
Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
Elm & Texnologiya
27.05.2025
Emil Nəcəfov
Naqilsiz enerji ötürülməsi xərcləri azalda və yanacaqla enerji istehsalı avadanlıqlarının uzaq bölgələrə - adətən hərbi əməliyyatların aparıldığı ərazilərə - daşınmasını asanlaşdıra bilər. ABŞ Müdafiə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərən bir tədqiqat qrupu yeni optik güc ötürülməsi rekordu müəyyən edib - cəmi 30 saniyə ərzində 800 vat güc 8.5 kilometr məsafəyə ötürülüb. Əvvəlki rekordlar müvafiq olaraq 230 vat və 2.7 kilometr idi. ABŞ Müdafiə Nazirliyinin Gələcək Araşdırmalar İdarəsinin (DARPA) nümayəndələri uğurlu sınaqla bağlı bildiriblər: “Enerji hərbi əməliyyatların aparılması üçün əsas şərtdir, lakin enerjinin döyüş sahələrinə, fəlakət zonalarına və digər uzaq bölgələrə ənənəvi yollarla çatdırılması çox vaxt inanılmaz dərəcədə yavaş, riskli və resurs tələb edən bir proses olur”.

Bu, DARPA-nın hərbi əməliyyat zonalarına enerji ötürülməsi və təyyarələrə və ya pilotsuz uçuş aparatlarına naqilsiz enerji yükləmə sistemləri hazırlamaq üçün ilk cəhdi deyil. Lakin texnologiya hələ də güc və məsafə baxımından məhdudiyyətlərə məruz qalır ki, bu da onun praktik tətbiqini çətinləşdirir. POWER Receiver Array Demo (PRAD) layihəsinin son sınaqları ABŞ ordusunun Uayt-Sends poliqonunda keçirilib. Məlumata əsasən təcrübələr zamanı kritik göstəricilər aşılıb və enerji ötürülməsinin effektivliyi qənaətbəxş səviyyədə olub.

Effektivliyi və optik şüanın ötürülmə məsafəsini artırmaq məqsədilə tərtibatçılar ilk növbədə tənzimlənə bilən, kompakt aperturaya malik qəbuledici sistem yaradıblar. Bu konstruksiya ötürücü şüanın aperturadan keçərkən enerji itkisini minimuma endirməyə imkan verir. Lazer şüası daxil olduqda, o yüksək enerjili parabolik güzgüyə dəyir. Bu güzgü şüanı günəş konsentratorlarında istifadə olunanlara bənzər bir neçə fotoelektrik elementə yönəldir. Beləliklə, işıq şüası yenidən faydalı enerjiyə çevrilir. Sınaq zamanı lazer şüası cəmi 30 saniyədə 800 vat enerjini 8.5 kilometr məsafəyə ötürə bilib.

Sınağın əsas məqsədi yeni sistemin uzun məsafədə işləkliyini yoxlamaq olsa da, nəticələr onun kifayət qədər effektiv olduğunu göstərib. Ötürülən enerjinin təxminən 20%-i yenidən elektrik enerjisinə çevrilib. Komanda bu enerjidən istifadə edərək özlərinə popkorn hazırlayıb. Layihənin növbəti mərhələsində komanda mövcud konstruksiyada bir neçə təkmilləşdirmə sınaqdan keçirməyi planlaşdırır. Bu təkmilləşdirmələr enerjinin ötürülmə məsafəsini, gücünü və effektivliyini daha da artırmağa yönəlib. Həmçinin, sistemin daha yüksək güc səviyyələrinə keçirilməsi və müxtəlif platformalara, məsələn, pilotsuz uçuş aparatlarına uyğunlaşdırılması da planlaşdırılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla Optimus-un keçmiş rəhbəri: "Tesla robotları istehsalatda çalışmağa yaramır"

Tesla Optimus-un keçmiş rəhbəri: "Tesla robotları istehsalatda çalışmağa yaramır"
Tesla Optimus layihəsinin keçmiş rəhbəri Chris Walti, şirkətin insanabənzər (humanoid) robotlarının istehsalat xətlərində işləməyə uyğun olub-olmaması ilə bağlı şübhələrini ifadə edib.
Çində robotların iştirakı ilə boks döyüşü keçirilib

Çində robotların iştirakı ilə boks döyüşü keçirilib
Unitree Robotics şirkəti robotlar arasında ilk boks yarışmasını təşkil edib. Iron Fist King adlı turnir, iştirakçıların öz tərtibatçıları tərəfindən idarə olunması baxımından “Real Steel” filmindəki səhnələri xatırladırdı.
Elon Musk ABŞ iqtisadiyyatını robotlar vasitəsilə xilas etmək niyyətindədir

Elon Musk ABŞ iqtisadiyyatını robotlar vasitəsilə xilas etmək niyyətindədir
Elon Musk bildirib ki, humanoid (insanabənzər) robotlar 4-5 il ərzində bəzi ölkələrin ÜDM-ə (Ümumi Daxili Məhsul) töhfə verməyə başlayacaq, tam pilotsuz avtomobillər isə artıq 1-2 il ərzində bu mərhələyə çata bilər.
Gecə görmə imkanına sahib linzalar hazırlanıb

Gecə görmə imkanına sahib linzalar hazırlanıb
Çin Elm və Texnologiyalar Universitetinin tədqiqatçıları, insanın adi gözlə görə bilmədiyi infraqırmızı diapazonda görməsini mümkün edən kontakt linzalar hazırladıqlarını açıqlayıblar. Gecə görmə cihazlarından fərqli olaraq, bu kontakt linzalar enerji mənbəyinə ehtiyac duymur və onların şəffaflığı həm infraqırmızı işığı, həm də adi görünən işıq spektrini eyni anda qəbul etməyə imkan verir.
2 pizza üçün 10 000 bitcoinin ödənildiyi gündən 15 il ötür

2 pizza üçün 10 000 bitcoinin ödənildiyi gündən 15 il ötür
2010-cu il mayın 22-də kriptomayner Laszlo Hanyecz bitcoin ilə qeydə alınmış ilk kommersiya əməliyyatını həyata keçirdi. O, iki Papa John's pizzasına görə 10 000 BTC ödədi.
Həftənin xəbərləri

