Milyardlarla il öncə vulkan püskürmələri Marsda su buzu ehtiyatının yaranmasına səbəb ola bilərmiş
Elm & Texnologiya
15.10.2025
Emil Nəcəfov
Yeni tədqiqatlar göstərir ki, Marsda milyardlarla il əvvəl baş vermiş nəhəng vulkan püskürmələri planetin ekvatorial bölgəsində iri buz təbəqələrinin yaranmasına gətirib çıxara bilərdi. Bu nəzəriyyə, adətən quru və isti iqlimə malik olan bir bölgədə buzun necə əmələ gələ biləcəyini izah etməyə kömək edir. Arizona Dövlət Universitetindən Saira Hamid-in rəhbərlik etdiyi tədqiqat qrupu Marsda təxminən 4.1-3 milyard il əvvəl baş vermiş böyük vulkan püskürmələri zamanı iqlim dəyişikliklərini göstərən bir model hazırlayıb. Aparılan modelləşdirmə nəticəsində məlum olub ki, belə püskürmələr zamanı atmosferə nəhəng miqdarda su buxarı daxil olur.
Bu buxarın kondensasiyası və kristallaşması nəticəsində cəmi 3 günlük aktiv püskürmə ərzində qalınlığı 5 metrə qədər olan buz qatı əmələ gələ bilər. Lakin buzun yaranma prosesi qədər onun qorunması da az əhəmiyyət daşımırdı. Tədqiqatçılar ehtimal edirlər ki, buz təbəqələri sıx vulkanik toz və kül qatı ilə tez bir zamanda örtülərək möhkəm istilik izolyasiyası baryeri yaradıb. Bu qoruyucu örtük ekvatora yaxın bölgələr üçün xarakterik olan güclü günəş radiasiyası təsirindən buzun buxarlanmasının qarşısını alırdı. Bundan əlavə, alimlər irəli sürürlər ki, vulkan püskürmələri zamanı baş verən kütləvi kükürd turşusu emissiyaları planetdə kəskin soyuma effekti yarada bilərdi.
Bu hadisə “Mars qışı” adlandırıla biləcək bir vəziyyəti formalaşdırmış olardı. Uzunmüddətli temperaturun aşağı düşməsi isə buz təbəqələrinin yaranması və qorunmasına şərait yaratmışdır. Belə kəşflər Marsın gələcək tədqiqat missiyalarının planlaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Su buzu, planetin potensial kolonizasiyası zamanı astronavtlar üçün həm su, həm də oksigen mənbəyi kimi dəyərli resurs sayılır. Buz ehtiyatlarının paylanması və xüsusiyyətləri barədə yeni biliklər, gələcək tədqiqat stansiyaları üçün optimal yerlərin seçilməsini asanlaşdıracaq və bununla da elmi ekspedisiyaların səmərəliliyini artıracaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İnqilabi "Sosial kvant kompüteri" fərziyyəsi irəli sürülüb
İnqilabi "Sosial kvant kompüteri" fərziyyəsi irəli sürülüb
Texnologiya nəhəngləri kriogen laboratoriyalarda zəif və həssas kvant maşınları yaratmaq üçün milyardlarla dollar investisiya yatırdıqları bir vaxtda, sosial kvant kompüteri konsepsiyası iddia edir ki, biz bu vəzifə üçün artıq ideal avadanlığa sahibik. Söhbət, bir-biri ilə əlaqəli insan beyinlərindən gedir.
NASA 50 il öncə gətirilmiş Ay torpaq nümunələrini incələyib
NASA 50 il öncə gətirilmiş Ay torpaq nümunələrini incələyib
NASA agentliyi artıq yarım əsrdən çoxdur ki, 1972-ci ildə “Apollo-17” missiyasının astronavtları tərəfindən Ay səthindən gətirilmiş torpaq nümunələrini qoruyur. Bu nümunələr hava keçirməyən konteynerlərdə saxlanılırdı və alimlərin onları hərtərəfli araşdırmaq üçün daha müasir alətlərə sahib olacağı gün gözlənilirdi.
Çində donuz qaraciyərini əldə etmiş şəxs yarım ildən sonra vəfat edib
Çində donuz qaraciyərini əldə etmiş şəxs yarım ildən sonra vəfat edib
Ksenotransplantasiya (heyvandan insana orqan köçürülməsi) 2024-cü ilin yazında həyata keçirilib və əməliyyatdan sonra donor orqanının yaxşı uyğunlaşması müşahidə olunub. Lakin təxminən 1 aydan sonra qəfil problemlər başlayıb və yarım ildən sonra xəstə mədə-bağırsaq sistemində qanaxma səbəbindən dünyasını dəyişib.
Saturnun peyki Mimas səthaltı okeana sahib ola bilər
Saturnun peyki Mimas səthaltı okeana sahib ola bilər
Astronomlar hələ də israr edirlər ki, Saturnun peyki olan Mimasın buzla örtülü səthinin altında maye sudan ibarət okean gizlənə bilər. Aparılmış tədqiqatın nəticələrinə görə, bu okean nisbətən yaxın zamanda yaranıb.
31 işıq ili uzaqlığındakı qalaktikada uzunluğu 20 000 işıq ili olan inversiya izi aşkar edilib
31 işıq ili uzaqlığındakı qalaktikada uzunluğu 20 000 işıq ili olan inversiya izi aşkar edilib
Astronomlar NGC 3627 qalaktikasında çox uzun, lakin eyni zamanda olduqca dar bir inversiya izi aşkar ediblər. Alimlərin fikrincə, bu izi həmin qalaktikanın içindən sürətlə keçmiş nəhəng bir qara dəlik buraxmış ola bilər.
Həftənin xəbərləri