriliblər.
         Bu yaxınlarda Çin mediası bildirib ki, Ayətrafı məkan üçün nəzərdə tutulmuş rabitə və naviqasiya sistemi fəaliyyətə başlayıb. Artıq dəqiq naviqasiya üçün peyklərin bir-biri ilə 2 saatlıq siqnal mübadiləsi kifayət edir, halbuki əvvəllər bu proses Yerdəki müşahidəçilərin iştirakı ilə 2 gün çəkirdi. Şəbəkənin yaradıcıları bildiriblər: “Əvvəllər biz ulduzlara çatmaq istədiyimizi deyirdik. İndi isə faktiki olaraq uzaq kosmosa bir liman inşa edirik. Bu 3 peykdən ibarət şəbəkə Ayətrafı məkanda bir ‘mayak’ kimi fəaliyyət göstərir - o, gələcək Ay bazaları üçün istinad nöqtəsi ola, hətta Mars missiyaları üçün məlumat ötürmə kanalı kimi də xidmət edə bilər”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çində insanların və robotların iştirakı ilə yarımarafon keçirilib (VİDEO)
    cinde-insanlarin-ve-robotlarin-istiraki-ile-yarimarafon-kecirilib-video
    Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
    nike-isitme-sistemine-sahib-agilli-idman-ayaqqabisini-teqdim-edib-qiymeti
    ABŞ-ın hava hücumundan müdafiə sistemi ilə Elon Musk və digərləri məşğul ola bilər
    abs-in-hava-hucumundan-mudafie-sistemi-ile-elon-musk-ve-digerleri-mesgul-ola-biler
    XPeng yenilənmiş Iron robotunu təqdim edib
    xpeng-yenilenmis-iron-robotunu-teqdim-edib
    Hava üzərindən məlumatların ötürülməsi sürətində yeni rekorda imza atılıb
    hava-uzerinden-melumatlarin-oturulmesi-suretinde-yeni-rekorda-imza-atilib