main-post-cover

    Unitree şirkəti robotlar üçün keçirilmiş yarışlarda ən çox qızıl medal sahibi olub

    Elm & Texnologiya
    20.08.2025
    Emil Nəcəfov
         Unitree şirkətinin insanabənzər robotları 14-17 avqust tarixlərində Pekində keçirilmiş ilk Dünya İnsanabənzər Robot Oyunlarında ən çox qızıl və digər medalları qazanıblar. Yarışlarda 16 ölkədən 280 komanda iştirak edib və futbol, gimnastika, hətta kikboksinq də daxil olmaqla 26 idman növündə mübarizə aparıblar. Unitree şirkəti medal cədvəlinə liderlik edərək ümumilikdə 11 medal qazanıb, onlardan 4-ü qızıldır. Bütün qızıllarını Unitree robotları (ehtimal ki, söhbət H1 modelindən gedir) qaçış üzrə yarışlarda əldə ediblər: 1500 400 metr məsafələrdə, həmçinin komanda estafetində - 4x100 metr məsafədə.
         Belə nəticəyə Unitree tərəfindən hazırlanmış 360 N·m fırlanma momentinə malik M107 elektrik mühərrikləri sayəsində nail olunub. Bu mühərriklər onlara daha uzun addımlar atmağa və qaçış zamanı daha güclü itələnməyə imkan verib. Ölçmə nəticələrinə əsasən, oyunlarda robotların maksimal qaçış sürəti 4.78 m/s-ə çatıb. Şirkətin etirafına görə, daxili testlər zamanı robotlar bundan da sürətli qaçıblar və göstərici 5 m/s-dən yüksək olub. Həmçinin Unitree-nin başqa, daha əlçatan modeli - G1 də qızıl medal qazanıb. Bu robotdan istifadə edən komandalardan biri 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.
         Unitree oyunlarda fərqlənən yeganə şirkət olmayıb. Pekin şirkəti X-Humanoid-in robotları da 10 medal qazanıb, onlardan 2-si qızıldır. Onun robotları 100 metr qaçışında və istehsalat işinin imitasiyası zamanı materialların daşınması üzrə yarışda qalib gəlib. Bundan əvvəl X-Humanoid şirkətinin Tien Kung modeli Pekində keçirilmiş yarımarafonda qalib gəlmişdi. Tərtibatçıların sözlərinə görə, bu tamamilə avtonom platformadır və gələcək məhz belə robotlardadır. Ümumilikdə oyunlar Çinin praktik robototexnika sahəsində lider mövqeyini nümayiş etdirdi. Görünür ki, yaxın gələcəkdə bu ölkə dünyadakı insanabənzər robotlar bazarının ən azı yarısına sahib olacaq. Yarışlara gəlincə, onların yenidən 2026-cı ilin avqustunda keçirilməsi planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azərbaycan Xəzər dənizində Türkiyə istehsalı suüstü hərbi pilotsuz aparatı sınaqdan keçirib
    azerbaycan-xezer-denizinde-turkiye-istehsali-suustu-herbi-pilotsuz-aparati-sinaqdan-kecirib
    ABŞ-ın yeni Ay yarışında Çinə uduzması böyük geosiyasi nəticələrə səbəb olacaq
    abs-in-yeni-ay-yarisinda-cine-uduzmasi-boyuk-geosiyasi-neticelere-sebeb-olacaq
    Çinlilər elektromobillərin yürüş məsafəsini artıran litium-metal batareyasını hazırlayıblar
    cinliler-elektromobillerin-yurus-mesafesini-artiran-litium-metal-batareyasini-hazirlayiblar
    Çində okean dərinliklərini müşahidə etmək üçün balıq robot hazırlanıb (VİDEO)
    cinde-okean-derinliklerini-musahide-etmek-ucun-baliq-robot-hazirlanib-video
    Çində hərbi ekzoskeletin istifadəsi ilə təlim keçirilib
    cinde-herbi-ekzoskeletin-istifadesi-ile-telim-kecirilib