main-post-cover

    Çində hipersəs sürətli dron hazırlanır

    Elm & Texnologiya
    28.04.2025
    Emil Nəcəfov
         Çin hərbi mühəndisləri milli ordunun ehtiyacları üçün Cuantianhou adlı pilotsuz uçuş aparatı (PUA) yaradırlar. Bu aparat 4.2 Max səviyyəsində sürətə çata biləcək. Bu sürət qabaqcıl detonasiya effekti əsasında işləyən impuls mühərrikləri sayəsində əldə olunacaq. Mətbuatda yayılmış məlumatlara görə, Sichuan Lingkong Tianxing Technology mütəxəssisləri hipersəs sürətli PUA-nın sürətləndirilmiş hazırlanması üzərində işləyirlər. İşlər o qədər sürətlə aparılır ki, ilk planlaşdırılmış uçuş artıq gələn il baş tutmalıdır. Gələcək layihənin tam ölçülü modeli Çendu sərgisi çərçivəsində nümayiş etdirilib. Dronun çəkisi 1500 kiloqram, ümumi uzunluğu isə 7 metrdir.
         Hipersəs sürətinə çatmaq üçün ona iki ədəd Jindou-400S güc qurğusu quraşdırılıb ki, məhz bu mühərriklər sayəsində 4 Max sürət həddi aşılacaq. Məlumata əsasən ilkin planlara əsasən ilk uçuş sınaqları 2027-ci ilə nəzərdə tutulmuşdu, lakin dronun prototiplərinin yüksək nəticəli ilkin testləri bu müddəti 1 il irəli çəkməyə imkan verib. Qeyd edilir ki, 6 il ərzində 88 yoxlama aparılıb və mühəndislər ilkin Jindou-400 mühərriklərini daha təkmil Jindou-400S modelləri ilə əvəz ediblər. Bu yeni mühərriklərin çəkisi 100 kiloqramdır. Uzunluğu demək olar ki, 2 metr olan mühərrik 4 kN-ə qədər itələmə qüvvəsi yaradır. 50 kilometrə qədər məsafədə uçuş üçün isə cəmi 6 kiloqram yanacaq kifayət edir.
         Çinli layihəçilər daha güclü reaktiv axın və buna uyğun olaraq daha güclü hərəkət impulsu yaratmaq üçün yanacaq qarışığının partlayışlı detonasiya üsulu ilə işlənməsində israr ediblər. Bu arada layihə yaradıcıları hesab edirlər ki, sırf mülki təyinatlı və hipersəs sürətli təyyarələrin ortaya çıxması 2030-cu ildən gec olmayacaq. Xüsusilə vurğulamaq lazımdır ki, müasir Çin yeniliyi vizual olaraq ABŞ-ın yüksək məxfi SR-71 Blackbird layihəsinə bənzəyir, lakin hündürlük və sürət göstəricilərinə görə onu üstələyir. ABŞ-da isə çinli həmkarları ilə rəqabətə girmək qərarına gəliblər və sürəti 5 Max-a çatan Hermeus adlı hipersəs təyyarəsinin yaradılacağını elan ediblər. Lakin bu layihənin buraxılışı Çin layihəsindən 3 il gec olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk-ın xAI şirkəti ekologiyaya zərər verməkdə günahlandırılır
    elon-musk-in-xai-sirketi-ekologiyaya-zerer-vermekde-gunahlandirilir
    Yaponiya özünün dəniz bazalı rels silahını sərgiləyib (VİDEO)
    yaponiya-ozunun-deniz-bazali-rels-silahini-sergileyib-video
    Ticarət müharibəsi Tesla Optimus robotlarının istehsalına mane ola bilər
    ticaret-muharibesi-tesla-optimus-robotlarinin-istehsalina-mane-ola-biler
    5 dəqiqəyə 520 km məsafəyə yetəcək qədər enerji yığan elektromobil batareyası təqdim edilib
    5-deqiqeye-520-km-mesafeye-yetecek-qeder-enerji-yigan-elektromobil-batareyasi-teqdim-edilib
    İldırımötürücü özəlliyə sahib ilk dron hazırlanıb
    ildirimoturucu-ozelliye-sahib-ilk-dron-hazirlanib