Google DeepMind-ın yeni süni intellekt modeli xərçəngə qarşı dərmanın axtarışında yardımçı olur
Elm & Texnologiya
17.10.2025
Emil Nəcəfov
Google DeepMind xərçəngə qarşı immun sisteminin aktivləşdirilməsi üçün yeni yollar müəyyən edə bilən C2S-Scale 27B adlı süni intellekt modelini təqdim edib. Bu süni intellekt mürəkkəb bioloji prosesləri analiz edərək “soyuq” şişləri immun sisteminin tanıya biləcəyi hala gətirir. Tədqiqat zamanı model immunoterapiya üçün yeni namizədlər təklif edib və bu namizədlər canlı hüceyrələrdə sınaqdan keçirilərək ümidverici nəticələr göstərib. 15 oktyabrda təqdim olunmuş əsas model C2S-Scale 27B, hüceyrə davranışını öyrənmək üçün yaradılmış ən böyük və ən mürəkkəb süni intellekt sistemlərindən biridir. Google-un Gemma model ailəsinə əsaslanaraq yaradılmış bu sistem xərçəng hüceyrələrinin immun sistemi ilə qarşılıqlı təsiri barədə yeni fərziyyə irəli sürüb.
Model ayrı-ayrı hüceyrələrin “dilini oxumaq” və çətin müalicə olunan, yəni “soyuq” şişlərin immun sisteminə görünməsini təmin etmək qabiliyyətinə malikdir. Belə şişlər adətən immun hüceyrələri tərəfindən tanınmır və bu, onkologiyanın əsas problemlərindən biridir. DeepMind-in bu yeniliyi həmin “soyuq” şişləri “isitmək” və yeni müalicə kombinasiyalarına yol açmaq üçün potensial bir üsul təklif edir. C2S-Scale 27B modeli 4000-dən çox preparatı iki-kontekstli virtual skrininq üsulu ilə analiz edib. Modelin məqsədi yalnız müəyyən bioloji şəraitdə immun siqnallaşmanı gücləndirə bilən birləşmələri müəyyən etmək idi. Tapılan birləşmələrin təxminən 10-30%-i tamamilə yeni immunoterapiya namizədləri kimi ortaya çıxıb. Onların arasında silmitasertib (CX-4945) - CK2 kinazasının inhibitoru da var. İnsan neyroendokrin hüceyrə modellərində aparılan təcrübi sınaqlar süni intellektin proqnozlarını təsdiqləyib.
Silmitasertib aşağı dozalı interferonla birlikdə istifadə olunduqda antigen təqdimatını 50% artıraraq, əvvəllər müşahidə olunmayan sahələrdə şişlərin immun tanınmasını aktivləşdirib. Ayrı-ayrılıqda bu preparatlar demək olar ki, heç bir effekt göstərməyiblər. Bu kəşf göstərir ki, C2S-Scale 27B sadəcə məlumatları deyil, həm də konteksti analiz edib - yəni hüceyrələrin vəziyyətinin müalicənin effektivliyinə necə təsir etdiyini aşkar edib. Belə yanaşma mövcud immunoterapiyaya qarşı davamlı olan şişlərlə mübarizə strategiyalarını müəyyən etməyə və təcrübələr üçün virtual laboratoriya yaratmağa imkan verir. Tədqiqatçılar süni intellekt tərəfindən aşkar edilən bu mexanizmi daha dərindən öyrənməyə və sistemin digər proqnozlarını sınaqdan keçirməyə davam edirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər kainatda enerjisini qaranlıq materiyadan alan ilk ulduzları kəşf etmiş ola bilərlər
Alimlər kainatda enerjisini qaranlıq materiyadan alan ilk ulduzları kəşf etmiş ola bilərlər
Yeni astronomik müşahidələr göstərir ki, kainatdakı ilk ulduzlar termonüvə sintezi ilə enerji alan Günəş kimi adi ulduzlardan kəskin şəkildə fərqlənə bilərmiş. Ehtimal olunur ki, bu ulduzlar “superkütləli qaranlıq ulduzlar” olub və onların enerjisi qaranlıq materiyanın annihilyasiyasından yaranıb.
Yer kürəsində həyat kosmik toz hissəcikləri sayəsində formalaşmış ola bilər
Yer kürəsində həyat kosmik toz hissəcikləri sayəsində formalaşmış ola bilər
Gənc Yerin səthinə davamlı şəkildə çökmüş kosmik toz həyatın yaranmasında həlledici rol oynamış ola bilər. Son tədqiqat göstərib ki, zülallar və fermentlərin əsas tərkib hissələri olan amin turşuları Günəş sistemində silikat hissəciklərinin tərkibində effektiv şəkildə hərəkət edə bilirlər.
Milyardlarla il öncə vulkan püskürmələri Marsda su buzu ehtiyatının yaranmasına səbəb ola bilərmiş
Milyardlarla il öncə vulkan püskürmələri Marsda su buzu ehtiyatının yaranmasına səbəb ola bilərmiş
Yeni tədqiqatlar göstərir ki, Marsda milyardlarla il əvvəl baş vermiş nəhəng vulkan püskürmələri planetin ekvatorial bölgəsində iri buz təbəqələrinin yaranmasına gətirib çıxara bilərdi.
İnqilabi "Sosial kvant kompüteri" fərziyyəsi irəli sürülüb
İnqilabi "Sosial kvant kompüteri" fərziyyəsi irəli sürülüb
Texnologiya nəhəngləri kriogen laboratoriyalarda zəif və həssas kvant maşınları yaratmaq üçün milyardlarla dollar investisiya yatırdıqları bir vaxtda, sosial kvant kompüteri konsepsiyası iddia edir ki, biz bu vəzifə üçün artıq ideal avadanlığa sahibik. Söhbət, bir-biri ilə əlaqəli insan beyinlərindən gedir.
NASA 50 il öncə gətirilmiş Ay torpaq nümunələrini incələyib
NASA 50 il öncə gətirilmiş Ay torpaq nümunələrini incələyib
NASA agentliyi artıq yarım əsrdən çoxdur ki, 1972-ci ildə “Apollo-17” missiyasının astronavtları tərəfindən Ay səthindən gətirilmiş torpaq nümunələrini qoruyur. Bu nümunələr hava keçirməyən konteynerlərdə saxlanılırdı və alimlərin onları hərtərəfli araşdırmaq üçün daha müasir alətlərə sahib olacağı gün gözlənilirdi.
Həftənin xəbərləri