main-post-cover

    İllərlə istifadə edilməyən SSD-lərdə məlumatlar silinə bilər

    Elm & Texnologiya
    17.04.2025
    Emil Nəcəfov
         Uzunmüddətli məlumat saxlama üçün adətən maqnit disklərə əsaslanan klassik sərt disklərdən istifadə olunur, çünki bu, sadəcə olaraq daha ucuz başa gəlir. Bununla belə, əgər istifadəçi bərk vəziyyətli yaddaş qurğusunda (SSD) “soyuq arxiv” yaratmaq istəyirsə, o, bir neçə il sonra bəzi məlumatlarını itirmək riski ilə qarşılaşa biləcəyini anlamalıdır. Bu qənaətə HTWingNut ləqəbli bloqer tərəfindən başladılmış təcrübə səbəb olub. Təcrübədə TLC tipli yaddaşa malik 128 GB tutumlu dörd Leven JS-600 SSD istifadə olunub və hər birinə 100 GB məlumat yazılaraq sistem blokundan ayrılmış vəziyyətdə saxlanılıb.
         Təcrübə 2 il əvvəl başlayıb və həmin vaxt bu 4 qurğudan 2-si yeni olub, digərləri isə artıq 280 TB həcmində yazma əməliyyatı keçmişdi, baxmayaraq ki, istehsalçı onların maksimum resursunu 60 TB olaraq göstərmişdi. Məlumatların bütövlüyünü yoxlamaq üçün bütün fayllara nəzarət cəmi əlavə olunmuşdu. Təcrübənin müəllifi SSD-lər sistem blokundan ayrılmış vəziyyətdə saxlanıldıqdan sonra məlumatların qorunub-qorunmadığını təxminən hər il yoxlamağı öhdəsinə götürmüşdü. Saxlanmanın ilk ilindən sonra vəziyyət, hətta “köhnəlmiş” SSD-lərdə belə, olduqca qənaətbəxş görünürdü. Lakin zaman keçdikcə məlumatların yoxlanılması daha uzun çəkməyə başladı və 2-ci il bu tendensiya əməliyyatın müddətinin dəfələrlə artması ilə özünü göstərdi.
         İkincisi, ECC (səhvlərin düzəldilməsi kodu) funksiyası vasitəsilə bərpa olunan məlumat bloklarının sayı nəzərəçarpacaq dərəcədə artdı, baxmayaraq ki, bu, həmişə məlumat itkisinə səbəb olmurdu. Köhnəlmiş yaddaş qurğularında, əlavə olaraq, HD Sentinel proqramına əsasən 10 000 sektor içindən üçündə nasazlıq aşkar edilib və iki il keçdikdən sonra bu qurğularla işləyərkən məlumat ötürmə sürəti dəyişkən olmağa başlayıb. Bu, testlərdə qurğuların məhsuldarlığına mənfi təsir göstərib. Təcrübənin müəllifi belə nəticəyə gəlib ki, hətta istismarda olmayan, lakin daxilinə xeyli miqdarda məlumat yazılmış bərk vəziyyətli yaddaş qurğuları uzun müddət kompüterə qoşulmadan saxlanıldıqda bəzi məlumatların itirilməsi riskinin artmasını nümayiş etdirir.
    Mənbə: Tomshardware
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    SpaceX Falcon 9-un birinci pilləsinin təkrar istifadəsində yeni rekorda imza atıb
    spacex-falcon-9-un-birinci-pillesinin-tekrar-istifadesinde-yeni-rekorda-imza-atib
    2030-cu ilə qədər data mərkəzləri 2 dəfə daha çox enerji sərf edəcəklər
    2030-cu-ile
    İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
    insanabenzer-robotlar-arasinda-boks-doyusu-anons-edilib-video
    Pentaqon PUA-lara qarşı yeni energetik silahı test edib (VİDEO)
    pentaqon-pua-lara-qarsi-yeni-energetik-silahi-test-edib-video
    Qarşılıqlı əlaqə imkanına sahib ilk holoqramlar yaradılıb (VİDEO)
    qarsiliqli-elaqe-imkanina-sahib-ilk-holoqramlar-yaradilib-video