
Havadan benzin əldə edən qurğu hazırlanıb
Elm & Texnologiya
29.05.2025
Emil Nəcəfov
ABŞ-ın Air Company şirkəti atmosferdəki karbon qazını maye yanacağa - sintetik benzinə çevirən inqilabi Airmade adlı qurğusunu təqdim edib. Soyuducu ölçüsündə olan bu cihaz gündə 1 litrə qədər yanacaq istehsal edə bilir və bunun üçün yalnız hava, su və bərpa olunan elektrik enerjisindən istifadə olunur. Hazırda aviasiya və dəniz nəqliyyatı demək olar ki, tamamilə təbii yanacaqdan asılıdır. Hidrogen və ya batareya kimi alternativ enerji mənbələri isə hələlik marginal olaraq qalır. Airmade karbon neytral bir həll təklif edir. Belə yanacağın yandırılması nəticəsində havaya yalnız həmin yanacağın istehsalı zamanı atmosferdən alınmış qədər karbon qazı buraxılır.

Bu texnologiya karbon qazının elektrokimyəvi reduksiya prosesi əsasında işləyir. Qurğu havadan karbon qazını tutur, onu (elektroliz yolu ilə sudan əldə edilən) hidrogenlə qarışdırır və katalizator vasitəsilə karbohidrogenlərə çevirir. Əldə olunan yanacaq kimyəvi baxımdan adi benzinlə eynidir və mövcud mühərriklərdə heç bir dəyişiklik edilmədən istifadə oluna bilər. Sistem avtomatik qoşulma və istifadəyə hesablanıb və minimal ilkin tənzimləmə ilə yaşayış, ticarət və sənaye sahələrində istifadəyə uyğundur.

Hazırda soyuducu ölçüsündə olan bu qurğu yalnız az miqdarda yanacaq istehsal edir, lakin şirkət texnologiyanı genişləndirməyi planlaşdırır. Əsas problemlər elektroliz prosesi zamanı yüksək enerji sərfiyyatı səbəbindən yüksək maya dəyəri və aşağı faydalı iş əmsalıdır. Lakin əgər artıq günəş və ya külək enerjisindən istifadə olunarsa, bu proses iqtisadi cəhətdən sərfəli ola bilər. Air Company artıq ABŞ Hərbi Hava Qüvvələri və aviasiya sənayesi ilə əməkdaşlıq edir. Gələcəkdə bu tip qurğular uzaq bölgələri yanacaqla təmin edə və ya bərpa olunan enerjini maye formada saxlamaq üçün istifadə oluna bilər. Əgər bu texnologiya inkişaf edərsə, nəqliyyat sektorunun dekarbonizasiyası üçün mühüm addım olacaq.
Mənbə: Interesting Engineering
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
Naqilsiz enerji ötürülməsi xərcləri azalda və yanacaqla enerji istehsalı avadanlıqlarının uzaq bölgələrə - adətən hərbi əməliyyatların aparıldığı ərazilərə - daşınmasını asanlaşdıra bilər. ABŞ Müdafiə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərən bir tədqiqat qrupu yeni optik güc ötürülməsi rekordu müəyyən edib
Tesla Optimus-un keçmiş rəhbəri: "Tesla robotları istehsalatda çalışmağa yaramır"

Tesla Optimus-un keçmiş rəhbəri: "Tesla robotları istehsalatda çalışmağa yaramır"
Tesla Optimus layihəsinin keçmiş rəhbəri Chris Walti, şirkətin insanabənzər (humanoid) robotlarının istehsalat xətlərində işləməyə uyğun olub-olmaması ilə bağlı şübhələrini ifadə edib.
Çində robotların iştirakı ilə boks döyüşü keçirilib

Çində robotların iştirakı ilə boks döyüşü keçirilib
Unitree Robotics şirkəti robotlar arasında ilk boks yarışmasını təşkil edib. Iron Fist King adlı turnir, iştirakçıların öz tərtibatçıları tərəfindən idarə olunması baxımından “Real Steel” filmindəki səhnələri xatırladırdı.
Elon Musk ABŞ iqtisadiyyatını robotlar vasitəsilə xilas etmək niyyətindədir

Elon Musk ABŞ iqtisadiyyatını robotlar vasitəsilə xilas etmək niyyətindədir
Elon Musk bildirib ki, humanoid (insanabənzər) robotlar 4-5 il ərzində bəzi ölkələrin ÜDM-ə (Ümumi Daxili Məhsul) töhfə verməyə başlayacaq, tam pilotsuz avtomobillər isə artıq 1-2 il ərzində bu mərhələyə çata bilər.
Gecə görmə imkanına sahib linzalar hazırlanıb

Gecə görmə imkanına sahib linzalar hazırlanıb
Çin Elm və Texnologiyalar Universitetinin tədqiqatçıları, insanın adi gözlə görə bilmədiyi infraqırmızı diapazonda görməsini mümkün edən kontakt linzalar hazırladıqlarını açıqlayıblar. Gecə görmə cihazlarından fərqli olaraq, bu kontakt linzalar enerji mənbəyinə ehtiyac duymur və onların şəffaflığı həm infraqırmızı işığı, həm də adi görünən işıq spektrini eyni anda qəbul etməyə imkan verir.
Həftənin xəbərləri

