
Çinlilər süni uşaqlığa sahib robot hazırlayıblar
Elm & Texnologiya
18.08.2025
Emil Nəcəfov
Çin şirkəti Kaiwa Technology süni uşaqlıqla təchiz edilmiş, insan dölünü mayalanmadan tam inkişafına qədər daşıya bilən bir robot hazırlayıb və onu bazara çıxarmağı vəd edib. Əvvəlki bütün bu tip layihələr stasionar inkubatorların versiyası idi. Şirkət öz robotunu artıq 2026-cı ildə 14 000$-dan baha olmayan qiymətə satışa çıxarmağı planlaşdırır. Lakin bunun üçün, aydındır ki, əvvəlcə ictimai müzakirələr və qanunverici aktlar tələb olunacaq. Keçmişdə heyvanların, hətta insanların belə, embriondan orqanların tam formalaşmasına qədər süni şəkildə böyüdülməsi məsələsi alimlər tərəfindən müxtəlif dərinlikdə araşdırılıb. Hər halda bizdə vaxtından əvvəl doğulan və zəif körpələrin yaşamasını təmin edən perinatal tibb mövcuddur. Bundan başqa, tibb tarixində, xüsusən də son illərdə, heyvan balalarının döl mərhələsində kifayət qədər uzun müddət inkişaf etdirilərək yaşadıldığı hallar da qeydə alınıb.

Çinlilər tərəfindən təklif olunan sisteminin əsası - amniotik maye ilə doldurulmuş süni uşaqlıqdır. Belə bir mühitdə embrionun mayalanmadan doğuma qədər böyüdülməsi nəzərdə tutulur: sistem qida maddələrinin süni göbək ciyəsi vasitəsilə ötürülməsini təmin edəcək, süni intellekt isə dölün inkişafına nəzarət edəcək və optimal biokimyəvi parametrlərin qorunmasına cavabdeh olacaq. Texnologiya artıq heyvan embrionları - siçanlar və quzular üzərində sınaqdan keçirilir. Kaiwa Technology şirkətinin texnologiyası xüsusi bir yanaşmadır. Onlar süni uşaqlığı insanabənzər robotun qarın hissəsinə bənzər bir konstruksiyaya yerləşdirməyi planlaşdırırlar. Bu halda, yəqin ki, “ilk növbədə, bu, gözəl görünür” demək daha uyğun olardı. Başqa izahı dərhal tapmaq çətindir. Bəs məqsəd o ola bilərmi ki, döl həmişə “ana” və “ata” ilə birlikdə olsun? Yoxsa inkubatoru ehtiyat enerji mənbəyinə malik qorunan bir məkanda saxlamaq daha təhlükəsiz olmazmı?

Sirr deyil ki, “surroqat robot-ana” ideyası kifayət qədər şübhəli görünür. Bununla belə, KİV məlumatlarına görə, şirkət bu təşəbbüslə bağlı ictimai müzakirələrin başlanması üçün artıq yerli hakimiyyət orqanlarına müraciət edib. İnkişaf üçün digər bir maneə isə qanunvericilik bazasıdır. Çində və digər əksər ölkələrdə insan embrionları üzərində qadın bədənindən kənarda aparılan təcrübələrə ciddi məhdudiyyətlər qoyulub. Qanuna görə, onları yalnız 2 həftəlik yaşa qədər inkişaf etdirmək mümkündür ki, bu da ana bədəni xaricində dölün daşınmasını və uşağın doğulmasını qeyri-mümkün edir. Mütəxəssislərin fikrincə, bu texnologiyanın insanlar üzərində sınaqları 2030-cu ildən tez başlaya bilməz, o vaxta qədər isə araşdırmalar laboratoriya səviyyəsində və peşəkar mühitdə müzakirələr çərçivəsində qalacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İnteqrasiya olunmuş süni intellektə sahib ilk beyin implantı hazırlanıb

İnteqrasiya olunmuş süni intellektə sahib ilk beyin implantı hazırlanıb
Stenford Universitetinin elmi əməkdaşları, neyron siqnalları - yəni insan düşüncələrini - dekodlaşdırmağa imkan verən qabaqcıl beyin implantı hazırlayıblar.
SpaceX yenilənmiş Starship-i təqdim edib

SpaceX yenilənmiş Starship-i təqdim edib
SpaceX, təkmilləşdirilmiş istilik qorumasına və yeni qəfəs tipli stabilizatorlarla təchiz edilmiş modernləşdirilmiş Super Heavy sürətləndiricisinə malik Starship Version 3 raketini təqdim edib.
Çində bitkilərin tozlandırılması robotu hazırlanıb

Çində bitkilərin tozlandırılması robotu hazırlanıb
Çinli tədqiqatçılar kənd təsərrüfatı bitkilərinin seleksiya prosesini yerinə yetirə bilən GEAIR adlı robot hazırlayıblar. Onun əsasında süni intellekt və biotexnologiyaların birləşməsi dayanır.
Donald Trump Amerika kosmonavtikasını yenidən əzəmətli edəcək sərəncamı imzalayıb

Donald Trump Amerika kosmonavtikasını yenidən əzəmətli edəcək sərəncamı imzalayıb
ABŞ prezidenti Donald Trump Amerika kosmonavtikasının inkişafına mane olan baryerlərin aradan qaldırılması haqqında İcra Sərəncamını imzalayıb. Sənəd Konqresin təsdiqini tələb etmir və onun müddəaları dərhal icra olunmalıdır.
Google-dan olan startapın lazer interneti dəniz və dağlarda 100 Gbit/s sürətində internet bağlantısını təmin edib

Google-dan olan startapın lazer interneti dəniz və dağlarda 100 Gbit/s sürətində internet bağlantısını təmin edib
Alphabet-in Loon layihəsi əsasında yaradılan Aalyria şirkəti - hansı ki, Google hava şarları vasitəsilə əlçatmaz yerlərdə internetə çıxışı təmin etməyə çalışırdı - problemi həll etmək üçün yeni üsul təqdim edib.
Həftənin xəbərləri

