
İspaniyada ikinci Çernobıl hadisəsinin qarşısı alınıb
Elm & Texnologiya
01.05.2025
Emil Nəcəfov
Atom elektrik stansiyalarının reaktorları soyutma sisteminin fasiləsiz işləməsini tələb edir, əks halda həddindən artıq qızma və divarlarının əriməsi baş verə bilər - məhz bu, 1986-cı ildə Çernobıl AES-də baş vermişdi. 28 aprel tarixində İspaniya, Portuqaliya və Fransanın cənubunda genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verdi. Nəticədə İspaniya atom elektrik stansiyaları xarici elektrik təchizatından məhrum qaldı. Təhlükəsizlik məqsədilə stansiyalar planlı şəkildə dayandırıldı. Dizel generatorları, o cümlədən reaktorların soyutma sistemlərini də əhatə edən həyati vacib sistemlərin işləməsini təmin edir.

İspaniyanın Milli Tənzimləyici Orqanı (CSN) bildirib ki, personal bütün təhlükəsizlik normalarına uyğun davranıb və beynəlxalq nəzarət orqanları məlumatlandırılıb. İspaniyada atom elektrik stansiyalarının təhlükəsizliyinə xüsusi həssaslıqla yanaşılır. 2007-ci ildə Asco I stansiyasında radioaktiv maddə sızması baş vermişdi və bu, əhalinin etirazlarına səbəb olmuşdu. Planlaşdırılır ki, 2028-2035-ci illər arasında İspaniyadakı bütün atom elektrik stansiyalarının fəaliyyəti dayandırılsın.

Onların yerini günəş və külək elektrik stansiyaları tutacaq. Son xəbərlərə görə, ölkə ərazisində enerji təchizatı artıq bərpa olunub. Hadisənin dəqiq səbəbi hələ açıqlanmayıb, lakin ilkin ehtimallara əsasən, bu, atmosfer havasının temperaturundakı dəyişkənlik - yəni “induksiya olunmuş atmosfer vibrasiyaları” ilə əlaqələndirilir. Nəticədə cəmi 5 saniyə ərzində 15 giqavat güc itkisi yaşanıb. Qatarlar və metro dayandırılıb, işıqforlar və bankomatlar işləməyib. Daxili İşlər Nazirliyi ölkədə fövqəladə vəziyyət elan edib və vətəndaşlardan mobil zənglər və səfərlərdən çəkinmələrini xahiş edib.
Mənbə: Nucnet
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
560 işıq ili uzaqlığında potensial su dünyası kəşf edilib

560 işıq ili uzaqlığında potensial su dünyası kəşf edilib
Kepler-10 ulduzu ətrafında, bizdən təxminən 560 işıq ili uzaqlıqda yerləşən iki planet fırlanır. Onlardan biri qayalıq dünyadır, digəri isə uzun müddət xüsusiyyətləri dəqiq müəyyən edilə bilməyən bir planet olub.
Alimlər ən qədim qalaktikanı tədqiq ediblər

Alimlər ən qədim qalaktikanı tədqiq ediblər
Təəccüblüdür ki, son dərəcə uzaqda yerləşən JADES-GS-Z13-1-LA qalaktikasından gələn işıq ümumiyyətlə Yerə çata bilib. Bu işıq qalaktikanı tərk edəndə kainat cəmi 330 milyon il yaşında idi, lakin o zaman kainat dumanlı və solğun idi. Ulduzlararası və qalaktikalararası fəzada sıx qaz dumanı yayılmışdı, bu da ulduz işığını udaraq bütün kainatı qaranlığa qərq edirdi.
Kainatın simulyasiya olması ilə bağlı yeni fərziyyə irəli sürülüb

Kainatın simulyasiya olması ilə bağlı yeni fərziyyə irəli sürülüb
Bütün kainatın informasiya təbiətinə sahib olması və hesablama prosesi kimi işləməsi ehtimalı məşhur nəzəriyyələrdən biridir. Bu yanaşma informasiya fizikası sahəsindən qaynaqlanır və fiziki reallığın əslində strukturlaşdırılmış məlumatdan ibarət olduğunu irəli sürür.
Alimlər Günəş sisteminin 9-cu planetinə namizədi təyin ediblər

Alimlər Günəş sisteminin 9-cu planetinə namizədi təyin ediblər
Sirli doqquzuncu planetin axtarışı astronomları illərdir həyəcanlandırır. Görünür, alimlər nəhayət ciddi bir ipucu tapıblar. Terry Long Phan və onun həmkarları Cambridge University Press-də yeni bir araşdırma dərc ediblər ki, bu da uzun müddətdir davam edən kosmik axtarışlara yeni impuls verir.
Həyat üçün vacib molekullar kosmik vakuumda da formalaşa bilərlər

Həyat üçün vacib molekullar kosmik vakuumda da formalaşa bilərlər
Adətən hesab olunur ki, mürəkkəb kimyəvi proseslər yalnız planetlərə və ya enerjisi və maddəsi dinamik qarşılıqlı təsir göstərən digər səma cisimlərinə xasdır. Lakin görünür ki, bu belə deyil - alimlər getdikcə daha çox müxtəlif yerlərdə, hətta kosmik məkanda da prebiotik kimyanın izlərini tapırlar.
Həftənin xəbərləri

