main-post-cover

    Günəş sistemindəki 3-cü ulduzlararası obyektin nisbətən keyfiyyətli fotosu çəkilib

    Elm & Texnologiya
    13.08.2025
    Emil Nəcəfov
         Ulduzlararası 3I/ATLAS kometası ilk dəfə “Minecraft” üslubunda pikselləşmiş görüntü olmadan fotolarda görünüb. Şəkil Hubble kosmik teleskopu tərəfindən çəkilib. Hubble-ın çəkdiyi fotoda 3I/ATLAS obyekti artıq kometaya bənzəyir, baxmayaraq ki, hələ Günəşdən xeyli uzaqdadır. Görüntü 21 iyul tarixində Hubble-ın genişbucaqlı kamerası ilə kometa Günəşə 3.8 astronomik vahid məsafəyə yaxınlaşarkən əldə olunub. Şəkildə artıq kometanın Günəşdən əks istiqamətə yönəlmiş qaz-toz quyruğu və ulduza tərəf maddə atılmaları görünür. Quyruq Günəş küləyi ilə formalaşır, atılmalar isə obyektin səthinin ulduz şüaları ilə qızması nəticəsində yaranır. Alimlər kometanın parlaqlıq paylanmasını və qaz-toz buludunu təhlil edərək belə nəticəyə gəliblər ki, nüvənin effektiv radiusu, üzərinə düşən işığın yalnız 4%-ni (oduncaq kömürü kimi) əks etdirdiyi halda, 2.8 km-dən azdır.
         Vera Rubin rəsədxanasının təsadüfi müşahidələri isə obyektin radiusunu 5 ilə 12 km arasında qiymətləndirib. Həmçinin alimlər hesablayıblar ki, hərəkəti zamanı kometa hər saniyə 6 ilə 60 kq arasında kütlə itirir. Kometadan maddənin buxarlanma intensivliyinə dair müşahidələr onun tərkibi haqqında dəyərli məlumat verir. Kometanın isinməsini nəzərə alaraq kütlə itkisi dinamikasına görə nüvəsinin nədən ibarət olduğunu anlamaq mümkündür. Kosmosda buxarlanma prosesi sublimasiya hadisəsi ilə ifadə olunur, yəni bərk maddə maye fazanı keçmədən birbaşa qaza çevrilir. Bu xüsusilə maraqlıdır, çünki 3I/ATLAS kometası qalaktikamızın başqa bir guşəsindən gəlib.
         3I/ATLAS kometası Yer üzərində aşkar edilmiş üçüncü ulduzlararası obyekt olub. 2017-ci ildə Günəş sisteminə Oumuamua asteroidi, 2019-cu ildə isə Borisov kometası baş çəkmişdi. Bu obyektlərin hər biri özü-özlüyündə maraqlıdır, lakin birlikdə onlar sistemimizin hüdudlarından kənardakı mühit haqqında təsəvvür formalaşdırır. 3I/ATLAS üzərində müşahidələr davam edəcək. yerüstü teleskoplar üçün kometa 2025-ci ilin sentyabrına qədər görünən qalacaq, bundan sonra Günəşə çox yaxın keçəcəyi üçün müşahidə imkanı olmayacaq. Kometanın 2025-ci ilin dekabr ayının əvvəlində Günəşin digər tərəfindən yenidən görünməsi gözlənilir ki, bu da müşahidələrin bərpasına imkan verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Erkən kainatda "yatmış qalaktika"lar kəşf edilib
    erken-kainatda-yatmis-qalaktikalar-kesf-edilib
    Üzüm salxımı formasında olan qədim qalaktika kəşf edilib
    uzum-salximi-formasinda-olan-qedim-qalaktika-kesf-edilib
    Marsda mərcana bənzər obyekt aşkar edilib
    marsda-mercana-benzer-obyekt-askar-edilib
    Marsda tamamilə yeni mineral kəşf edilib
    marsda-tamamile-yeni-mineral-kesf-edilib
    Potensial olaraq tarixin ən böyük kütləli qara dəliyi kəşf edilib
    potensial-olaraq-tarixin-en-boyuk-kutleli-qara-deliyi-kesf-edilib