
Üzüm salxımı formasında olan qədim qalaktika kəşf edilib
Elm & Texnologiya
12.08.2025
Emil Nəcəfov
Astronomlar, görünür ki, içərisində sıx şəkildə yerləşmiş onlarla ulduz yaranma bölgəsi olan uzaq bir qalaktika aşkarlayıblar ki, bu da onu üzüm salxımına bənzədir. Forması və quruluşuna görə obyektə “Kosmik üzüm” adı verilib. Yeni tədqiqat göstərib ki, qalaktikanın fırlanan diskində ən azı 15 kütləvi ulduz yaranma topası mövcuddur və bunlar kosmosda parlaq bənövşəyi üzüm salxımını xatırladan quruluş əmələ gətirirlər Alimlər hesab edirlər ki, bu qalaktika Böyük partlayışdan cəmi 930 milyon il sonra formalaşıb. Müşahidələr James Webb kosmik teleskopu və Atakama Böyük Millimetr/Submillimetr Antena Qrupu (ALMA) vasitəsilə, qravitasiya linzalaması üsulu ilə aparılıb. Bu üsulda obyektin önündə yerləşən RXCJ0600-2007 qalaktika toplusu daha uzaq strukturlar üçün “böyüdücü linza” rolunu oynayıb.

"Bu obyekt, indiyə qədər aşkar edilmiş ən güclü qravitasiya linzalanmasına məruz qalan uzaq qalaktikalardan biri kimi tanınır" - deyə araşdırmanın rəhbəri Seiji Fujimoto bildirib. "Bu güclü təbii böyütmə və dünyanın ən müasir teleskopları ilə aparılan müşahidələrin birləşməsi sayəsində biz uzaq qalaktikanın daxili quruluşunu misilsiz həssaslıq və dəqiqliklə öyrənmək üçün unikal imkan əldə etdik" - deyə Fujimoto əlavə edib. "Kosmik üzüm"ü öyrənmək üçün alimlər 100 saatdan çox teleskop müşahidələrini təhlil ediblər. Daha əvvəl Hubble kosmik teleskopu tərəfindən əldə edilmiş şəkillər qalaktika daxilində hamar, fırlanan disk mövcudluğunu göstərirdi, lakin ALMA və James Webb-in yüksək təsvir imkanları daha mürəkkəb mənzərəni üzə çıxardı - uzaq qalaktikanın daxili quruluşunun və ulduz yaranmasına hazır sıx qaz kütlələrinin bu günə qədərki ən ətraflı təsvirini təqdim etdi.

James Webb teleskopu tərəfindən yaxın infraqırmızı diapazonda əldə edilmiş RXCJ0600-2007 qalaktika qrupunun şəkilləri təqdim olunub. Bu görüntülər güclü qravitasiya linzalanması effektini nümayiş etdirir. Rekord həlli qabiliyyətinə malik bu müşahidələr, üzüm salxımına bənzər şəkildə yerləşmiş 15-dən çox sıx ulduz əmələgəlmə toplusundan ibarət olan uzaq, erkən kainat qalaktikasının quruluşunu üzə çıxarıblar. Tədqiqatçılara görə, bu kəşf erkən qalaktika formalaşması haqqında təsəvvürləri dəyişir. O, ilk dəfə olaraq kiçik daxili strukturlar - bu halda kütləvi ulduz əmələgəlmə toplusu - ilə ümumi fırlanma arasındakı açıq əlaqəni nümayiş etdirir ki, bu da əvvəllər hamar göründüyü düşünülən bir çox qalaktikanın əslində bu cür gizli ulduz toplusu ilə dolu ola biləcəyini göstərir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsda mərcana bənzər obyekt aşkar edilib

Marsda mərcana bənzər obyekt aşkar edilib
İyulun 24-də NASA-nın Curiosity robotu dəniz və okeanlarda gördüyümüz mərcanlara bənzəyən bir obyektin təsvir olunduğu təəccüblü bir şəkil göndərdi.
Marsda tamamilə yeni mineral kəşf edilib

Marsda tamamilə yeni mineral kəşf edilib
Tədqiqatçılar Marsın səthində, yəqin ki, vulkanik fəaliyyət nəticəsində yaranmış, dəmir baxımından zəngin bir mineral aşkar ediblər. Astronomlar Marsın səthinin necə göründüyü barədə yaxşı təsəvvürə malikdirlər.
Potensial olaraq tarixin ən böyük kütləli qara dəliyi kəşf edilib

Potensial olaraq tarixin ən böyük kütləli qara dəliyi kəşf edilib
Bir qrup astronom, kəşf edilmiş ən kütləli 10 qara dəlikdən birinə daxil olan superkütləli qara dəliyi aşkar edib. Ölçmə dəqiqliyindəki səhv payını nəzərə aldıqda, o, ən kütləli qara dəlik adına namizəd ola bilər.
Yer kürəsinə ən yaxın ekzoplanet kəşf edilib

Yer kürəsinə ən yaxın ekzoplanet kəşf edilib
James Webb kosmik teleskopu Alfa Sentavr A ulduzunun ətrafında ekzoplanetin mövcudluğuna dair indiyədək ən güclü sübutları əldə edib.
Alimlər kainatın ən erkən qara dəliyini kəşf ediblər

Alimlər kainatın ən erkən qara dəliyini kəşf ediblər
Alimlər James Webb kosmik teleskopunun köməyi ilə kainatın yaranış dövründə mövcud olmuş bir superkütləli qara dəlik aşkar ediblər.
Həftənin xəbərləri

