
İçməli sudan mikroplastik hissəcikləri tamamilə aradan qaldırmaq mümkün deyil
Elm & Texnologiya
02.05.2025
Emil Nəcəfov
Plastikdən yaranan mikroskopik hissəciklər təkcə insanlar üçün deyil, Yer üzündəki bütün canlılar və ümumilikdə planet üçün getdikcə daha böyük problemə çevrilir. Planetin bir çox insanı da bu xırda və təhlükəli hissəciklərlə çirklənib və təmizləyici qurğulardakı texnoloji nailiyyətlər belə bu problemi həll edə bilmir. Əvvəlki tədqiqatlar mikoplastikin sözün əsl mənasında planetin hər nöqtəsində olduğunu sübut edib: Havada, suda, torpaqda, insanların və heyvanların bədənində, planetin ən yüksək zirvələrində və ən dərin nöqtələrində. Bu hissəciklərin davamlılığı onları ətraf mühitdə son dərəcə dayanıqlı edir - alimlər onilliklərdir mikoplastik problemini həll etməyə çalışırlar, lakin hələ də nəticə əldə etmək mümkün olmayıb.

Yeni icmala görə, mikoplastikin təsirinin əhəmiyyətli bir hissəsi içməli sudan qaynaqlana bilər, çünki çirkab sularının təmizləyici qurğuları mikropastiki hələ də effektiv şəkildə aradan qaldıra bilmir. Statistik məlumatlara əsasən, planetdə ilk plastik istehsalından bəri bəşəriyyət artıq təxminən 9 milyard metrik ton plastik istehsal edib. Bu materialın böyük hissəsi zamanla daha kiçik fraqmentlərə parçalanıb, lakin tam şəkildə yox olmayıb. Bu parçalanma nəticəsində yaranan xırda plastik toz indi planet üçün əsl fəlakətə çevrilib. Qeyd edək ki, mikropastik deyərkən diametri 5 millimetr və ya daha kiçik olan hissəciklər nəzərdə tutulur.
Bu hissəciklərin dünyanın hər yerində torpaqda geniş şəkildə yayıldığı məlumdur. Lakin yeni araşdırma göstərir ki, çirkab sularının təmizləyici qurğuları bu məsələni tam həll edə bilmir. Müasir qurğular hissəciklərin əksəriyyətini təmizləsə də, bu hələ də kifayət etmir. Tədqiqatın aparıcı müəllifi, Texas Universitetinin ekoloji mühəndisi Un-Jung Kim və həmkarlarının sözlərinə görə, onların araşdırmasının nəticələri göstərir ki, çirkab sularının əksər təmizləyici qurğuları mikropastik yükünü həqiqətən azaldır, lakin müasir texnologiyalarla hissəciklərin tamamilə aradan qaldırılması hələ də mümkün deyil.

Nəticədə, bir çox mikropastiklər yenidən ətraf mühitə düşür və çox güman ki, çirkab sularda olan digər zərərli qalıq çirkləndiriciləri də özü ilə daşıyırlar - məsələn, bisfenollar, PFAS birləşmələri və antibiotiklər. Bu mikropastiklər və üzvi çirkləndiricilər iz miqdarında olsa da, insan orqanizmi ehtimal ki, içməli su, paltar yuyulması və bitkilərin suvarılması kimi mənbələr vasitəsilə onlara məruz qalmaqda davam edir. Nəticələr hələ tam aydın deyil, lakin alimlər şübhə edirlər ki, bu təsirlər potensial olaraq təhlükəli və uzunmüddətli ola bilər. Mümkün fəsadlara aşağıdakılar daxildir:
- Ürək-damar xəstəlikləri
- Xərçəng.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, içməli sudakı təhlükəli mikrohissəciklərin təmizlənməsi qarşısında duran əsas maneələrdən biri mikropastikin nə hesab edildiyinə dair universal tərifin olmamasıdır. Bundan əlavə, hazırda suyun tərkibində mikropastikin mövcudluğunu ölçmək üçün standartlaşdırılmış metodlar da yoxdur. Tədqiqatın aparıcı müəllifi, kimyaçı-ekoloq Jenny Kim Nguyen-in sözlərinə görə, problemin həlli yollarından biri də onun daha aydın başa düşülməsini təmin edən standartlaşdırılmış test üsullarının hazırlanmasıdır.

Alimlər etiraf edirlər ki, bu sahədə hələ çox şey öyrənilməlidir, lakin əvvəlki tədqiqatlar mikropastikin bütün qida zəncirinə toksik təsir göstərdiyinə dair sübutlar ortaya qoyub. Eyni zamanda, bu kiçik hissəciklərin orqanizmdə iltihab, oksidləşdirici stress, immun reaksiyalar, xərçəng və sağlamlığa qeyri-sabit təsirlər yarada biləcəyinə dair əlamətlər də var. Yaxın zamanda aparılmış bir araşdırma isə insult keçirmiş xəstələrin arteriyalarında yüksək miqdarda mikropastik aşkarlayıb. Bu da bu çirkləndiricilərin həyati vacib orqanlarda toplanması fonunda sağlamlıq üçün mümkün risklərə dair narahatlıqları daha da artırır.
Mənbə: Science Alert
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kəşf edilmiş nəhəng kosmik struktur kainatda mövcud olmamalıdır

Kəşf edilmiş nəhəng kosmik struktur kainatda mövcud olmamalıdır
Astronomlar bizdən 6.9 milyard işıq ili uzaqlıqda yerləşən, qalaktikalardan ibarət olan və forması halqanı xatırladan nəhəng bir obyekt kəşf ediblər. Bu halqanın diametri təxminən 1.3 milyard işıq ili təşkil edir.
Ölüm anında beynin aktivliyi müşahidə edilib

Ölüm anında beynin aktivliyi müşahidə edilib
İnsanlar ölümə dair yaşadıqları təcrübələri danışmağa başladıqdan bəri, “həyatın göz önündən keçməsi” ideyası alimlərin diqqətini cəlb edib. Lakin bu fikir uzun müddət yalnız nəzəriyyə səviyyəsində qalmışdı.
Juno kosmik zondu Yupiter və onun peyki İo haqqında yeni məlumatlar əldə edib

Juno kosmik zondu Yupiter və onun peyki İo haqqında yeni məlumatlar əldə edib
Bir neçə gün əvvəl Vyanada keçirilmiş Avropa Yer Elmləri İttifaqının Baş Assambleyasında (European Geosciences Union General Assembly) NASA-nın alimlər qrupu Yupiter və onun vulkanik peyki İo haqqında son məlumatları bölüşüb.
İspaniyada ikinci Çernobıl hadisəsinin qarşısı alınıb

İspaniyada ikinci Çernobıl hadisəsinin qarşısı alınıb
Atom elektrik stansiyalarının reaktorları soyutma sisteminin fasiləsiz işləməsini tələb edir, əks halda həddindən artıq qızma və divarlarının əriməsi baş verə bilər - məhz bu, 1986-cı ildə Çernobıl AES-də baş vermişdi.
560 işıq ili uzaqlığında potensial su dünyası kəşf edilib

560 işıq ili uzaqlığında potensial su dünyası kəşf edilib
Kepler-10 ulduzu ətrafında, bizdən təxminən 560 işıq ili uzaqlıqda yerləşən iki planet fırlanır. Onlardan biri qayalıq dünyadır, digəri isə uzun müddət xüsusiyyətləri dəqiq müəyyən edilə bilməyən bir planet olub.
Həftənin xəbərləri

