main-post-cover

    Hava üzərindən məlumatların ötürülməsi sürətində yeni rekorda imza atılıb

    Elm & Texnologiya
    17.04.2025
    Emil Nəcəfov
         Eyndhoven Texnologiya Universitetinin (TU/e) alimləri 4.6 km məsafədə naqilsiz infraqırmızı rabitə kanalı quraraq bu vasitə ilə saniyədə 5.7 Tbit sürətlə məlumat ötürə biliblər. Bu, şəhər mühitində əldə olunmuş ən yüksək naqilsiz optik ötürmə sürətidir və praktiki tətbiqlər üçün böyük potensiala malikdir. Məsələn, kabel infrastrukturunun olmadığı şəraitdə mövcud şəbəkələrə 5G 6G antenalarının naqilsiz qoşulması üçün istifadə oluna bilər. Yüksəksürətli bağlantı TU/e-nin şimaldakı kampusu ilə Eyndhovenin cənubundakı High Tech Campus (HTC) arasında qurulub. HTC vaxtilə Philips şirkəti tərəfindən inşa olunmuşdu. Yerli telekommunikasiya avadanlığı istehsalçısı olan Aircision şirkəti tərəfindən hazırlanmış qabaqcıl optik antenalar vasitəsilə sistem açıq məkanlarda optik rabitə (FSO) texnologiyasından istifadə edir.
         Bu metod fokuslanmış infraqırmızı şüalar vasitəsilə məlumat ötürməyə imkan verir, nəticədə ənənəvi naqillərə və ya radiosiqnallara ehtiyac olmadan, müdaxilələrsiz ultrasürətli naqilsiz əlaqə təmin olunur. Lakin infraqırmızı hava rabitə kanalları radio kanalları və ya naqilli optik xətlərdən fərqli olaraq müdaxilələrə və xüsusilə də ətraf mühitin təsirinə qarşı daha həssasdır. Buna görə də, optik infraqırmızı rabitə məlumatların uzaq məsafələrə ötürülməsi və ya əlaqənin heç bir halda kəsilməməli olduğu hallarda məqsədəuyğun sayılmır. Beləliklə, yüksək sürətli infraqırmızı hava kanallarından yalnız bir neçə kilometr məsafədə məlumat ötürmək və digər, daha etibarlı rabitə kanalları ilə birlikdə istifadə etmək məntiqlidir.
         Bundan əlavə, başa düşmək lazımdır ki, bu cür rekord ötürmə sürətinə malik rabitə kanalını yaratmaq üçün şüaların fokuslanması və məlumatların qəbul nöqtəsində işığın toplanması sisteminə malik olduqca mürəkkəb və bahalı avadanlıqlardan istifadə tələb olunur. Tədqiqatçılar öz işlərində universitetin rabitə texnologiyalarını sınaqdan keçirmək üçün nəzərdə tutulmuş elmi və test avadanlıqları kompleksindən istifadə ediblər. Kütləvi tətbiq üçün isə daha sadə və ucuz bir həll tələb olunur. Məsələn, Alphabet şirkətinin törəmə müəssisəsi olan Taara tərəfindən hazırlanmış, cəmi 13 mm hündürlüyündə kompakt infraqırmızı ötürücü və qəbuledicilər kimi.
    Mənbə: Tomshardware
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İllərlə istifadə edilməyən SSD-lərdə məlumatlar silinə bilər
    illerle-istifade-edilmeyen-ssd-lerde-melumatlar-siline-biler
    SpaceX Falcon 9-un birinci pilləsinin təkrar istifadəsində yeni rekorda imza atıb
    spacex-falcon-9-un-birinci-pillesinin-tekrar-istifadesinde-yeni-rekorda-imza-atib
    2030-cu ilə qədər data mərkəzləri 2 dəfə daha çox enerji sərf edəcəklər
    2030-cu-ile
    İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
    insanabenzer-robotlar-arasinda-boks-doyusu-anons-edilib-video
    Pentaqon PUA-lara qarşı yeni energetik silahı test edib (VİDEO)
    pentaqon-pua-lara-qarsi-yeni-energetik-silahi-test-edib-video