main-post-cover

    Donuz böyrəyini əldə etmiş pasiyent artıq 200 gündən çoxdur ki, stabil vəziyyətdə yaşayır

    Elm & Texnologiya
    26.09.2025
    Emil Nəcəfov
         Çinli alimlər donuz böyrəyinin insana ksenotransplantasiyası üzrə uğurlu ara nəticələr barədə məlumat veriblər. Orqan artıq 200 gündür stabil fəaliyyət göstərir və bütün zəruri funksiyaları yerinə yetirir. Əməliyyat mart ayında 69 yaşlı pasiyent üzərində aparılıb. Böyrəyin vəziyyəti 3 gün ərzində sabitləşib. Bu, dünyada xəstənin yarım ildən çox stabil vəziyyətdə qalmasını təmin edən ikinci uğurlu ksenotransplantasiya hadisəsidir. Çin bu sahədə ABŞ-dan demək olar ki, geri qalmır. 2024-cü ildən bəri ABŞ-da insana donuz böyrəyi ksenotransplantasiyasının 4 hadisəsi həyata keçirilib. Pasiyentlərin ömür müddəti 2 aydan az müddətdən təxminən 8 aya qədər dəyişib. Onlardan biri donor orqanı ilə artıq yarım ildən çox yaşayır. Beşinci əməliyyatı isə Çin həkimləri həyata keçiriblər: 2025-ci ilin martında 69 yaşlı pasiyentə GMO donuzdan böyrək köçürülüb.
         Hal-hazırda qadının vəziyyəti artıq 200 gündən çoxdur stabil olaraq qalır. “Köçürülmüş böyrəyin vəziyyəti əməliyyatdan sonra sabitləşdi, pasiyentin serum kreatinin səviyyəsi 3 gün ərzində normaya qayıtdı. Hazırda böyrək artıq 200 gündən çoxdur fəaliyyət göstərir” - deyə Sian şəhərindəki xəstəxananın uroloji şöbəsinin müdiri Qin Weijun bildirib. Alimlər xəbər verirlər ki, orqan normal həyat fəaliyyəti üçün bütün zəruri funksiyaları yerinə yetirir. Məsələn, gündə təxminən 2 litr sidik ifraz edir, elektrolit səviyyəsini və arterial təzyiqi tənzimləyir. Hal-hazırda pasiyent üzərində müşahidə davam edir. Xatırladaq ki, ABŞ-dan olan alimlər yarım il həddinə çatdıqdan sonra orqanın qəbul edildiyini sübut edən mühüm mərhələnin keçildiyini bəyan etmişdilər. Gözlənilir ki, hər iki pasiyent stabil vəziyyətdə qalacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ay ilə toqquşması gözlənilən asteroidə nüvə silahı ilə zərbə nəzərdən keçirilir
    ay-ile-toqqusmasi-gozlenilen-asteroide-nuve
    Yaranmaqda olan yeni planetin ilk görüntüsü əldə edilib
    yaranmaqda-olan-yeni-planetin-ilk-goruntusu-elde-edilib
    Günəş sisteminin sərhədində fərz edilən ilkin qara dəliyin partlayışı təyin edilmiş ola bilər
    gunes-sisteminin-serhedinde-ferz-edilen-ilkin-qara-deliyin-partlayisi-teyin-edilmis-ola-biler
    Alimlər bəlkə də paralel kainatdan gəlmiş siqnalı təyin ediblər
    alimler-belke-de-paralel-kainatdan-gelmis-siqnali-teyin-edibler
    Yaxın ulduz sistemindəki ekzoplanetlərdən biri həyat üçün münbit şəraitə sahib ola bilər
    yaxin-ulduz-sistemindeki-ekzoplanetlerden-biri-heyat-ucun-munbit-seraite-sahib-ola-biler