main-post-cover

    Dünyada ilk dəfə bir pasient titan ürək vasitəsilə 100 gün yaşaya bilib

    Elm & Texnologiya
    14.03.2025
    Emil Nəcəfov
         Ürək çatışmazlığı olan bir kişiyə donor orqan gözlədiyi müddətdə həyatda qalması üçün müvəqqəti tədbir kimi titan ürək nəql edilib. Təcrübə bu prosedurun uğurlu və təhlükəsiz olduğunu göstərib. Gələcəkdə bu texnologiya, transplantasiya növbəsində olan milyonlarla insanın həyatını xilas etmək üçün bir vasitəyə çevrilə bilər. Avstraliyadan olan bir kişi BiVACOR adlı titan ürək əldə edib və onunla 100 gündən çox yaşayıb. İndiyə qədər cəmi beş nəfərə bu cür süni ürək müvəqqəti müalicə vasitəsi kimi nəql edilib. Lakin onların hamısı bu cihazdan maksimum 1 ay istifadə edə bilib. BiVACOR cihazını ABŞ-dan olan biotibbi mühəndis Daniel Timms icad edib. Bu cihaz tam süni ürəkdir və fasiləsiz işləyən nasos prinsipi ilə çalışır. Onun içərisində maqnitlə havada saxlanılan rotor, qanı bədən boyunca nizamlı impulslarla dövr etdirir. Cihazın əsas xüsusiyyətləri:
    - Dərialtı kabel vasitəsilə xarici portativ nəzarət cihazına qoşulur.
    - Gündüz batareyalarla işləyir, gecə isə elektrik şəbəkəsinə qoşula bilər.
         Bu süni ürək ağır ürək çatışmazlığı diaqnozu qoyulmuş bir avstraliyalı xəstəyə implantasiya edilib. O, 3 ay boyunca bu cihazla yaşayıb və nisbətən normal həyat sürüb. Donor tapıldıqdan sonra isə ona insan ürəyi transplantasiya edilib. Hazırda alimlər BiVACOR cihazını daha 15 xəstə üzərində sınaqdan keçirməyi planlaşdırırlar. Bu, cihazın təhlükəsizliyi ilə bağlı daha əsaslı nəticələr çıxarmağa imkan verəcək. Buna baxmayaraq, tədqiqatçılar indiyə qədər əldə edilən nəticələrdən çox razıdırlar və əmindirlər ki, bu texnologiya gələcəkdə minlərlə insanın həyatını xilas edəcək. Hazırda bir çox xəstə donor orqanı gözləyərkən həyatını itirir.
    Mənbə: Nature.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yadplanetli həyat növünün hansı planetlərdə axtarılmalı olduğu açıqlanıb
    yadplanetli-heyat-novunun-hansi-planetlerde-axtarilmali-oldugu-aciqlanib
    Yerdə ən çox rast gəlinən minerallardan biri Marsda aşkar edilib
    yerde-en-cox-rast-gelinen-minerallardan-biri-marsda-askar-edilib
    Elmə məlum ən kiçik qalaktika kəşf edilib
    elme-melum-en-kicik-qalaktika-kesf-edilib
    Yer kürəsinə yaxın ulduz ətrafında 4 yeni planet kəşf edilib
    yer-kuresine-yaxin-ulduz-etrafinda-4-yeni-planet-kesf-edilib
    Saturn planetinin 128 yeni peyki kəşf edilib
    saturn-planetinin-128-yeni-peyki-kf-edilib